Qaynarxətt: (+99470) 997 11 77
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
2-05-2018, 12:00 Oxunub: 1 425

Sumqayıt şəhərində həyata keçirilən abadlıq-quruculuq işləri davam etdirilir:

 

Sumqayıt şəhərində həyata keçirilən abadlıq-quruculuq işləri davam etdirilir:

 

 
Sumqayıt şəhərində həyata keçirilən abadlıq-quruculuq işləri davam etdirilir.
 
XeberEkspress.az-ın verdiyi məlumata görə, cari ilin son üç ayı ərzində yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması və abadlıq işlərinin görülməsi istiqamətində Metallurq küçəsi - sənaye zonasındankeçməklə Bakı-Quba şosesinə qədər 4,0 km uzunluğunda yol yenidən qurularaq kompleks şəkildə əsaslı təmir olunur. Qeyd edək ki, 2017-ci ilin əvvəlindən bu küçənin Sülh küçəsindən başlayaraq, Bakı-Quba yoluna qədər olan hərəkət hissəsi genişləndirilib, hasarlar, piyada yolları, kommunikasiya xətləri yenidən qurularaq yaşıllaşdırma işləri aparılıb. Həmçinin İsmət Qayıbov və Babək küçələrində asfaltlanma işlərinə başlanılıb, 3-cü, 9-cu mikrorayonlar və bir çox məhəllələrin ərazilərinə ümumilikdə 15 min kv.metrdən çox asfalt örtüyü salınıb. Küçə və yollarda köhnəlib sıradan çıxmış 10 min p/m-dən çox səki daşı yeniləri ilə əvəz edilib, Nizami küçəsində 600 kv.metr yerə piltə döşənib, məhəllə və mikrorayonların həyətlərində 120-dən çox oturacaq və kölgəliklər quraşdırılıb.Hazırda Cəfər Cabbarlı, 3-cü mikrorayon və digər məhəllədaxili ərazilərdə asfaltlanma işləri davam etdirilir. 2018-ci ilin qalan dövrü ərzində isə şəhərin inkişafı ilə əlaqədar sosial obyektləri və yaşayış binalarının dam örtüklərinin, fasadlarının əsaslı təmiri, istilik təchizatı ilə əlaqədar problemlərin həlli, küçə və yolların, məhəllədaxili ərazilərin asfalt örtüyünün dəyişdirilməsi, "Acı Dərə” kanalının yaşayış ərazilərindən keçən hissəsinin boruya alınması, yeni istehsal sahələrinin, iş yerlərinin açılması və digər sosial problemlərin həlli istiqamətində işlər davam etdiriləcək. Xatırladaq ki, "Acı Dərə” kanalının Metallurq küçəsində məcrasının dəyişdirilməsi ilə əlaqədar 1800 p/m yeni su ötürücü kanalizasiya xətti çəkilib. Eyni zamanda tezliklə İnşaatçılar, Zülfi Hacıyev, Üzeyir Hacıbəyov, Nəriman Nərimanov küçələrində və şəhərin digər təmirə ehtiyacı olan küçələrində asfaltlanma işləri aparılacaq. Bundan başqa, ötən il ərzində Sumqayt şəhərinin Koroğlu küçəsində 4 km uzunluğunda 140 min kv.metr, Səməd Vurğun küçəsində 9 km uzunluğunda 120 min kv.metr, Nizami küçəsində 1,6 km uzunluğunda 25 min kv.metr, Sərvər Bədəlbəyli küçəsində 0,8 km uzunluğunda 14 min kv.metr və Heydər Əliyev küçəsində 1,8 km uzunluğunda 66 min kv.metr yola yeni asfalt örtüyü salınıb. Həmçinin Sumqayıt şəhər İcra Hakimiyyətinin dəstəyi və şəhər bələdiyyəsinin köməyi ilə Qurd Dərəsi yaşayış massivində 2,5 km uzunluğunda yol hər iki tərəfə genişləndirilib, yolun eni 8 metrə çatdırılaraq asfalt örtüyü təmir edilib.
 
Müəllif:
Pərviz Məmişov
Qadir Ağayev
 
XeberEkspress.az
 

Sumqayıt şəhərində həyata keçirilən abadlıq-quruculuq işləri davam etdirilir:

 

Sumqayıt şəhərində həyata keçirilən abadlıq-quruculuq işləri davam etdirilir:

 


XƏBƏR LENTİ
23:00 | Peşə təhsili müəssisələrinə sənəd qəbulunun nəticələri açıqlanıb 22:45 | Abxaziyada silahlı insident - Prezidentliyə namizədin seçki qərargahı gülləbaran edildi 22:30 | Boris Consonun sevgilisi ABŞ-a buraxılmadı 22:15 | Ata, həqiqətən, burada yaşamısan? — Ronaldo oğlunun qarşısında aciz qaldı 20:43 | Prezident İlham Əliyev bu şəxsləri təltif etdi - SİYAHI 17:41 | Ordumuz Qazax istiqamətində 600 metr irəliləyib - Ermənilərdən etiraf 17:28 | "Niyə bu gün “Instagram”da onları izləyirsən amma məni izləmirsən?" 17:14 | Sabah dollar neçəyə olacaq? 17:00 | Vilayət Eyvazov Bernd Aleksander Bayerlini qəbul edib - FOTO 16:41 | Bakıda alkoqol aludəçisinin meyiti tapılıb 16:40 | “Azərişıq” ASC-nin əməkdaşı iş yoldaşının telefonunu oğurlamaqda şübhəli bilinir 16:14 | Bakı Şəhər Baş Polis İdarəsi ayaqları zəncirlənən azyaşlı ilə bağlı AÇIQLAMA yaydı 16:00 | BAKIDA ŞOK HADİSƏ: Azyaşlı uşağın ayaqlarını bir-birinə zəncirləyib evdə tək qoydular - FOTOFAKT 15:38 | Ermənistanda ZİDDİYƏT ARTIR - Yaxın günlərdə.... 15:04 | Qoşunlarının təmas xəttində monitorinq insidentsiz başa çatıb 14:47 | Alimlər araşdırdı: Messi, yoxsa Ronaldo güclüdür? 14:30 | Qabil Hüseynli: Qəzaya uğrayan hərbi təyyarənin "qara qutu"su Azərbaycanda oxunacaq 14:14 | "Arzumuz, xəyallarımız baş tutmadı" — Rəşad Atakişiyevin həyat yoldaşından ÜRƏK PARÇALAYAN SÖZLƏR 13:55 | "SƏMALARDAN BOYLANAN ŞƏHİDİM TƏBRİZ MUSAZADƏ" adlı 1-ci filmin nümayişi təqdim olundu 13:26 | Orxanın təhsil haqqı ödənildi - FOTO 13:03 | Bu, ədəbsizlikdir - Bəhruz Quliyev 12:28 | Avtomobil bazarında son QİYMƏT