22 Noyabr 2020, Bazar
24 sen 2021, 14:07 | Gündəm / Siyasət
“Xarıbülbül” festivalının keçirilməsi mənim ideyam idi” - İlham Əliyev


“Xarıbülbül” festivalının keçirilməsi mənim ideyam idi” - İlham Əliyev

 


"Heydər Əliyev Fondu artıq neçə ildir bu istiqamətdə və başqa istiqamətlərdə - səhiyyə, təhsil, Azərbaycan mədəniyyətinin qorunub saxlanması, muğam və aşıq sənəti kimi ənənəvi incəsənət növlərinin qorunub saxlanması üzrə iş aparır. Azərbaycan xalqı bunlarsız yaşaya bilməz, biz bütün bunları gənc nəslə çatdırmalıyıq, gənc nəsil ənənəvi dəyərlər ruhunda, yaşlılara hörmət ənənələri ruhunda böyüməli, Azərbaycan xalqının çoxəsrlik tarixi boyu qoruyub saxladığı bütün yaxşı dəyərlər itirilməməlidir. Müasir qloballaşma meyilləri və ya əxlaqın deqradasiyası ilə bağlı müasir meyillər nəzərə alınmalıdır. Təkcə Azərbaycan xalqına deyil, dünya əhalisinin əksəriyyətinə yabançı olan belə meyillərin fəal şəkildə təbliğ edildiyini görürük. Burada əsas təməl isə, əlbəttə, ailə tərbiyəsi, incəsənət, ədəbiyyat, mədəniyyətdir. Biz bunları qoruyub saxlamaq istəyirik və qoruyub saxlayırıq”. 

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın "Nasionalnaya oborona” (Milli müdafiə) jurnalına verdiyi müsahibədə deyib. 

"Şuşada "Xarıbülbül” festivalı keçirməyimiz, festivalın ilk günündə Azərbaycanda yaşayan bütün xalqların nümayəndələrinin çıxış etməsi mənim ideyam idi. Mən bunu Fonda təklif etdim və onlar bunu çox parlaq şəkildə təşkil etdilər, göstərdilər ki, bu, bizim ümumi qələbəmizdir. Bu qələbə uğrunda Azərbaycanda məskunlaşan bütün xalqlar canlarından keçiblər. Yaxın günlərdə biz Şuşada Vaqif poeziya günlərini bərpa etdik, Vaqifin dağıdılmış məqbərəsini bərpa etdik. İndi tarixi abidələr bərpa olunur. Azad edilmiş bütün ərazilərdə bu işlər davam etdiriləcək, təhsil layihələri, mədəniyyət layihələri artıq razılaşdırılıb. Şuşada tarixi abidələrin çox hissəsi sponsorların vəsaiti hesabına və Heydər Əliyev Fondunun təşəbbüsü ilə bərpa olunacaq və ya artıq bərpa olunmaqdadır. Bir də, əlbəttə, biz bu işləri dövlət sərmayə qoyuluşları hesabına aparacağıq. Həmçinin Qarabağ Dirçəliş Fondu yaradılıb, bu Fonda hər kəs ianə verə bilər. Odur ki, bu, çox genişmiqyaslı quruculuq işi olacaq, cəmiyyət bunu çox müsbət qəbul edir. İnsanların azad edilmiş torpaqlarda müəyyən dəyişikliklər baş verdiyini, həyatın dirçəldiyini görəndə necə sevindiklərini bilirəm”, - deyə dövlət başçısı qeyd edib.

Bu gün ÇL-də 8 matç var 19 okt 2021, 08:00 Nəsiminin icra başçısı istintaqda dindirilib 18 okt 2021, 18:34 Azərbaycanda bu işçilərin maaşı artıb 18 okt 2021, 18:12 Əli Əsədov bu qərara DƏYİŞİKLİK ETDİ 18 okt 2021, 17:17 Xəzərdə zəlzələ oldu 18 okt 2021, 16:57 Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı təbrik etdi 18 okt 2021, 16:39 Selçuk Bayraktarın atası vəfat etdi - FOTO 18 okt 2021, 14:25 "Xudafərin körpüsü Azərbaycan xalqının istedadının sübutudur" - İlham Əliyev 18 okt 2021, 14:05 "Üç rəngli bayrağınla çox yaşa, can Azərbaycan!” - Çavuşoğlu 18 okt 2021, 13:41 "Bizim üçün əsas müstəqillik bayramı 28 May Günüdür" - İlham Əliyev 18 okt 2021, 13:13 "Tarixi Qələbəmiz regionun inkişafında yeni dövrün başlanğıcıdır" - Dövlət başçısı 18 okt 2021, 12:18 İlham Əliyev və Mehriban Əliyeva Füzuli aeroportunda - FOTOLAR 18 okt 2021, 12:06 Prezident İlham Əliyev xalqa MÜRACİƏT ETDİ 18 okt 2021, 11:47 1 milyonadək işçinin maaşı və 130 minədək tələbənin təqaüdü artırılacaq - RƏSMİ 18 okt 2021, 11:27 Nazirlər Kabineti artımlarla bağlı təklifləri bu tarixədək təqdim edəcək 18 okt 2021, 11:25 “Qızıl Amnistiya” gəlir: 15 min məhkuma şamil ediləcək 18 okt 2021, 10:15 Pensiyalar və maaşlar artdı: nə qədər alacaqsınız? - VİDEO 18 okt 2021, 09:49 Rusiyada məktəbdə atışma oldu 18 okt 2021, 09:09 DAHA BİR BÖHRAN: Evlərin qiyməti niyə artır... - GƏLİŞMƏ 18 okt 2021, 08:54 Xudafərin körpüsünün işğaldan azad edilməsindən 1 il keçdi 18 okt 2021, 08:41 Bu gün Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür 18 okt 2021, 08:25 Hökumət maaşların artırılması ilə bağlı işlərə başladı 16 okt 2021, 18:05 Yoluxanların sayı açıqlandı 16 okt 2021, 17:53 Əməkhaqqı, pensiya, sosial müavinət, təqaüd və digər sosial ödənişlər artırılacaq - SƏRƏNCAM 16 okt 2021, 17:42 Tarif Şurası qazın da qiymətini QALDIRDI 16 okt 2021, 15:24