22 Noyabr 2020, Bazar
23 iyl 2021, 08:59 | Gündəm / İqtisadiyyat
İqtisadiyyat Nazirliyinə yeni səlahiyyət verildi


İqtisadiyyat Nazirliyinə yeni səlahiyyət verildi

 


Nazirlər Kabineti "Uyğunluq sertifikatlarının və uyğunluq bəyannamələrinin reyestrinin aparılması Qaydası”nı təsdiq edib.

Bu barədə müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Uyğunluq sertifikatlarının və uyğunluq bəyannamələrinin reyestrinin aparılması belədir:

Bu Qayda "Texniki tənzimləmə haqqında” Qanuna uyğun olaraq uyğunluq sertifikatlarının və uyğunluq bəyannamələrinin reyestrinin aparılması qaydalarını müəyyən edir.

Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

Reyestr - uyğunluq sertifikatı və uyğunluq bəyannaməsi barədə elektron informasiya ehtiyatı;

Uyğunluq sertifikatı - malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının texniki reqlamentin tələblərinə uyğunluğunu təsdiq edən müəyyən formalı sənəd;

Uyğunluq bəyannaməsi - malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının texniki reqlamentin tələblərinə uyğunluğunun bəyan edildiyi müəyyən formalı sənəd;

Xarici mənşəli uyğunluq sənədi - xarici dövlətlərdə verilmiş və idxal olunan malların təhlükəsizliyə dair məcburi tələbləri müəyyənləşdirən xarici texniki reqlamentlərin və ya digər xarici texniki normativ hüquqi aktın tələblərinə uyğunluğunu təsdiq edən müəyyən formalı sənəd;

Uyğunluğu qiymətləndirən qurum - "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanuna uyğun olaraq akkreditasiya edilmiş malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının texniki reqlamentlərin tələblərinə uyğunluğunun qiymətləndirilməsini təmin edən təşkilatlar, hüquqi və fiziki şəxslər;

Təsərrüfat subyekti - istehsalçı, idxalçı və ticarət nümayəndəsi (agent).

Bu Qaydanın məqsədləri üçün istifadə olunan digər anlayışlar "Texniki tənzimləmə haqqında” Qanunda nəzərdə tutulan mənaları ifadə edir.

Reyestr İqtisadiyyat Nazirliyi tərəfindən aparılır.

Reyestr dövlət dilində, vahid forma, metod, prinsiplər əsasında aparılır və elektron qaydada tərtib edilir.

Reyestr informasiya ehtiyatıdır. Reyestrin formalaşdırılması, aparılması, idarə olunması, tamlığı və mühafizəsi Nazirlik tərəfindən təmin edilir.

Reyestrin informasiya təminatı uyğunluğu qiymətləndirən qurumlar və təsərrüfat subyektləri tərəfindən məlumatların təqdim edilməsi yolu ilə həyata keçirilir.

Uyğunluğu qiymətləndirən qurum uyğunluq sertifikatının verilməsi, qüvvəsinin dayandırılması, bərpası və ləğv edilməsi, yenidən rəsmiləşdirilməsi, xarici mənşəli uyğunluq sənədlərinin tanınması, onun Azərbaycanda qüvvəsinin dayandırılması, bərpası və ləğv edilməsi barədə qərar qəbul etdiyi gün müvafiq sənədlərin surətlərini bu Qaydanın bəndlərində göstərilmiş məlumatlarla birgə kağız daşıyıcıda Nazirliyə təqdim edir və ya sifarişli poçt vasitəsilə, yaxud gücləndirilmiş electron imzadan istifadə etməklə elektron formada Nazirliyin rəsmi internet saytına göndərir.

Təsərrüfat subyekti uyğunluq bəyannaməsinin tərtibi, onun qüvvəsinin dayandırılması, bərpası və ləğv edilməsi, yenidən rəsmiləşdirilməsi barədə qərar qəbul etdiyi gün müvafiq sənədlərin surətlərini bu Qaydada qeyd olunmuş məlumatlarla birgə kağız daşıyıcıda Nazirliyə təqdim edir və ya sifarişli poçt vasitəsilə, yaxud gücləndirilmiş electron imzadan istifadə etməklə elektron formada Nazirliyin rəsmi internet saytına göndərir.

Sertifikatlar və bəyannamələr, onların qüvvəsinin dayandırılması, bərpası və ləğv edilməsi, yenidən rəsmiləşdirilməsi, xarici mənşəli uyğunluq sənədlərinin tanınması, onların Azərbaycanda qüvvəsinin dayandırılması, bərpası və ləğv edilməsi barədə məlumatlar Nazirliyə daxil olduğu tarixdən iki iş günü müddətində çatışmazlıqların olub-olmaması yoxlanılır və çatışmazlıqlar aşkar edilmədikdə reyestrə daxil olunur.

Təqdim edilmiş məlumatlarda çatışmazlıqlar müəyyən edildikdə, Nazirlik bu Qaydada göstərilən müddətdən gec olmayaraq çatışmazlıqlar qeyd olunmaqla onların aradan qaldırılması barədə yazılı bildirişi uyğunluğu qiymətləndirən quruma və ya təsərrüfat subyektinə təqdim edir və ya sifarişli poçt, yaxud elektron formada göndərir. Çatışmazlıqlar uyğunluğu qiymətləndirən qurumlar və təsərrüfat subyektləri tərəfindən bildirişin alındığı tarixdən iki iş günü müddətində aradan qaldırılmalıdır.

Çatışmazlıqlar uyğunluğu qiymətləndirən qurumlar və təsərrüfat subyektləri tərəfindən bu Qaydada qeyd olunan müddətdə aradan qaldırılmadıqda, təqdim edilmiş məlumatlar Reyestrə daxil olunmur və bu barədə Nazirlik tərəfindən qəbul edilmiş əsaslandırılmış qərar iki iş günü müddətində uyğunluğu qiymətləndirən quruma və ya təsərrüfat subyektinə təqdim edilir və ya sifarişli poçt, yaxud elektron formada göndərilir.

Təqdim edilmiş məlumatların reyestrə daxil olunmaması barədə qərar uyğunluğu qiymətləndirən qurumun və ya təsərrüfat subyektinin yenidən müraciət etməsinə maneə olmur.

Reyestrə daxil olunmuş məlumatlarda aparılmış dəyişikliklərin reyestrə yenidən daxil olunması bu Qaydanın müddəaları nəzərə alınmaqla həyata keçirilir.

Reyestr ictimaiyyət üçün açıqdır. Reyestr Nazirliyin rəsmi internet səhifəsində yerləşdirilir və məlumatlar mütəmadi olaraq yenilənir.

Reyestrdən məlumatın kağız daşıyıcıda əldə edilməsi ilə bağlı informasiya sorğuları "İnformasiya əldə etmək haqqında” Qanuna uyğun olaraq icra edilir.

Reyestrə daxil olunmuş məlumatlar Azərbaycan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə Reyestr arxivində saxlanılır.

Anım günü ilə əlaqədar Bakının bu ərazilərində hərəkət məhdudlaşdırılacaq 25 sen 2021, 18:06 Yoluxanların sayı açıqlandı 25 sen 2021, 17:25 Hava şəraiti ilə bağlı əhaliyə - Xəbərdarlıq 25 sen 2021, 17:03 Rus sülhməramlıların yeni komandanı Karapetyanla görüşdü 25 sen 2021, 15:49 İƏT erməni cinayətləri barədə hesabat hazırlayacaq 25 sen 2021, 15:11 Kriminal dünyada yeni savaş: "Lotu Quli"nin qisası alınır? 25 sen 2021, 15:06 Azərbaycanda yüksək vəzifə tutan xanımlar - SİYAHI 25 sen 2021, 14:41 Mahir Emrelidən Poşla mətbuatına maraqlı açıqlamalar 25 sen 2021, 13:54 Qarabağdakı rus sülhməramlıların yeni komandanı o oldu 25 sen 2021, 13:51 Qarabağdakı rus sülhməramlıların yeni komandanı o oldu 25 sen 2021, 13:27 Azərbaycana qar yağdı - FAKTİKİ HAVA (YENİLƏNİB) 25 sen 2021, 13:24 Sahibə Qafarova Qazaxıstana getdi 25 sen 2021, 12:49 İkinci Qarabağa savaşında qəhrəmanlıq dastanı yazan igidlər: Göynük Qartalları 25 sen 2021, 12:43 “Dövlət qurumlarının sosial mediada səmərəli fəaliyyətinin təşkili” mövzusunda seminar keçirildi 25 sen 2021, 11:34 Sosial yardım alanlara VACİB XƏBƏR 25 sen 2021, 10:08 FHN-in sabiq şöbə müdiri HƏBS EDİLDİ 25 sen 2021, 10:05 Ceyhun Bayramov Ermənistan XİN rəhbəri ilə görüşdü 25 sen 2021, 09:39 İranın Bakıdakı səfiri Qarabağa daşınan yüklərdən və sərhəddəki təlimdən danışdı 24 sen 2021, 21:36 Rayona ictimai nəqliyyatla gedənlərdən COVİD-19 pasportu tələb ediləcək 24 sen 2021, 19:09 Oktyabrın 1-dən ictimai nəqliyyat həftəsonu da işləyəcək 24 sen 2021, 18:46 Operativ Qərargah məlumat yaydı 24 sen 2021, 18:33 Mehriban Əliyeva Binədə yeni inşa edilən məktəbdə - Fotolar 24 sen 2021, 18:20 Şərəfli Zəfərimizin birinci ili 24 sen 2021, 17:30 Jirinovski deputat mandatından imtina ETDİ 24 sen 2021, 17:28 Ramin Bayramlı bu vəzifəsindən də AYRILDI 24 sen 2021, 17:24