Qaynarxətt: (+99470) 997 11 77
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
1-05-2018, 14:00 Oxunub: 989

İslam Həsənov Türkiyədə ağır vəziyyətdə xəstəxanaya yerləşdirildi:

İslam Həsənov Türkiyədə ağır vəziyyətdə xəstəxanaya yerləşdirildi:

 

Xəbər verdiyimiz kimi, Sumqayıt Dövlət Dram Teatrının yaradıcı heyəti 24 - 27 aprel tarixlərində IV Türk Dünyası Teatr Festivalında Türkiyənin Mersin şəhərində qastrol şəhərində olublar.
 
 XeberEkspress.az-ın məlumatına görə, qastrol zamanı teatrın kollektivinin başına iş gəlib. Belə, ki, Sumqayıt Dövlət Dramteatrının direktoru İslam Həsənovun səhhətində ciddi problemlər yaranıb. İlkin tibbi yardım göstərilsə də İ. Həsənovun səhhətində irəliləyiş olmayıb. Bu səbəbdən teatrın direktoru Mersin şəhərində xəstəxanaya yerləşdirilib. Teatr rəhbərində yüksək qan təzyiqi müşahidə olunub.
Məlumatı dəqiqləşdirmək üçün teatrın mətbuat xidməti ilə əlaqə saxladıq. Qurumun mətbuat katibi Leyla Eynullayeva XeberEkspress.az-a açıqlamasında məlumatı təsdiqlədi və İ.Həsənovun vəziyyətinin hazırda yaxşı olduğunu bildirdi: " İslam Həsənov hazırda xəstəxanadadır və təzyiqi normaldan iki dəfə artıq olsa da, vəziyyəti yaxşıdır. O, may ayının 2-si xəstəxadan çıxarılacaq”. Qeyd edək ki, İslam Həsənovun şəkərli diabet və qan təzyiqindən əziyyət çəkdiyi deyilir.

Müəllif:
Pərviz Məmişov
Qadir Ağayev

XeberEkspress.az
XƏBƏR LENTİ