Qaynarxətt: (+99470) 997 11 77
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
11-05-2018, 10:20 Oxunub: 249

"Fənərbağça" Türkiyə kubokunu qazana bilmədi - VİDEO

"Fənərbağça" Türkiyə kubokunu qazana bilmədi - VİDEO

 

Futbol üzrə Türkiyə Kuboku uğrunda final matçı keçirilib.

Xeberekspress.Az report-a istinadən xəbər verir ki, həlledici görüşdə "Akhisarspor" və "Fənərbağça" komandaları üz-üzə gəlib.

Diyarbəkirdəki "Atatürk" stadionunda oynanılan qarşılaşmanı FİFA referisi Cüneyt Çakır idarə edib. Görüş "Akhisarspor"un 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Qalib komandadan 32-ci dəqiqədə Migel Lopes, 70-ci dəqiqədə Abdul Sissoko, 81-ci dəqiqədə Elder Barboza, məğlub kollektivdən isə 56-cı dəqiqədə Fernandao, 86-cı dəqiqədə isə Jozef de Souza fərqlənib.

Bununla da "Akhisarspor" tarixində ilk dəfə Türkiyə Kubokunu qazanıb və bu mükafatı əldə edən 15-ci klub olub. Komandaya rəhbərlik edən Okan Buruk isə futbolçu olduğu vaxt 6 dəfə qazandığı kuboka baş məşqçi kimi ilk dəfə yiyələnib. 11 dəfə finalda uduzan "Fənərbağça"nın isə kubok həsrəti 5 ilə çatıb. 

Videonu izləmək üçün şəklə klikləyin:

Türkiyə Kubokunun yeni sahibi müəyyənləşib

XƏBƏR LENTİ