22 Noyabr 2020, Bazar
13 okt 2021, 11:54 | Gündəm / Sosial
“Vaksinin üçüncü dozası ölümləri azalda bilər” - Əhliman Əmiraslanov


“Vaksinin üçüncü dozası ölümləri azalda bilər” - Əhliman Əmiraslanov

 


Koronavirus pandemiyasının ilk vaxtlarından vətəndaşların sağlamlığının qorunması məqsədilə möhtərəm Prezident İlham Əliyevin və 1-ci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi və qayğısı ilə virusun geniş yayılmasının qarşısının alınması üçün ölkə ərazisində çevik və sistemli preventiv tədbirlər həyata keçirilməyə başlanmışdır.

Koronavirus pandemiyası dövründə bu sahədə görülən işlər, o cümlədən yeni tibb müəssisələrinin açılması ölkə səhiyyəsi ilə bağlı mənzərənin açıq təzahürüdür. Səhiyyənin  xəstəxana və tibb müəssisələri fondu demək olar ki, indi ən yüksək standartlara cavab verir. Ölkəmizdə səhiyyənin səviyyəsinin yüksəlməsi son elmi texnoloji yeniliklərin tətbiqi sahəsində mümkün olub. Məhz pandemiya dövründə ölkə səhiyyəsinin bu duruma adekvat olması reallığı tam əks etdirir. Yürüdülən dövlət siyasəti və vətəndaşların artan məsuliyyəti nəticəsində bu gün Azərbaycanda koronovirusla bağlı vəziyyət nəzarət altındadır. Pandemiyaya qarşı mübarizə tədbirlərindən biridə peyvəndləmədir. Ölkəmizdə koronavirusa qarşı vaksinasiya prosesinə yanvarın ayından başlanılıb və uğurla davam etdirilir.

Vaksinasiyanın əhəmiyyəti bu infeksiyaya qarşı orqanizmdə immunitetin yaranmasına nail olmaqla xəstəlikdən qorunmaq, infeksiyanın ötürülməsini məhdudlaşdırmaq, ölüm halının qarşısını almaqdan ibarətdir. Vaksinasiyada iştirak artıq vətəndaş məsuliyyətinin ayrılmaz göstəricisidir. Ətrafdakıları qorumaq naminə hər kəs peyvənd olunmalıdır. Bu gün əhalinin 4 növ vaksin seçimi var. Ölkəmizdə aparılan peyvənd kampaniyası çərçivəsində "Sinovak”, "AstraZeneca”, "Pfizer” və "Sputnik” vaksinləri ilə 9 milyon dozadan artıq peyvənd istifadə edilib. Onların hər biri effektiv və təhlükəsizdir. Pandemiyanın fəsadları bütün yaşlarda olan insanlara təsir edə bilər. COVİD-19 virusuna  gənc və sağlam insanlar da yoluxa bilər. Gənclər xəstəliyi simptomsuz və yüngül keçirsələr də, ətraflarında olan digər insanları yoluxdura bilərlər. Vaksinasiya olunmayan şəxslərin kütləvi tədbirlərdə iştirakı insanların həyatını təhlükə altına qoyur.

Məsuliyyətsiz addımlar cəmiyyətin gələcəyini təhlükə altına qoyur, görülmüş işləri və sərf olunmuş vəsaiti heçə endirir. Dünyada müşahidə olunan tendensiyalar COVID-19 ilə mübarizə üsullarının təkmilləşdirilməsini və qabaqcıl tədbirlərinin görülməsini zəruri edir.  Peyvənddən bir müddət sonra maksimuma çatan qorunma səviyyəsi vaxt keçdikcə zəifləyə bilər. Vaksinin qüvvətləndirici üçüncü (Buster) doza immunitet reaksiyasını yenidən gücləndirməyi və bununla da peyvəndin effektivliyini artırmağı hədəfləyir. Buster dozası yüngül yoluxmaları önləyə və virusun yayılmasını, eləcə də COVID-19-la bağlı hospitalizasiya və ölümləri azalda bilər. Üçüncü doza virusla savaşan anticismləri daha öncəki dozalardan üç dəfə artıq gücləndirir. Bu anticismlər koronavirusun ştammlarına qarşı güclüdür. İsrailin Səhiyyə Nazirliyinin məlumatına görə, buster dozasının qəbulundan sonra yan təsirlər nadir hallarda müşahidə olunub, onlar da birinci və ikinci inyeksiyadan sonra üzə çıxan əlamətlərdən fərqlənmir. ABŞ Xəstəliklərin Profilaktikası və Kontrolu Mərkəzlərinin və İngiltərənin Milli Səhiyyə Xidmətinin məlumatlarına əsasən, buster dozasının istifadəsi risk qruplarına aid olan şəxslər üçün əhəmiyyətlidir. Risk qrupuna yaşlı nəsil, eləcə də yan xəstəlikləri mövcud, yüksək risk şəraitində yaşayan və ya işləyən şəxslər aid edilir. Bu baxımdan, Vaksinin qüvvətləndirici üçüncü (Buster) dozasının tətbiqini məqbul hesab olunur.

Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov

Bu gün ÇL-də 8 matç var 19 okt 2021, 08:00 Nəsiminin icra başçısı istintaqda dindirilib 18 okt 2021, 18:34 Azərbaycanda bu işçilərin maaşı artıb 18 okt 2021, 18:12 Əli Əsədov bu qərara DƏYİŞİKLİK ETDİ 18 okt 2021, 17:17 Xəzərdə zəlzələ oldu 18 okt 2021, 16:57 Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı təbrik etdi 18 okt 2021, 16:39 Selçuk Bayraktarın atası vəfat etdi - FOTO 18 okt 2021, 14:25 "Xudafərin körpüsü Azərbaycan xalqının istedadının sübutudur" - İlham Əliyev 18 okt 2021, 14:05 "Üç rəngli bayrağınla çox yaşa, can Azərbaycan!” - Çavuşoğlu 18 okt 2021, 13:41 "Bizim üçün əsas müstəqillik bayramı 28 May Günüdür" - İlham Əliyev 18 okt 2021, 13:13 "Tarixi Qələbəmiz regionun inkişafında yeni dövrün başlanğıcıdır" - Dövlət başçısı 18 okt 2021, 12:18 İlham Əliyev və Mehriban Əliyeva Füzuli aeroportunda - FOTOLAR 18 okt 2021, 12:06 Prezident İlham Əliyev xalqa MÜRACİƏT ETDİ 18 okt 2021, 11:47 1 milyonadək işçinin maaşı və 130 minədək tələbənin təqaüdü artırılacaq - RƏSMİ 18 okt 2021, 11:27 Nazirlər Kabineti artımlarla bağlı təklifləri bu tarixədək təqdim edəcək 18 okt 2021, 11:25 “Qızıl Amnistiya” gəlir: 15 min məhkuma şamil ediləcək 18 okt 2021, 10:15 Pensiyalar və maaşlar artdı: nə qədər alacaqsınız? - VİDEO 18 okt 2021, 09:49 Rusiyada məktəbdə atışma oldu 18 okt 2021, 09:09 DAHA BİR BÖHRAN: Evlərin qiyməti niyə artır... - GƏLİŞMƏ 18 okt 2021, 08:54 Xudafərin körpüsünün işğaldan azad edilməsindən 1 il keçdi 18 okt 2021, 08:41 Bu gün Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür 18 okt 2021, 08:25 Hökumət maaşların artırılması ilə bağlı işlərə başladı 16 okt 2021, 18:05 Yoluxanların sayı açıqlandı 16 okt 2021, 17:53 Əməkhaqqı, pensiya, sosial müavinət, təqaüd və digər sosial ödənişlər artırılacaq - SƏRƏNCAM 16 okt 2021, 17:42 Tarif Şurası qazın da qiymətini QALDIRDI 16 okt 2021, 15:24