"Bu prinsiplər beynəlxalq münasibətlərdə aktual olaraq qalır” - Prezident

Gündəm / Siyasət
11-10-2021, 12:39

"Bu prinsiplər beynəlxalq münasibətlərdə aktual olaraq qalır” - Prezident

 


"Yaradıldığı gündən etibarən Qoşulmama Hərəkatı beynəlxalq arenada vacib rol oynamaqdadır".

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Belqradda keçirilən Qoşulmama Hərəkatının 60 illiyinə həsr olunan yüksək səviyyəli yubiley forumunun iştirakçılarına videoformatda müraciətində bildirib.

Dövlət başçısı deyib ki, Qoşulmama Hərəkatının təməlini ərazi bütövlüyünə hörmət, aqressiv davranışlardan çəkinmə və daxili işlərə müdaxilə etməmə kimi prinsiplər təşkil edir: "Bu prinsiplər hazırkı beynəlxalq münasibətlərdə aktual və əhəmiyyətli olaraq qalır”.

Prezident İlham Əliyev ölkələrin ərazi bütövlüyünün pozulması və güc tətbiqinin yolverilməz olduğunu diqqətə çatdırıb.