Qaynarxətt: (+99470) 997 11 77
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
30-05-2018, 23:51

Binədə hərbi təyinatı olmayan metal parçası aşkar olunub - FOTO

Binədə hərbi təyinatı olmayan metal parçası aşkar olunub - FOTO

 

Binədə hərbi təyinatı olmayan metal parçası aşkar olunub.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Milli.Az-a verilən məlumata görə, bu gün saat 18:19-da Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və saat 18:27-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumatlar daxil olub.

Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Xəzər rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Xəzər rayon Polis şöbəsinin əməkdaşları qeyd olunmuş ərazidə Bakavtomat yolunun kənarında məişət tullantıları sahəsinə baxış keçiriblər. Aparılan təxirəsalınmaz operativ əməliyyat-- axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 1 ədəd heç bir hərbi təyinatı olmayan metal parçası aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

 

Metal parçasının tapıldığı yerin ətrafında 2 500 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Ümumilikdə Agentlik tərəfindən 01 yanvar - 30 may 2018-ci il tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Astara, Abşeron, Beyləqan, Bərdə, Füzuli, Tərtər, Tovuz, Qazax, Naftalan, Goranboy, Göygöl, Yevlax, Xızı, Şəmkir, İsmayıllı, Lənkəran rayonları, Bakı, Gəncə və Sumqayıt şəhərləri ərazisində 16 ev və həyətyanı sahəyə, 11 əkin sahəsinə, 1 fərdi yaşayış evinin qarşısına, 1 ferma ərazisinə, 13 otlaq sahəsinə, meşə massivinə, su kanalına, çay sahilinə, Ağstafa su anbarının ətrafına, kənd qəbirstanlığının yaxınlığına, məişət tullantıları ərazisinə, yol kənarına, dəmiryolu xəttinin yaxınlığına, elektrik deposuna, RPŞ-nin inzibati ərazisinə, hərbi hissənin yaxınlığına, Avtovağzal ərazisinə, Yuxarı Qarabağ kanalına,Qarqar çayına, Araz su nasosu stansiyasının yaxınlığına, beton zavod və bazar ərazisinə baxış keçirilib, 3 510 ədəd partlamamış hərbi sursat, 1 ədəd piyada əleyhinə mina, 3 ədəd tank əleyhinə mina və 73 kq partlayıcı maddə (ammonit № 6 JV-200) aşkar olunaraq zərərsizləşdirilib, 86 815 kv.m ərazi yoxlanılıb.


XƏBƏR LENTİ
12:11 | SON DƏQİQƏ: Azərbaycanlı idmançı koronavirusdan öldü 11:35 | Hökumət yoxsul vətəndaşların kreditlərinə niyə güzəşt etmədi? - GƏLİŞMƏ 11:24 | "Qida Təhlükəsizliyi Agentliyi nə qədər taxıl və un ehtiyatı qaldığını açıqlamalıdır..." - qiymət sürətlə bahalaşır 11:07 | "Azsığorta"da BÖHRANLI MƏNZƏRƏ - xalis mənfəəti 83% azalıb 10:45 | Türk alimlər sevindirdi : ''May ayında koronavirus ...'' 10:19 | Millət vəkilindən pozitiv paylaşım – Video 10:06 | Covid 19-peyvəndin inkişafı və ağciyərdəki dəyişikliklər 09:50 | SMS müraciətlərində gecikmələrlə bağlı rəsmi açıqlama 09:30 | Hacı Əbdül vəfat etdi 22:18 | İşıqpulu ilə bağlı əhaliyə vacib xəbər 19:59 | KİVDF-nin yeni rəhbəri kimdir? - Dosye 17:44 | Prezident KİVDF-yə yeni rəhbər təyin etdi - Sərəncam 17:23 | Vüqar Səfərli vəzifədən azad edildi - Sərəncam 17:04 | Sabahdan avtomobillə sərnişindaşıma qadağan olunur - RƏSMİ 16:31 | SON DƏQİQƏ: Rusiyada güclü partlayış baş verib 15:22 | Azərbaycanda daha 78 nəfərdə koronavirus aşkarlandı 14:36 | Gürcüstanda koronavirusdan ölən şəxs azərbaycanlıdır - YENİLƏNİB 14:08 | Temperatur aşağı düşəcək, güclü külək əsəcək - XƏBƏRDARLIQ 13:44 | Avtomobillə sərnişindaşıma qadağan olunacaq - AÇIQLAMA 13:13 | DİN karantin rejimi ilə bağlı suallara aydınlıq gətirdi - Diqqət! 12:35 | Bazarlarda qiymətlər niyə qalxır... - REPORTAJ 11:33 | Azərbaycanda tibb işçilərində koronavirus aşkarlandı