Qaynarxətt: (+99470) 997 11 77
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
31-05-2018, 21:30 Oxunub: 194

Prezident İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir

Prezident İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir

 

Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti Mulatu Teşomedən Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir: "Cənab Prezident. Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Efiopiya Federativ Demokratik Respublikasının xalqı, hökuməti adından və şəxsən öz adımdan Sizə və Sizin şəxsinizdə Azərbaycan Respublikasının xalqına və hökumətinə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Fürsətdən istifadə edərək, ölkələrimiz arasında mövcud olan sıx əlaqələrin bundan sonra daha da möhkəmlənəcəyinə əminliyimi bildirirəm.

Zati-aliləri, Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına davamlı sülh və tərəqqi arzulayıram".

XXX

Myanma İttifaqı Respublikasının Prezidenti Vin Myindən Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir: "Zati-aliləri. Milli bayramınız - Respublika Günü münasibətilə Sizə və Sizin şəxsinizdə bütün Azərbaycan xalqına səmimi təbriklərimi çatdırıram.

Bu xoş fürsətdən istifadə edərək, qarşıdakı illərdə Azərbaycan Respublikasına daimi tərəqqi və firavanlıq arzulayıram.

Zati-aliləri, Sizə olan ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirə".

XXX

Küveyt Dövlətinin Vəliəhdi Nəvaf Əl-Əhməd Əl-Cabir Əl-Sabahdan:

"Zati-aliləri. Dost Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Sizə cansağlığı və xoşbəxtlik, dost Azərbaycan Respublikasına və onun xalqına tərəqqi və rifah arzulayıram".

XXX

Çex Respublikasının Prezidenti Miloş Zemandan Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir: "Zati-aliləri. İcazə verin, Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə və xalqınıza səmimi təbriklərimi çatdırım. Çox məmnunam ki, Azərbaycan Respublikası və Çex Respublikası arasında ikitərəfli əlaqələr dinamik şəkildə inkişaf edir.

Zati-aliləri, məsuliyyətli fəaliyyətinizdə Sizə uğurlar arzulayır, Azərbaycan xalqına tərəqqi və firavanlıq diləyirəm".

XXX

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş direktoru Joze Qratsiano da Silvadan:

"Zati-aliləri. İcazə verin, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı adından və şəxsən öz adımdan Sizi milli bayramınız - Respublika Günü münasibətilə təbrik edim.

Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına sülh və firavanlıq arzulayıram".

XXX

Bruneyin Sultanı Hacı Həssənal Bolkiahdan:

"Zati-aliləri. Əs-səlamu aleykum va rahmatullahi va barakatuhu.

Milli bayramınız - Respublika Günü münasibətilə Sizə, Azərbaycan hökumətinə və xalqına ən səmimi təbriklərimi çatdırmaq istəyirəm.

Ölkələrimiz arasında dostluq münasibətlərinin mövcudluğundan böyük məmnunluq duyur, qarşıdan gələn illərdə bu əlaqələrin daha da genişləndirilməsi üçün birgə səylərimizin davam edəcəyinə ümidvaram.

Bu mübarək Ramazan ayında Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına firavanlıq arzu edirəm.

Vəssalamu aleykum va rahmatullahi va barakatuhu".

XXX

Lüksemburqun Böyük Hersoqu Anridən:

"Zati-aliləri. Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına xoşbəxt gələcək arzulayıram".

XXX

Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun direktoru, Rusiya Elmlər Akademiyasının akademiki Viktor Matveyevdən:

"Çox hörmətli İlham Heydər oğlu. İcazə verin, Sizi Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ) rəhbərliyi və beynəlxalq tərkibli kollektivi adından Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə ürəkdən təbrik edim.

Fürsətdən istifadə edərək, vurğulamaq istərdim ki, Azərbaycan alimləri BNTİ çərçivəsində fundamental və tətbiqi fizika sahəsində aparılan tədqiqatlarda səmərəli iştirak edirlər. Bununla yanaşı, Azərbaycanın tədqiqat mərkəzləri ilə BNTİ arasında əməkdaşlıq fəal inkişaf edir. Aydındır ki, qarşılıqlı elmi fəaliyyətin yüksək səviyyəsi belə məsələlərə birinci dərəcəli əhəmiyyət verən Azərbaycan rəhbərliyinin məqsədyönlü dəstəyi sayəsində əldə olunmuşdur.

Ümidvaram ki, Azərbaycan alimləri ilə BNTİ arasında elmi əlaqələrin möhkəmlənməsi Azərbaycan tədqiqatçılarının bundan sonra da bizim İnstitut çərçivəsində həyata keçirilən dünya miqyaslı unikal layihələrdə çox yaxından iştirak etməsinə imkan verəcəkdir.

Çox hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və yeni-yeni uğurlar, Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və firavanlıq arzulayıram".

XXX

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, akademik Viktor Sadovniçidən:

"Çox hörmətli İlham Heydər oğlu. İcazə verin, şəxsən öz adımdan və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin kollektivi adından Sizi və Sizin simanızda bütün Azərbaycan xalqını əlamətdar gün - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə təbrik edim.

Bu bayram Azərbaycan xalqının tarixində mühüm dönüş nöqtəsi - azadlığa qovuşma və davamlı sosial-iqtisadi inkişafın və tərəqqinin nümunəsi olan demokratik yolun başlanğıcıdır. Bir əsrlik dövr ərzində Azərbaycan xalqı ötən yüzilliyin layiqli milli xüsusiyyətlərini, çox zəngin ənənələrini və yeniliklərini ahəngdar surətdə əlaqələndirərək, daha yaxşı gələcək naminə yorulmadan öz xoşbəxtliyini qurmuş, yaradıcı potensialını artırmışdır.

Sevindirici haldır ki, Azərbaycan Respublikasının inkişafına Moskva Dövlət Universiteti də əlindən gələn töhfəsini verir. MDU-nun Bakı şəhərində yerləşən filialı respublikanın elm-təhsil sisteminin incisinə çevrilmişdir və Azərbaycan Respublikasının siyasi, iqtisadi və sosial inkişafına hər gün öz misilsiz töhfəsini verən gənc peşəkar kadrların hazırlanması gələcək nəsillərin həyat şəraitinin yaxşılaşdırılması işində xüsusi rol oynayır.

Çox hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, bundan sonrakı ali dövləti fəaliyyətinizdə uğurlar, Azərbaycan xalqına isə sülh və rifah arzulayıram".

XXX

Koreya Xalq Demokratik Respublikası Ali Xalq Məclisinin Rəyasət Heyətinin sədri Kim En Namdan Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident. İcazə verin, Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizi və Sizin şəxsinizdə dost ölkənizin hökumətini və xalqını səmimi qəlbdən təbrik edim.

Əmin olduğumu bildirirəm ki, ölkələrimiz arasında dərin tarixi kökləri olan ənənəvi dostluq münasibətləri bundan sonra da möhkəmlənəcək və inkişaf edəcək.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ölkənizin inkişafı və firavanlığı naminə fəaliyyətinizdə böyük uğurlar arzulayıram".

XƏBƏR LENTİ
23:00 | Fuad Qəhrəmanlının qızı atasını yalan danışmaqda ittiham etdi — VİDEO 22:40 | Prezident İlham Əliyev neft sənayesi işçilərini təltif edib - SİYAHI 22:20 | Zəncirvari nəqliyyat qəzası baş verdi: dörd nəfər yaralandı 22:00 | ABŞ İrana qarşı geniş koalisiya quracağına inanır 21:45 | Sabah bəzi rayonıarda leysan yağacaq, duman olacaq 21:38 | Azərbaycan Vətən Müharibəsi Veteranları İB-nin yaradılmasının 25 illik yubileyi qeyd olunub 21:29 | TAP kəməri üzrə borudüzmə işləri bitmək ərəfəsindədir 21:26 | “İndiki vəsaitlərin 90 %-i işbaz müəllimlərin əlindədir” – Pulsuz kitablar hazırlayan təlimçi 18:07 | Xırdalanda 4 avtomobil yandı 17:57 | 1500-dən çox valideynə AĞIR CƏZA 17:50 | “Maşın”da onlar yarışacaq – SİYAHI 17:35 | Kişi buynuz çıxartdı - FOTOFAKT 17:16 | Azərbaycan elektrik enerjisinin istehsalını artırmağı planlaşdırır 16:58 | Patriot almaq ASAN, "patriot" olmaq ÇƏTİNDİR... - Səudiyyə ordusunda CASUS ZABİT VAR? 16:47 | Azərbaycanda dəhşətli hadisə - Sığorta şirkətinin işçiləri diri-diri yanaraq öldü 16:37 | Dünya iqtisadiyyatında yeni mərhələ başlayır? - ŞƏRH 16:14 | Namiq Qaraçuxurlunu şantaj edib, 300 min istəyiblər 15:34 | Bakıda məşhur dönərxana bağlandı - Zəhərlənənlər var 15:06 | Ramil Usubov Stanislav Zasla Əməkdaşlıq Planı imzaladı 14:42 | Bu rayonlarda direktor yerləri boşdur - SİYAHI 14:04 | “Azərsu” Şamaxıda su qıtlığını aradan qaldırmaq üçün hökumətə təklif verib 13:47 | "“Əsrin müqaviləsi” Azərbaycanın beynəlxalq aləmdə geosiyasi və geoiqtisadi dəyərini artırdı" - Əli Həsənov