22 Noyabr 2020, Bazar
3 sen 2021, 18:13 | Gündəm / Maraqlı
“Gənclik” parkında həyəcanlı anlar – Qadın uşaqlar üçün olan atraksionda qaldı – VİDEO


“Gənclik” parkında həyəcanlı anlar – Qadın uşaqlar üçün olan atraksionda qaldı – VİDEO
Xətai rayonunda yeni istifadəyə verilən "Gənclik” parkında axşam saatlarında həyəcanlı anlar yaşanıb. 

Parkda uşaqlar üçün quraşdırılmış sürüşkən atraksionun borusunda ağırçəkili qadın ilişib qalıb. 10 yaşınadək uşaqlar üçün nəzərə tutulan atraksiona çıxan qadın övladından sonra özü də sürüşüb. Lakin həmin şəxs borudan çıxa bilməyib. 

Parkın əməkdaşları dərhal əraziyə gəlib. Qadını oradan ancaq xüsusi maddə və iplə çəkib çıxarmaq mümkün olub.

Parkın nəzarətçisi Mahir Abdurahmanov "Qafqazinfo”ya hadisə anından danışıb. O,  xanımın maraq üçün belə addım atdığını qeyd edib:

"Biz iş başında idik. Bildirildi ki, orta yaşlı bir xanım uşaqlar üçün nəzərdə tutulan sürüşkəndə ilişib qalıb.  Hadisə yerinə gəldik, dərhal müdaxilə etdik. Bir az dolu xanım idi. Kömək etdik. Ona sual verdik ki, necə oldu ki, sürüşdüz? Çünki bura uşaqlar üçün nəzərdə tutulub. Gülərək cavab verdi ki, uşağın ardınca  sürüşdüm ki, görüm necədir? Atraksionun açılan yerləri var. Onları çıxardıq, daha sonra parkda olan xanımlar da bizə yardım etdi, ayaqlarından çəkib çıxardıq”. 

Oxumağa dəyər:   "Nə Türkiyə, nə Qətər bunu təkbaşına həll edə bilməyəcək"
Park nəzarətçisi vətəndaşlara müraciət edərək atraksionlardan düzgün istifadə etməklərini xahiş edib: "Üstündə emblemi var, bilinir ki, atraksion əlillər üçün nəzərdə tutulub. Böyüklər üçün nəzərdə tutulana uşaqlar, uşaqlar üçün nəzərdə tutulana böyüklər minir. Xahiş edirik ki, bir az gözüaçıq olsunlar, dərinliklə fikir versinlər. Köməklik göstərsinlər, sındırmasınlar. Əlillər üçün nəzərdə tutulan idman alətlərindən ancaq əlillər istifadə etməlidir. Uşaq və böyüklərin istifadəsi düzgün deyil. Parkın nəzarətçiləri onlara yaxınlaşır, başa salırlar ki, əlillər üçün nəzərdə tutulub. Çağırışımız odur ki, bu gözəl parkı xalqımız üçün yaratmışıq. Havası gözəldir, gəzmək üçün istifadə etsinlər. İstifadə etdikləri əşyaları yerə atıb gedirlər.  Bir millət kimi öz mədəniyyətimizi göstərsək, daha yaxşı olar”.  

Anım günü ilə əlaqədar Bakının bu ərazilərində hərəkət məhdudlaşdırılacaq 25 sen 2021, 18:06 Yoluxanların sayı açıqlandı 25 sen 2021, 17:25 Hava şəraiti ilə bağlı əhaliyə - Xəbərdarlıq 25 sen 2021, 17:03 Rus sülhməramlıların yeni komandanı Karapetyanla görüşdü 25 sen 2021, 15:49 İƏT erməni cinayətləri barədə hesabat hazırlayacaq 25 sen 2021, 15:11 Kriminal dünyada yeni savaş: "Lotu Quli"nin qisası alınır? 25 sen 2021, 15:06 Azərbaycanda yüksək vəzifə tutan xanımlar - SİYAHI 25 sen 2021, 14:41 Mahir Emrelidən Poşla mətbuatına maraqlı açıqlamalar 25 sen 2021, 13:54 Qarabağdakı rus sülhməramlıların yeni komandanı o oldu 25 sen 2021, 13:51 Qarabağdakı rus sülhməramlıların yeni komandanı o oldu 25 sen 2021, 13:27 Azərbaycana qar yağdı - FAKTİKİ HAVA (YENİLƏNİB) 25 sen 2021, 13:24 Sahibə Qafarova Qazaxıstana getdi 25 sen 2021, 12:49 İkinci Qarabağa savaşında qəhrəmanlıq dastanı yazan igidlər: Göynük Qartalları 25 sen 2021, 12:43 “Dövlət qurumlarının sosial mediada səmərəli fəaliyyətinin təşkili” mövzusunda seminar keçirildi 25 sen 2021, 11:34 Sosial yardım alanlara VACİB XƏBƏR 25 sen 2021, 10:08 FHN-in sabiq şöbə müdiri HƏBS EDİLDİ 25 sen 2021, 10:05 Ceyhun Bayramov Ermənistan XİN rəhbəri ilə görüşdü 25 sen 2021, 09:39 İranın Bakıdakı səfiri Qarabağa daşınan yüklərdən və sərhəddəki təlimdən danışdı 24 sen 2021, 21:36 Rayona ictimai nəqliyyatla gedənlərdən COVİD-19 pasportu tələb ediləcək 24 sen 2021, 19:09 Oktyabrın 1-dən ictimai nəqliyyat həftəsonu da işləyəcək 24 sen 2021, 18:46 Operativ Qərargah məlumat yaydı 24 sen 2021, 18:33 Mehriban Əliyeva Binədə yeni inşa edilən məktəbdə - Fotolar 24 sen 2021, 18:20 Şərəfli Zəfərimizin birinci ili 24 sen 2021, 17:30 Jirinovski deputat mandatından imtina ETDİ 24 sen 2021, 17:28 Ramin Bayramlı bu vəzifəsindən də AYRILDI 24 sen 2021, 17:24