Qaynarxətt: (+99470) 997 11 77
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
11-06-2018, 15:45

BMT Azərbaycanda məcburi köçkünlərlə bağlı bir sıra layihələr həyata keçirəcək

BMT Azərbaycanda məcburi köçkünlərlə bağlı bir sıra layihələr həyata keçirəcək

 

İyunun 11-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Cənubi Qafqaz üzrə regional nümayəndəliyinin rəhbəri Yohannes van der Klaus və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Furio de Angelislə görüşüb.

Xeberekspress.Az Trend-ə istinadən xəbər verir ki, Dövlət Komitəsinin sədri ölkəmizdə məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı dövlət səviyyəsində irihəcmli layihələrin həyata keçirildiyini bildirib.

Qeyd olunub ki, məcburi köçkünlərin sosial problemlərinin həlli ölkə Prezidenti İlham Əliyevin daim diqqət mərkəzində olub və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir, irihəcmli proqramlar icra edilir.

Qeyd edilib ki, Aprel hadisələri zamanı işğaldan azad edilən Cocuq Mərcanlı kəndinin yenidən qurulması ilə bağlı Prezident İlham Əliyevin imzaladığı sərəncam tarixi hadisədir. Cocuq Mərcanlı Azərbaycan xalqının əzəli torpaqlarına qayıdışının simvoludur. Bu kəndin bərpası xalqımızın işğal altında olan digər ərazilərimizi də geri qaytarmaq əzmində olduğunu qəti şəkildə nümayiş etdirir.

Dövlət Komitəsinin sədri BMT QAK-ın məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı müxtəlif layihələr həyata keçirdiyini diqqətə çatdırıb, təşkilatın ölkəmizdəki uzunmüddətli və davamlı fəaliyyəti müsbət dəyərləndirilib.

Furio de Angelis Cocuq Mərcanlıda məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasından sonra bir işlərdə yaxından iştirak etdiyini və kənddə qiymətləndirmə apardıqlarını bildirib. BMT QAK-ın Azərbaycanda məcburi köçkünlərlə bağlı bir sıra layihələr həyata keçirməyi planlaşdırdıqlarını deyib.

Görüşdə eyni zamanda iyunun 20-də Ümumdünya qaçqınlar gününün keçirilməsi ilə bağlı müzakirələr aparılıb. Məcburi köçkünlərlə bağlı həyata keçiriləcək layihələr ətrafında əməkdaşlıq perspektivləri müzakirə olunub.

XƏBƏR LENTİ
11:44 | Sosial şəbəkədə şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçəcəyik? 11:41 | Parlamentin növbədənkənar sessiyasının ilk iclası başladı 10:56 | Bərdədə oğul anası və bacısını güllələyib – Rəsmi açıqlama 10:37 | Mayda hərraclarda nə qədər valyuta satılıb? - FOND MƏLUMAT YAYDI 09:58 | Buraxılış imtahanlarının vaxtı açıqlandı - QRAFİK 09:24 | Birinci vitse-prezident Mehriban Əliyevadan 1 İyun təbriki - FOTO 09:10 | 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günüdür! 21:12 | "Dərs vaxtı" verilişinin sabahkı cədvəli 20:52 | Mərkəzi Bankdan vaxtı keçmiş kreditlərlə bağlı AÇIQLAMA 18:23 | ABŞ-dakı etirazlara “Anonymous” haker qrupu da qoşuldu 18:02 | Azərbaycanda daha 101 nəfər koronavirusdan sağaldı - RƏSMİ 17:58 | Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 248 yeni yoluxma - RƏSMİ 16:15 | Azərbaycan Premyer Liqasının bərpa olunacağı tarix açıqlandı - RƏSMİ 16:13 | Azərbaycanda daha bir qurumun əməkdaşları koronavirusa yoluxdu 15:28 | “Mall”lar bu gün niyə açılmayıb? - RƏSMİ CAVAB 14:28 | Türkiyə parlamentinin sədri Sahibə Qafarovaya zəng etdi 14:00 | Zakir Həsənov Milli Məclisdə tənqid edildi: Azərbaycanca danışa bilmir 13:57 | İyun ayında da 190 manat verilsin! – Deputatdan təklif 12:45 | Azərbaycanda zərgərlik əşyaları kəskin ucuzlaşa bilər 12:40 | Spikerdən deputatlara irad: “Yuxarıda əyləşənlər telefondan başını qaldırmır” 11:02 | Qəbələdə bir uşaq və heyvan sürüsü bataqlıqda qaldı - FHN hərəkətə keçdi 10:31 | Bu gün deputatlar 12 məsələni müzakirə edəcək