Qaynarxətt: (+99470) 997 11 77
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
11-06-2018, 11:05

Türkiyənin taleyinin dəyişdiyi anların GÖRÜNTÜSÜ ortaya çıxdı - Ərdoğan sui-qəsddən necə xilas oldu?

Türkiyənin taleyinin dəyişdiyi anların GÖRÜNTÜSÜ ortaya çıxdı - Ərdoğan sui-qəsddən necə xilas oldu?

 

15 iyul 2016-cı il tarixində Türkiyədə FETÖ terror təşkilatının həyata keçirdiyi hərbi çevrilişə cəhdin daha bir detalı məlum olub.

Xeberekspress.az publika.az-a istinadən xəbər verir ki, prezidenti Rəcəb Tayyib Ərdoğan və ailəsinin Dalaman hava limanında sui-qəsddən şans əsəri qurtulduğu anlara aid görüntülər ortaya çıxıb.

 

Görüntülərdə bir helikopterin radarlara görünməmək üçün dənizin 10 metr üzərindən uçaraq enmə zolağına gəldiyi görülür.

Həmin gecə prezident həyat yoldaşı və qızının ailəsi ilə birgə Marmaris şəhərindən Dalamana gələrək ATA təyyarəsinə keçib. "Sabah" qəzetinin məlumatına görə, həmin gecə ATA təyyarəsi Ərdoğanı götürmək üçün Adnan Menderes hava limanından Dalamana gələrkən hava limanının üzərində dövrə vuran 4 naməlum obyekt təsbit edib. Lakin bu obyektlərlə bağlı lazımi araşdırılma uzun bir müddət həyata keçirilməyib.

Ərdoğan və ailəsini Marmarisdən gətirən helikopter isə təxminən, 20 dəqiqəlik yolunun 15 dəqiqəsini dənizin 10 metr üzərində uçaraq radarlara görünmədən qət edib. Sahildə isə çevrilişə cəhd edənlərin nəzarətində olan 2 müharibə gəmisi, hücum qayıqları və havada F-16 qırıcıları olub.

Helikopter terror təşkilatı üzvlərinin istifadə etdiyi F-16 və savaş gəmiləri tərəfindən vurulma riskinə rəğmən, Dalaman hava limanına eniş edib. Dalamanda ATA təyyarəsinə nəzarət edən çevriliçilərin istifadə etdiyi 4 əsrarəngiz uçan obyekt isə Ərdoğanı təyyarədə görməyincə həmin ərazidən uzaqlaşıb.

Həmin gecə yaşananlar pilotları hava limanında idarəetmə kabinindəki səs qeydlərində əks olunub. Pilotların danışığından hava radarlarına düşən 4 obyektin helikopter olduğu və onların düşmən mövqedə dayanma ehtimalı üzə çıxıb. Pilotlar təhlükənin fərqinə vararaq Ərdoğanın təhlükəsizliyini qorumaq üçün onun olduğu təyyarənin istiqamətini yanlış tələffüz edərək prezidenti Atatürk hava limanına göndərəcəklərini açıq şəkildə deyiblər. Lakin pilota göndərdikəri koordinatda Atatürk limanı deyil, Adnan Menderes limanının istiqaməti olub.
Türkiyənin taleyinin dəyişdiyi anların GÖRÜNTÜSÜ ortaya çıxdı - Ərdoğan sui-qəsddən necə xilas oldu?


XƏBƏR LENTİ
12:52 | Neftçilər Xəstəxanasının direktoru: “Elnur Abdullanın müalicəsi dövlətin nəzarətindədir” 12:45 | Kamran Əliyevdən yeni TƏYİNAT - ÖZƏL 12:14 | Bakıda karantin postları yenidən quruldu 11:11 | İnternetin zəifliyi nə ilə əlaqədardır? - KATV1-dən AÇIQLAMA 10:28 | 190 manatlıq birdəfəlik ödəmələrin verilməsi ilə bağlı MÜHÜM AÇIQLAMA 10:02 | Nazirlik cəbhədə baş verənlərlə bağlı məlumat yaydı 09:41 | Rəsmi məzənnələr açıqlandı 09:38 | Kreml və rəsmi İrəvan arasında qırılan körpülər... - Faydalana biləcəyəkmi? 19:41 | Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı - REKORD SAYDA ÖLÜM 19:04 | Mehriban Əliyeva Böyük Şor gölündəki vəziyyətlə bağlı tapşırıqlar verdi 18:22 | Müdafiə nazirinin yeni müavini kimdir? - Nizam Osmanovun DOSYESİ 18:01 | Müğənni karantini pozdu 17:37 | Meyvə-tərəvəzin qiymətləri ərşə qalxıb 17:05 | Azərbaycanda saxta arayış verən xəstəxananın vəzifəli şəxsləri ilə bağlı cinayət işi açıldı - RƏSMİ 16:02 | Prezident Dövlət Agentliyinin səlahiyyətini azaltdı - FƏRMAN 15:23 | Bakıya qanunsuz sərnişin daşıyanlar həbs edildilər 14:48 | Mehriban Əliyeva ATU-nun koronavirusa yoluxmuş həkiminin səhhətini nəzarətə götürdü 14:27 | Bu rayona giriş-çıxış məhdudlaşdırıldı - Postlar quruldu 13:27 | “Bandotdel” vəzifəli şəxslərə qarşı əməliyyat keçirir 12:59 | Azərbaycanlı idmançılar məşhur turnirin müqaviləsini imzalamaqdan imtina edib 12:22 | Birinci sinifə qəbul üzrə onlayn Apellyasiya Komissiyasının fəaliyyəti başa çatdı 11:58 | İlham Əliyev Bakıda açılışda - FOTO