Qaynarxətt: (+99470) 997 11 77
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
18-05-2018, 19:06

Azərbaycan dövlətinin Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyinə, Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya Ağcəbədi rayonundan II Qrup əlil olan qadın Qurbanova Gülbəniz Tapdıq qızı tərəfindən xususi hədiyyə hazırlandı.

Azərbaycan dövlətinin Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyinə, Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya Ağcəbədi rayonundan II Qrup əlil olan qadın Qurbanova Gülbəniz Tapdıq qızı tərəfindən xususi hədiyyə hazırlandı.

 

Hər bir nəsil öz keçmişi haqqında aydın təsəvvürə malik olmalıdır. Azərbaycanda yeni nəsil müstəqil dövlətçilik, millətçilik ruhunu öyrənməli, bu ruh onun qanına, canına, vicdanına hopmalıdır. Tarix ancaq onu öyrənib imtahan vermək üçün deyil. Müsəlman Şərqində ilk demokratik cümhuriyyəti yaradan şəxsləri, onların yaratdığı ideologiyanı, məfkurəni yeni nəsilə öyrətmək lazımdır. Prezident İlham Əliyevin 2018-ci ili "Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etməsi məhz buna xidmət edir”. Azərbaycan dövlətinin Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyinə hazırlaşmasını yüksək qiymətləndirib: "Dövlətin bu bayrama hazırlaşması çox yaxşıdır. Biri də var hər bir kollektiv, hər bir vətəndaş bu bayrama hazırlaşa. Novruz bayramını hər bir vətəndaş öz ailəsində qeyd edir. Bəs niyə müstəqil dövlətin elan olunduğu 28 may tarixini hərə öz ailəsində bayram kimi qeyd etməsin?! Bu günü bayram kimi qeyd etmək yox, məhz yaşamaq lazımdır. Üzeyir bəy Hacıbəylinin məşhur sözü var: "Bu vətən də bizimdir, bu millət də bizimdir, bu dövlət də bizimdir”. Məhəmməd Əmin Rəsulzadə də eyni sözləri deyib. Gərək hər kəs bunu bilə. Millət bilməlidir ki, bütün Azərbaycan onun vətənidir, onun mülküdür, onun əmələ gəldiyi və öləcəyi yerdir. Azərbaycan prezidenti sağ olsun ki, 2018-ci ili "Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edib. Amma hər bir ziyalı, hər bir vətəndaş da bu bayramı qeyd etməlidir. Prezident tərəfindən 2018-ci ilin "Cümhuriyyət ili” elan edilməsinin dərin mənası, böyük tarixi əhəmiyyəti var və bu, ictimaiyyətin ürəyindəndir: "Məlumdur ki, 1918-ci il mayın 28-də xalqımız bütün müsəlman Şərqində ilk dəfə olaraq Cümhuriyyətin qurulduğunu elan etdi və demokratik bir dövlət qurdu. 23 ay mövcud olmasına baxmayaraq, Azərbaycan Cümhuriyyəti nəhəng tarixi əhəmiyyət daşıyan və gələcəkdə xalqımızın taleyinə ciddi təsir edə biləcək qanun və qərarlar qəbul etdi. Azərbaycan xalqı müsəlman xalqlarına müstəmləkəçilikdən xilas olmağın yolunu göstərdi, onlar üçün nümunə oldu. Avropanın bir çox ölkələrindən xeyli əvvəl qadınlara seçib-seçilmək hüququ verməklə, bütün dünya demokratiyasına böyük töhfə verdi. İşğal nəticəsində süquta uğrasa da, onun yerində Azərbaycan SSR quruldu. Uzun illər sonra Cümhuriyyətin bayrağı rəsmi olaraq ilk dəfə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən qəbul edildi. 1991-ci ildə Azərbaycan dövlətçiliyi bərpa edildi. Azərbaycan Respublikası Cümhuriyyətin varisi oldu”. Azərbaycan Xalq Cümhuriyyətinin tariximizin ən şərəfli səhifələrindən biri olduğunu diqqətə çatdıraraq qeyd edirik ki, müstəqil dövlətimizin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın bu gün inamla irəlilədiyini, dinamik inkişaf etdir, regionlarda və dünyada lider dövlətə çevrilibdir. Son 13 ildə nəzərdə tutulmuş dövlət proqramına uyğun tədbirlərin həyata keçirilməsi nəticəsində 380 min əmək qabiliyyətli məcburi köçkündən 200 min nəfəri büdcə təşkilatlarında və digər sahələrdə daimi işlə təmin olunsa da, hələ 161 min nəfərin daimi işlə təmin edilməsinə ehtiyac var. Mövsümi işlərlə birlikdə 400 min nəfərə qədər işlə təmin olunub. Bu məqsədlə məcburi köçkünlər üçün yeni salınmış qəsəbələrdə yeni iş yerlərinin yaradılması, kənd təsərrüfatı məhsullarının, meyvə-tərəvəzin ilkin emalı, meyvə şirələrinin istehsalı, kiçik sexlərin yaradılması, yun tədarükü, satışı müəssisələrinin təşkil olunması, üzümçülük, toxuculuq, heyvandarlığın inkişafına xüsusi diqqət ayrılmışdır. Qeyd edək ki, ölkəmizdə dövlət tərəfindən toxuculuğa xüsusi diqqət ayrılmaqdadır. Bu sahənin inkişafına uzun illər öz əməyini sərf etməkdə davam edən Ağcəbədi şəhər sakini II Qrup əlil olan Qurbanova Gülbəniz Tapdıq qızıdır. Azərbaycan Xalq Cümhuriyyəti”in 100 illiyi günü münasibəti ilə xüsusi hazlaşan bu əməksevər qadın digər gözəl, milli arnamentləri özündə əks etdirən əl işləri ilə yanaşı Azərbaycanın Birinci vitse-prezidenti əziz və hörmətli Mehriban xanımın fotosunu özündə əks olunmuş xalçanı Birinci xanıma hədiyyə etməyə hazırlaşır. Ağcəbədi rayonundan olan II Qrup əlil qadın Qurbanova Gülbəniz Tapdıq qızının bu xususi hədiyyəsi artıq tam hazırdır.
 
XeberEkspress.az

 


Azərbaycan dövlətinin Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyinə, Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya Ağcəbədi rayonundan II Qrup əlil olan qadın Qurbanova Gülbəniz Tapdıq qızı tərəfindən xususi hədiyyə hazırlandı.
Azərbaycan dövlətinin Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyinə, Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya Ağcəbədi rayonundan II Qrup əlil olan qadın Qurbanova Gülbəniz Tapdıq qızı tərəfindən xususi hədiyyə hazırlandı.
Azərbaycan dövlətinin Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyinə, Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya Ağcəbədi rayonundan II Qrup əlil olan qadın Qurbanova Gülbəniz Tapdıq qızı tərəfindən xususi hədiyyə hazırlandı.
XƏBƏR LENTİ
10:24 | Bakıda xəstəxanada dörd ayda 50 ölüm - RƏSMİ 10:11 | Bibiheybət yolu bu tarixdə açılacaq - RƏSMİ 09:50 | Maska taxılması tələb olunan yerlərin - Siyahısı 09:48 | Şadlıq evləri və şou əhli “qan ağlayır”: "Biz rusuq ki, 50 nəfərlik toy keçirək?" 09:07 | Günəşdə baş verən partlayışın NƏTİCƏLƏRİ 23:11 | Prezident İlham Əliyev uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyanı təsdiqləyib 23:10 | DİN-dən vətəndaşlara XƏBƏRDARLIQ 23:05 | “Real” ev oyunlarını “Santyaqo Bernabeu”da keçirməkdən imtina etdi 22:58 | Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyaya yeni üzvlər təyin olunacaq - ADLAR 22:56 | Vilayət Eyvazov yol polisinə yeni rəis müavini təyin etdi 18:23 | Azərbaycanda daha 273 nəfərdə koronavirus aşkarlandı - 3 nəfər vəfat etdi 18:04 | Xüsusi karantin rejimində YENİ MƏHDUDİYYƏT - RƏSMİ 17:48 | Bakı polisindən nazirlik qarşısında keçirilən aksiya ilə bağlı AÇIQLAMA 17:31 | Prezident mülki aviasiya işçilərini təltif etdi - SƏRƏNCAM 17:16 | Prezident Azərbaycandakı dini qurumlara maliyyə ayırdı - SƏRƏNCAM 16:54 | Dərslər tədris ilinin sonunadək dayandırıldı - SƏRƏNCAM 16:21 | Azərbaycanda daha bir vəzifəli şəxsə rüşvətə görə cinayət işi açıldı - RƏSMİ 15:52 | Xalq Prezidentə minnətdardır: “Sizə arxalanır və güvənirik” - MƏKTUBLAR 15:33 | Nazirdən dövlət qurumu barədə bədbin AÇIQLAMA: “Vəziyyəti ürəkaçan deyil” 13:41 | Deputatlardan Sahibə Qafarovaya TƏŞƏKKÜR 13:20 | Sabahın hava PROQNOZU 12:57 | Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası iyunun 5-də olacaq