22 Noyabr 2020, Bazar
7 sen 2021, 16:37 | Gündəm / İdman
Prezident federasiyaların fəaliyyətini tənqid etdi


Prezident federasiyaların fəaliyyətini tənqid etdi

 


"İdman sahəsində buraxılan nöqsanlar da ciddi araşdırılmalıdır, ciddi təhlil aparılmalıdır. Xüsusilə Olimpiya Oyunlarına hazırlıq dövründə bəzi federasiyalarda işlər qeyri-qənaətbəxş olmuşdur və bütün federasiyalarda mövcud olan vəziyyət ciddi təhlil edilməlidir. Deməli, məşq prosesinə, təlim-məşq toplanışlarına xüsusi diqqət verilməlidir”.

Bu fikirləri Prezident İlham Əliyev Fərid Qayıbovu gənclər və idman naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.

"Onu da nəzərə almalıyıq ki, son Olimpiya Oyunlarında medallar qazanmış idmançılarımız bizim təcrübəli idmançılardır. Demək olar ki, veteran idmançılardır. Onların arasında gənc nəslin nümayəndələri yoxdur və bu, çox ciddi təhlil edilməlidir. Necə ola bilər ki, nəsillər arasında artıq belə bir ara, elə bil ki, məsafə yaranır. Son illərdə bütün bölgələrdə idman obyektlərinin tikintisi geniş vüsət almışdır, təkcə bölgələrdə 50-yə yaxın idman-olimpiya kompleksimiz fəaliyyət göstərir. Onların fəaliyyəti ciddi təftiş edilməlidir, orada məşq prosesi nə səviyyədədir, uşaqlar, yeniyetmələr idman bölmələrinə gəlirmi, gəlmirmi, idmanla məşğul olmaq üçün şərait nə dərəcədədir? Çünki biz, bu infrastrukturu, bu kompleksləri o məqsədlə yaratmışıq ki, həm idmanın kütləviliyi artsın, eyni zamanda, peşəkar idmançılar yetişsin.

Nəzərə alsaq ki, Tokio Olimpiya Oyunlarında gənc idmançılar medallar qazana bilmədilər, bu, çox ciddi təftiş edilməlidir. Klublardakı vəziyyətlə bağlı təhlil aparılmalıdır. Yəni, biz nəticə çıxarmalıyıq. Biz, əlbəttə, qələbələrlə fəxr edə bilərik. Ancaq çatışmazlıqlar da var və onlar aradan qaldırılmalıdır. Bu sahədə şəffaflıq tam təmin edilməlidir və bütün xoşagəlməz hallara qarşı ciddi mübarizə aparılmalıdı”, - deyə İlham Əliyev vurğulayıb.

Anım günü ilə əlaqədar Bakının bu ərazilərində hərəkət məhdudlaşdırılacaq 25 sen 2021, 18:06 Yoluxanların sayı açıqlandı 25 sen 2021, 17:25 Hava şəraiti ilə bağlı əhaliyə - Xəbərdarlıq 25 sen 2021, 17:03 Rus sülhməramlıların yeni komandanı Karapetyanla görüşdü 25 sen 2021, 15:49 İƏT erməni cinayətləri barədə hesabat hazırlayacaq 25 sen 2021, 15:11 Kriminal dünyada yeni savaş: "Lotu Quli"nin qisası alınır? 25 sen 2021, 15:06 Azərbaycanda yüksək vəzifə tutan xanımlar - SİYAHI 25 sen 2021, 14:41 Mahir Emrelidən Poşla mətbuatına maraqlı açıqlamalar 25 sen 2021, 13:54 Qarabağdakı rus sülhməramlıların yeni komandanı o oldu 25 sen 2021, 13:51 Qarabağdakı rus sülhməramlıların yeni komandanı o oldu 25 sen 2021, 13:27 Azərbaycana qar yağdı - FAKTİKİ HAVA (YENİLƏNİB) 25 sen 2021, 13:24 Sahibə Qafarova Qazaxıstana getdi 25 sen 2021, 12:49 İkinci Qarabağa savaşında qəhrəmanlıq dastanı yazan igidlər: Göynük Qartalları 25 sen 2021, 12:43 “Dövlət qurumlarının sosial mediada səmərəli fəaliyyətinin təşkili” mövzusunda seminar keçirildi 25 sen 2021, 11:34 Sosial yardım alanlara VACİB XƏBƏR 25 sen 2021, 10:08 FHN-in sabiq şöbə müdiri HƏBS EDİLDİ 25 sen 2021, 10:05 Ceyhun Bayramov Ermənistan XİN rəhbəri ilə görüşdü 25 sen 2021, 09:39 İranın Bakıdakı səfiri Qarabağa daşınan yüklərdən və sərhəddəki təlimdən danışdı 24 sen 2021, 21:36 Rayona ictimai nəqliyyatla gedənlərdən COVİD-19 pasportu tələb ediləcək 24 sen 2021, 19:09 Oktyabrın 1-dən ictimai nəqliyyat həftəsonu da işləyəcək 24 sen 2021, 18:46 Operativ Qərargah məlumat yaydı 24 sen 2021, 18:33 Mehriban Əliyeva Binədə yeni inşa edilən məktəbdə - Fotolar 24 sen 2021, 18:20 Şərəfli Zəfərimizin birinci ili 24 sen 2021, 17:30 Jirinovski deputat mandatından imtina ETDİ 24 sen 2021, 17:28 Ramin Bayramlı bu vəzifəsindən də AYRILDI 24 sen 2021, 17:24