22 Noyabr 2020, Bazar
23 iyl 2021, 11:48 | Gündəm / Dünya
“La Croix”: “Ermənistanın təcrid olunmuş vəziyyətdən çıxmaq, Fransanın isə imicini bərpa etmək şansı var”

 

“La Croix”: “Ermənistanın təcrid olunmuş vəziyyətdən çıxmaq, Fransanın isə imicini bərpa etmək şansı var”

 

"La Croix” (Fransa) qəzetində gedən məqalədə Fransanın ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi rolundan bəhs olunub.

Müəllif həmsədrlərin uğursuz diplomatik fəaliyyətini iki ölkə arasındakı müharibənin baş verməsinin səbəblərindən biri kimi dəyərləndirərək uzunmüddətli sülhə nail olmaq məqsədilə artıq Fransa üçün fürsət yarandığını bildirib, çünki məsələ yalnızca Cənubi Qafqazın gələcəyi ilə deyil, həm də Fransanın vasitəçi kimi beynəlxalq nüfuzu ilə bağlıdır. 

 

Müəllif qeyd edib ki, Fransada erməni diasporu və lobbisinin aktiv rolunun ölkənin vasitəçi kimi qərəzsiz fəaliyyətinə təsir etmə ehtimalı var və hazırda Fransa regiona qarşı öz münasibətini tarazlaşdırmalıdır. Onun sözlərinə görə, Fransanın Ermənistana hər zaman dəstək olması onun rəsmi İrəvanda təsir gücünə sahib olmasına səbəb olub və indi Fransanın bu fürsətdən istifadə etməyinin vaxtı çatıb. Bu xüsusda müəllif vurğulayıb ki, Fransanın Cənubi Qafqaz regionu üçün nəzərdə tutulmuş siyasi prioriteti tərəflər arasında iqtisadi əməkdaşlığı təşviq etmək və dəstəkləmək istiqamətində olmalıdır. Nəzərə çatdırılıb ki, hazırda Ermənistanın 4 beynəlxalq sərhədindən 3-ü qapalı olduğundan iqtisadiyyatı iflic olmuş vəziyyətdədir, bu səbəbdən Ermənistanı özündən asılı vəziyyətdə saxlamağa çalışan Rusiyadan da asılılığı azaltmaq üçün Cənubi Qafqaz regionunda sərhədləri açmaq, eləcə də nəqliyyatı bərpa etmək vaxtı gəlib çatıb.

Müəllif əlavə edib ki, Dağlıq Qarabağ probleminə görə inkişaf edə bilməyən Cənubi Qafqaz üçün indi investisiya imkanları çox genişdir, xüsusilə Dağlıq Qarabağda Azərbaycanın güclü iqtisadiyyatı sayəsində bir milyon məcburi köçkünün öz evlərinə qayıtması üçün infrastrukturun bərpa edilməsi ilə bağlı görülən işlər vacib hesab olunur. Onun fikrincə, bu zamana qədər Ermənistan öz qonşularına mənfi mesajlar ünvanlayıb, lakin indi rəsmi İrəvanın rəsmi Parisi dinləmək vaxtıdır, beləcə Ermənistan təcrid olunmuş vəziyyətdən çıxa və Fransa vasitəçi kimi öz etibarını bərpa edə bilər.



Anım günü ilə əlaqədar Bakının bu ərazilərində hərəkət məhdudlaşdırılacaq 25 sen 2021, 18:06 Yoluxanların sayı açıqlandı 25 sen 2021, 17:25 Hava şəraiti ilə bağlı əhaliyə - Xəbərdarlıq 25 sen 2021, 17:03 Rus sülhməramlıların yeni komandanı Karapetyanla görüşdü 25 sen 2021, 15:49 İƏT erməni cinayətləri barədə hesabat hazırlayacaq 25 sen 2021, 15:11 Kriminal dünyada yeni savaş: "Lotu Quli"nin qisası alınır? 25 sen 2021, 15:06 Azərbaycanda yüksək vəzifə tutan xanımlar - SİYAHI 25 sen 2021, 14:41 Mahir Emrelidən Poşla mətbuatına maraqlı açıqlamalar 25 sen 2021, 13:54 Qarabağdakı rus sülhməramlıların yeni komandanı o oldu 25 sen 2021, 13:51 Qarabağdakı rus sülhməramlıların yeni komandanı o oldu 25 sen 2021, 13:27 Azərbaycana qar yağdı - FAKTİKİ HAVA (YENİLƏNİB) 25 sen 2021, 13:24 Sahibə Qafarova Qazaxıstana getdi 25 sen 2021, 12:49 İkinci Qarabağa savaşında qəhrəmanlıq dastanı yazan igidlər: Göynük Qartalları 25 sen 2021, 12:43 “Dövlət qurumlarının sosial mediada səmərəli fəaliyyətinin təşkili” mövzusunda seminar keçirildi 25 sen 2021, 11:34 Sosial yardım alanlara VACİB XƏBƏR 25 sen 2021, 10:08 FHN-in sabiq şöbə müdiri HƏBS EDİLDİ 25 sen 2021, 10:05 Ceyhun Bayramov Ermənistan XİN rəhbəri ilə görüşdü 25 sen 2021, 09:39 İranın Bakıdakı səfiri Qarabağa daşınan yüklərdən və sərhəddəki təlimdən danışdı 24 sen 2021, 21:36 Rayona ictimai nəqliyyatla gedənlərdən COVİD-19 pasportu tələb ediləcək 24 sen 2021, 19:09 Oktyabrın 1-dən ictimai nəqliyyat həftəsonu da işləyəcək 24 sen 2021, 18:46 Operativ Qərargah məlumat yaydı 24 sen 2021, 18:33 Mehriban Əliyeva Binədə yeni inşa edilən məktəbdə - Fotolar 24 sen 2021, 18:20 Şərəfli Zəfərimizin birinci ili 24 sen 2021, 17:30 Jirinovski deputat mandatından imtina ETDİ 24 sen 2021, 17:28 Ramin Bayramlı bu vəzifəsindən də AYRILDI 24 sen 2021, 17:24