Ağcabədidə birmərtəbəli evdə yanğın olub

Gündəm / Hadisə / Bölgə
13-07-2021, 08:40

Ağcabədidə birmərtəbəli evdə yanğın olub

 

 

Ağcabədi rayonunun Hacıbədəlli kəndində ümumi sahəsi 150 kvadratmetr olan birmərtəbəli evdə yanğın baş verib.

Xeberekspress.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, evin 1 otağının və mətbəxinin yanar konstruksiyaları 40 kvadratmetr sahədə, dam örtüyü 100 kvadratmetr sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.