22 Noyabr 2020, Bazar
1 okt 2021, 08:33 | Gündəm / İdman
“Mahir Emreli - Azərbaycan qızılı!” - Polşalılar ondan danışır


“Mahir Emreli - Azərbaycan qızılı!” - Polşalılar ondan danışır

 


Xəbər verdiyimiz kimi, millimizin futbolçusu Mahir Emrelinin şərəfini qoruduğu "Legiya” Avropa Liqasının qrup mərhələsinin ikinci turunda "Lester”lə qarşılaşıb. Polşa təmsilçisinin 1:0 hesablı qələbə qazandığı oyunda yeganə qolu matçın 31-ci dəqiqəsində məhz Mahir Emreli vurub.

"Qafqazinfo”nun məlumatına görə, Mahir Emrelinin 2015/2016 mövsümündə İngiltərə çempionu olan "Lester”ə qol vurması azərbaycanlı futbol azarkeşləri ilə yanaşı, polşalı fanatlar tərəfindən də rəğbətlə qarşılanıb.

Mahirin artıq "Legiya” azarkeşlərinin sevimli oyunçusuna çevrildiyini desək, yanılmarıq. Hər halda polşalı fanatların tvitterdə Mahirlə bağlı etdiyi paylaşımlar da bunu deyir.

Seçdiyimiz bir neçə paylaşımı təqdim edirik:

- "Onun üçün fərqi yoxdur, istər Polşa çempionatı olsun, istər ölkə kuboku, istərsə də avrokubok matçı. O, hər zaman bizi sevindirəcək. Padşahımız, Mahir, bizimlə qal, çünki hamımız səni sevirik!”

- "Mahir Emreli ağlasığmaz qollar vurur”. 
“Mahir Emreli - Azərbaycan qızılı!” - Polşalılar ondan danışır
- "Təvazökar oğlandır. Avropanın yarısını və İngiltərə klubunu susdurdu”.

- "Mahir Emreli - Azərbaycan qızılı!”

- "Bu futbolçunu bizə gətirdilər, hamı da eyni sözü təkrar edir - ulduz olacaq! "Legiya”nın qol silahını ehtiyat oyunçular skamyasına göndərdi. Mahir Emreli bizə özünü belə tanıtdı”.

- "Mahir Emreli - təvəzökar bir azərbaycanlı! "Legiya”da bu gün daha bir testdən uğurla keçdi. Bu, bəxt deyildi, keçmiş İngiltərə çempionunu düzgün və ağıllı taktika ilə məğlub etdilər”.

- "Mahir meydanı tərk edəndə, bütün stadion ayaq üstə onu alqışladı. Polşa çempionun yeni kralı!”
“Mahir Emreli - Azərbaycan qızılı!” - Polşalılar ondan danışır
- "Mahir Emreli - "Legiya”nın yeni Levandovskisi!”

- "Dürüst olmaq lazımdırsa, pul umrumda deyil. Mənim üçün keyfiyyət önəmlidir. Mahir Emreli canavardır. "Legiya” onu mövsümün sonunda komandada saxlamalıdır”.

- "Mahir Emreli - "Legiya”nın avrokuboklardakı üzü...”

- "Barmaqlarımı onun üçün çarpaz tuturam. Varşavaya gələrək inkişafı seçdi. İndi milyonlarca alıcı qarşısında məhsul toplayır. İndi Azərbaycandakı coşqunu təsəvvür etmək çətin deyil...”

Rafal Tamkoviak adlı polşalı azərkeş isə paylaşımını Azərbaycan dilində edib:

"Mahir Emreli bir qəhrəmandır. "Legiya”nın ən yaxşısıdır. Azərbaycan dilində ilk tvitim...”

“44” hər yerdən görünəcək 19 okt 2021, 10:00 Bu gün ÇL-də 8 matç var 19 okt 2021, 08:00 Nəsiminin icra başçısı istintaqda dindirilib 18 okt 2021, 18:34 Azərbaycanda bu işçilərin maaşı artıb 18 okt 2021, 18:12 Əli Əsədov bu qərara DƏYİŞİKLİK ETDİ 18 okt 2021, 17:17 Xəzərdə zəlzələ oldu 18 okt 2021, 16:57 Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı təbrik etdi 18 okt 2021, 16:39 Selçuk Bayraktarın atası vəfat etdi - FOTO 18 okt 2021, 14:25 "Xudafərin körpüsü Azərbaycan xalqının istedadının sübutudur" - İlham Əliyev 18 okt 2021, 14:05 "Üç rəngli bayrağınla çox yaşa, can Azərbaycan!” - Çavuşoğlu 18 okt 2021, 13:41 "Bizim üçün əsas müstəqillik bayramı 28 May Günüdür" - İlham Əliyev 18 okt 2021, 13:13 "Tarixi Qələbəmiz regionun inkişafında yeni dövrün başlanğıcıdır" - Dövlət başçısı 18 okt 2021, 12:18 İlham Əliyev və Mehriban Əliyeva Füzuli aeroportunda - FOTOLAR 18 okt 2021, 12:06 Prezident İlham Əliyev xalqa MÜRACİƏT ETDİ 18 okt 2021, 11:47 1 milyonadək işçinin maaşı və 130 minədək tələbənin təqaüdü artırılacaq - RƏSMİ 18 okt 2021, 11:27 Nazirlər Kabineti artımlarla bağlı təklifləri bu tarixədək təqdim edəcək 18 okt 2021, 11:25 “Qızıl Amnistiya” gəlir: 15 min məhkuma şamil ediləcək 18 okt 2021, 10:15 Pensiyalar və maaşlar artdı: nə qədər alacaqsınız? - VİDEO 18 okt 2021, 09:49 Rusiyada məktəbdə atışma oldu 18 okt 2021, 09:09 DAHA BİR BÖHRAN: Evlərin qiyməti niyə artır... - GƏLİŞMƏ 18 okt 2021, 08:54 Xudafərin körpüsünün işğaldan azad edilməsindən 1 il keçdi 18 okt 2021, 08:41 Bu gün Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür 18 okt 2021, 08:25 Hökumət maaşların artırılması ilə bağlı işlərə başladı 16 okt 2021, 18:05 Yoluxanların sayı açıqlandı 16 okt 2021, 17:53 Əməkhaqqı, pensiya, sosial müavinət, təqaüd və digər sosial ödənişlər artırılacaq - SƏRƏNCAM 16 okt 2021, 17:42