22 Noyabr 2020, Bazar
10 sen 2021, 10:16 | Gündəm / Video
“Yarım milyonluq yeyintinin videosunu vermişik, prokuror müavini işi rədd edir”

“Yarım milyonluq yeyintinin videosunu vermişik, prokuror müavini işi rədd edir”

 


Şəmkir rayonunda yarım milyon manatdan çox pulunun mənimsənildiyini iddia edən sahibkar prokurorluğun fəaliyyətindən şikayətçidir.

Sahibkar Ramin Əliyev "Qafqazinfo”ya müraciət edərək bildirib ki, ona məxsus olan və Şəmkir rayonunda yerləşən "Zirvə” marketdə 2017-ci ildən 2020-ci ilin sentyabr ayınadək kassir işləyən Laura Əliyeva onun 539 222  manat pulunu mənimsəyib: "Bununla bağlı audit hesabatı, invertizasiya aktı, cədvəllər üzrə yoxlamalar, şahid izahatları, kamera görüntüləri Şəmkir rayon prokurorluğuna təqdim edilib. Bütün şahid izahatlarında da pulun Laura Əliyeva tərəfindən mənimsənildiyi deyilir, amma yenə də heç bir tədbir görülmür. Videogörüntülərdə də kassirin pulu telefonun arxasında başqa şəxsə ötürdüyü, pulları kiçik ölçüdə büküb paltarında gizlətdiyi açıq-aydın görünür”.
R.Əliyevin iddiasına görə, buna baxmayaraq Şəmkir rayon prokurorunun müavini Ramil Qurbanov auditorun izahatını almadan, araşdırma aparmadan cinayət işinin başlanılmasını rədd edib və bunu qərarında əsaslandırmayıb: "O, yalnız barəsində şikayət edilən şəxsin izahatını almaqla cinayət işinin başlanılmasını rədd edib. Halbuki audit hesabatını təqdim edən auditorun izahatı alınmadan qərar qəbul edilib. Yəni, auditor 539 min 222 manat məbləğində pulun kamera görüntüləri ilə təsdiq olunan mənimsənilməsinə dair hesabat təqdim edib. Xüsusilə külli miqdarda pulumun mənimsənilməsini başqa necə sübut etməliyəm? Cinayət-Prosessual Məcəllədə sübut hesab edilən bütün vasitələr tərəfimdən prokurorluğa təqdim edilib.

İki audit hesabatı var. 2020-ci il dekabrın 25-də verilən audit hesabatında 539 222 manat yeyintinin olması, 28.04.2021-ci il aprelin 28-də verilən ikinci audit hesabatda isə həmin yeyintidən 86 min manatının Laura Əliyeva tərəfindən mənimsənilməsinin kamera görüntüləri ilə təsdiq edilməsi birbaşa göstərilib. Qalan məbləğin mənimsənilməsi yoxlama nəticəsində müəyyən edilib.

Hazırda araşdırmanın obyektiv aparılacağına inanmıram. Çünki rayon prokurorluğu bu vaxta kimi bizim təqdim etdiyimiz heç bir sübutu araşdırmayıb. Buna görə də işin Baş Prokurorluq tərəfindən araşdırılmasını istəyirəm”.

Baş Prokurorluğun Mətbuat xidmətindən "Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, sahibkar Ramin Əliyevin eyni məzmunlu müraciəti əsasında Şəmkir rayon prokurorluğunda ilkin yoxlama aparılıb: "Toplanmış material üzrə Əliyeva Laura Səyavuş qızı və Əliyeva Əminə Saleh qızının əməllərində cinayət tərkibi olmadığından barələrində cinayət işinin başlanması rədd edilib.

Qərardan Əliyev Ramin Vaqif oğlunun nümayəndəsi və vəkili Rüstəmov İlqar Sahib oğlunun vermiş olduğu şikayətə rayon prokurorluğunda baxılmaqla material üzrə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar Şəmkir rayon prokuroru tərəfindən ləğv edilib.

Hazırda rayon prokurorluğunda araşdırma davam etdirilir”.
“Yarım milyonluq yeyintinin videosunu vermişik, prokuror müavini işi rədd edir”

Anım günü ilə əlaqədar Bakının bu ərazilərində hərəkət məhdudlaşdırılacaq 25 sen 2021, 18:06 Yoluxanların sayı açıqlandı 25 sen 2021, 17:25 Hava şəraiti ilə bağlı əhaliyə - Xəbərdarlıq 25 sen 2021, 17:03 Rus sülhməramlıların yeni komandanı Karapetyanla görüşdü 25 sen 2021, 15:49 İƏT erməni cinayətləri barədə hesabat hazırlayacaq 25 sen 2021, 15:11 Kriminal dünyada yeni savaş: "Lotu Quli"nin qisası alınır? 25 sen 2021, 15:06 Azərbaycanda yüksək vəzifə tutan xanımlar - SİYAHI 25 sen 2021, 14:41 Mahir Emrelidən Poşla mətbuatına maraqlı açıqlamalar 25 sen 2021, 13:54 Qarabağdakı rus sülhməramlıların yeni komandanı o oldu 25 sen 2021, 13:51 Qarabağdakı rus sülhməramlıların yeni komandanı o oldu 25 sen 2021, 13:27 Azərbaycana qar yağdı - FAKTİKİ HAVA (YENİLƏNİB) 25 sen 2021, 13:24 Sahibə Qafarova Qazaxıstana getdi 25 sen 2021, 12:49 İkinci Qarabağa savaşında qəhrəmanlıq dastanı yazan igidlər: Göynük Qartalları 25 sen 2021, 12:43 “Dövlət qurumlarının sosial mediada səmərəli fəaliyyətinin təşkili” mövzusunda seminar keçirildi 25 sen 2021, 11:34 Sosial yardım alanlara VACİB XƏBƏR 25 sen 2021, 10:08 FHN-in sabiq şöbə müdiri HƏBS EDİLDİ 25 sen 2021, 10:05 Ceyhun Bayramov Ermənistan XİN rəhbəri ilə görüşdü 25 sen 2021, 09:39 İranın Bakıdakı səfiri Qarabağa daşınan yüklərdən və sərhəddəki təlimdən danışdı 24 sen 2021, 21:36 Rayona ictimai nəqliyyatla gedənlərdən COVİD-19 pasportu tələb ediləcək 24 sen 2021, 19:09 Oktyabrın 1-dən ictimai nəqliyyat həftəsonu da işləyəcək 24 sen 2021, 18:46 Operativ Qərargah məlumat yaydı 24 sen 2021, 18:33 Mehriban Əliyeva Binədə yeni inşa edilən məktəbdə - Fotolar 24 sen 2021, 18:20 Şərəfli Zəfərimizin birinci ili 24 sen 2021, 17:30 Jirinovski deputat mandatından imtina ETDİ 24 sen 2021, 17:28 Ramin Bayramlı bu vəzifəsindən də AYRILDI 24 sen 2021, 17:24