Qaynarxətt: (+99470) 997 11 77
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
30-04-2018, 18:37 Oxunub: 259

“Oğlumu namus üstdə öldürübsə, onu bağışlayaram”

“Oğlumu namus üstdə öldürübsə, onu bağışlayaram”

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dostunu bacısı ilə danışdığından şübhələnərək amansızlıqla öldürməkdə təqsirləndirilən 1995-ci il təvəllüdlü Amal Zülfüqarovun məhkəməsi keçirilib.

Xeberekspress.Az-ın qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, hakim Zeynal Ağayevin icraatında olan prosesdə mərhum Qismət Məmmədlinin anası ifadə verərək deyib ki, həqiqətən, oğlu namus üstündə öldürülübsə, bu məsələ tam araşdırılmasını istəyir: "Qismətin Amalın bacısı, yaxını ilə yazışması varsa, onu bağışlayaram. Amma oğlum günahsız yerə öldürülübsə, 9 il də gözləyərəm ki, iş araşdırılsın".

A.Zülfüqarovun atası Mahir Zülfüqarov ifadəsində deyib ki, Amal Nabrandan gələndən sonra dəyişilib: "Daim gərgin və fikirli olurdu, danışmırdı, yemək də yemirdi. Hadisədən sonra eşitdim ki, Nabrana gedəndə Qismət yolda müasir geyimli xanım haqqında xoşagəlməz ifadə işlədib. Oğlum da ona iradını bildirib. Bundan sonra oğlum Almaniyada olan bacısının hicaba keçməsini istəyirdi". 

 

A.Zülfüqarov da belə bir hadisənin olduğunu təsdiqləyib: "Qismət başqa qızlar haqda doğru olmayan sözlər danışırdı. Camaatın anası, bacısı haqda sözlər deyirdi. Buna görə dəfələrlə xəbərdarlıq etmişəm ki, bir gün səni kimsə vuracaq, biz də sənin güdazına gedəcəyik".

İttihama görə, A.Zülfüqarov dostu Qismət Məmmədlinin onun xaricdə yaşayan bacısı ilə münasibət qurmasından şübhələnib və onu öldürmək qərarına gəlib. Qaradağ rayonu Qobustan qəsəbəsində domino oynayarkən Qismətə arxadan yaxınlaşaraq onun boyun və sinəsinə bir neçə zərbə endirib. Kafedə olan Tələt HÜseynov və Haldun Nəbizadə onu sakitləşdirmək istəyərkən Amal onları da bıçaqlayıb. Daha sonra yerə yıxılan Qismətin üstündə oturaraq onu boğub. Ardınca da bıçaqla onun boğazına, qarnına və ürəyinə dəfələrlə zərbə vurub.


XƏBƏR LENTİ
23:00 | Trampı dəstəkləyən gözəlin tacı əlindən alındı 22:30 | Azərbaycan fəlakətin astanasındadır - Alimlərdən xəbərdarlıq 22:00 | Övladını vegan kimi qidalandıran cütlüyə 18 ay həbs cəzası verilib 21:40 | Putin ABŞ-la bağlı göstəriş verdi 21:20 | Ağlasığmaz məmur saxtakarlığı: Pensiya almaq üçün pasportda yaşını 34 il artırdı 21:00 | Hacı Əliyev baş leytenant rütbəsi almasından danışdı 18:00 | Putin "Orta və yaxın mənzilli raketlərin ləğvi"nə dair müqavilə barədə bəyanatla çıxış edib 17:40 | 91 yaşlı adamın ağ ciyərindən baxın nə çıxdı - FOTO 17:20 | Bakıda yeniyetmə qız evdən qaçdı: atası bir ildir zorlayırmış 17:07 | Abşeron Rayon İcra Hakimiyyətinin rəsmi açıqlaması 17:04 | Türkiyədə Nəsiminin 650 illik yubileyinə həsr olunan xatirə pulu buraxılıb 16:55 | İntihar edən gənclərdən yeni xəbər 16:25 | Dərslər başlamadan bunları edin - Həkim 16:10 | Gəncə hadisələrinə görə tutulanlardan biri AZADLIQDA 15:18 | “Muğam dünyasına səyahət” layihəsi çərçivəsində növbəti konsert 15:15 | Bakıda ərəblərin şam işığında romantik görüşü yanğınla bitdi 15:13 | Putin: "Rusiya beynəlxalq təhlükəsizliyi gücləndirmək üçün ABŞ-la dialoqa açıqdır" 15:11 | Azərbaycanın xarici dövlət borcu açıqlandı 15:09 | SON DƏQİQƏ: Bakıda güclü yanğın 14:13 | İşğal olunmuş əzəli Azərbaycan torpaqlarında dini abidələr vandal münasibətlə üzləşib - Bəyanat 14:09 | Paytaxtın bu ərazisində nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur 14:06 | Ankara-Moskva münasibətlərində SOYUQ KÜLƏK - Ekspert səbəbləri AÇIQLADI