22 Noyabr 2020, Bazar
8 apr 2021, 17:56 | Gündəm / İqtisadiyyat
“Yevlax KOB evi” sahibkarların istifadəsinə verilib - FOTO

“Yevlax KOB evi” sahibkarların istifadəsinə verilib - FOTO

 



Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasətə uyğun olaraq, özəl bölmənin iqtisadiyyatda rolunun daha da artırılması məqsədilə sistemli islahatlar aparılır, ardıcıl tədbirlər həyata keçirilir, sahibkarlığa, xüsusilə kiçik və orta biznesə dövlət dəstəyi gücləndirilir.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən verilən məlumatda bildirilir ki, bu işlərin davamı olaraq, aprelin 8-də Yevlax şəhərində KOB evi fəaliyyətə başlayıb.

Bununla bağlı keçirilən tədbirdə iştirak edən İqtisadiyyat naziri Mikayıl Cabbarov, Nazirliyin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev "Yevlax KOB evi”ndə sahibkarlar üçün yaradılmış şərait, dövlət və özəl qurumlar tərəfindən göstərilən xidmətlərlə, KOB evinin foyesində təşkil edilmiş mikro və kiçik sahibkarlıq subyektlərinin, eləcə də ailə təsərrüfatlarının məhsullarından və əl işlərindən ibarət sərgi ilə tanış olublar.

KOBİA-nın İdarə Heyətinin sədri məlumat verib ki, Agentlik tərəfindən ölkənin şəhər və rayonlarında KOB evlərinin yaradılması həyata keçirilir. "Yevlax KOB evi” artıq biznesin istifadəsinə verilən sayca 2-ci KOB evidir. KOB evləri sahibkarların dövlət xidmətlərinə rahat, maneəsiz və şəffaf çıxışının təmin olunması baxımından effektiv mexanizmdir. KOB evlərinin başlıca üstünlüyü burada sahibkarlara dövlət və zəruri biznes xidmətlərinin vahid məkanda göstərilməsidir. Bu, sahibkarların vaxta və xərclərə qənaət etməsinə, onların daha çox biznesin inkişafı məsələlərinə fokuslanmasına imkan verir.

"Yevlax KOB evi”ndə sahibkarlara vergi, əmlak, kommunal xidmətlərə qoşulma, qida təhlükəsizliyi, kənd təsərrüfatı, reklam, poçt, mənşə sertifikatının, lisenziya və icazələrin alınması üzrə dövlət qurumları tərəfindən xidmətlər göstəriləcək. Burada həmçinin, özəl qurumlar bank, sığorta, lizinq, tərcümə, layihələndirmə kimi zəruri biznes xidmətlərini təqdim edəcəklər. Ümumilikdə "Yevlax KOB evi”ndə sahibkarlara 16 dövlət və özəl qurum tərəfindən 200-dən artıq xidmət göstəriləcək. KOB evlərinin fəaliyyəti ilə bağlı artıq müsbət təcrübə də vardır. Belə ki, 2020-ci ilin fevral ayında Xaçmaz şəhərində fəaliyyətə başlamış ilk KOB evində göstərilən xidmətlərdən sahibkarların məmnunluq səviyyəsi 98 % təşkil edir. 2020-ci ildə "Xaçmaz KOB evi” vasitəsilə sahibkarlıq subyektlərinə 21 minə yaxın xidmət göstərilib.

"Yevlax KOB evi”ndə yaradılmış KOB İnkişafı Mərkəzində (KOBİM) isə mikro, kiçik və orta sahibkarlıq subyektləri, startaplar və biznes fəaliyyətinə başlamaq istəyənlər üçün təlimlər təşkil olunur. Qeyd edək ki, Bakı, Sumqayıt, Xaçmaz, Yevlax və Şəki şəhərlərində olmaqla, indiyədək 5 KOBİM sahibkarların istifadəsinə verilib. Ötən il 1200-dək KOB subyekti, startap və biznesə başlamaq istəyən potensial sahibkarlar KOBİM-lərin təlimlərindən, məsləhət və digər xidmətlərindən yararlanıblar. Yevlax KOB İnkişaf Mərkəzində də digər KOBİM-lər kimi, KOB subyektlərinə təcrübəli və peşəkar ekspertlər tərəfindən təlimlər keçirilir, məsləhət və digər xidmətlər göstərilir.
“Yevlax KOB evi” sahibkarların istifadəsinə verilib - FOTO
“Yevlax KOB evi” sahibkarların istifadəsinə verilib - FOTO
“Yevlax KOB evi” sahibkarların istifadəsinə verilib - FOTO
“Yevlax KOB evi” sahibkarların istifadəsinə verilib - FOTO
“Yevlax KOB evi” sahibkarların istifadəsinə verilib - FOTO
“Yevlax KOB evi” sahibkarların istifadəsinə verilib - FOTO
“Yevlax KOB evi” sahibkarların istifadəsinə verilib - FOTO
“Yevlax KOB evi” sahibkarların istifadəsinə verilib - FOTO
“Yevlax KOB evi” sahibkarların istifadəsinə verilib - FOTO



















Ramazan ayının yeddinci gününün imsak, iftar və namaz vaxtları - FOTO 19 apr 2021, 23:09 Türkiyənin yeni səfiri Bakıya gəldi - PAYLAŞIM / FOTOLARv 19 apr 2021, 23:00 Bu ərazidə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq 19 apr 2021, 19:30 UEFA rəhbəri: “Superliqada oynayacaq furbolçular Dünya və Avropa çempionatlarında iştirak etməyəcəklər” 19 apr 2021, 19:14 Magistratura səviyyəsi üzrə yeni maliyyələşmə mexanizmi - QƏRAR 19 apr 2021, 18:52 “Sülhməramlıların” həddini aşan məramı: Qarabağda paradı yalnız müzəffər Azərbaycan ordusu keçirə bilər! 19 apr 2021, 18:24 İşğaldan azad olunmuş İsmayılbəyli kəndi - VİDEO 19 apr 2021, 18:06 Nazirdən yüksək vəzifəyə TƏYİNAT 19 apr 2021, 17:57 Mayın 9-dan 16-dək ölkədə avtobuslar işləməyəcək 19 apr 2021, 17:29 BDU-nun dosenti koronavirusdan öldü - FOTO 19 apr 2021, 17:11 Son sutkada yoluxanların sayı açıqlandı 19 apr 2021, 16:52 Yunanıstan və Fransa səfirləri Türkiyə XİN-ə çağırılıb 19 apr 2021, 16:32 İlham Əliyev Bakıda parkın təmirinə beş milyon manat ayırdı - SƏRƏNCAM 19 apr 2021, 16:17 Ramiz Mehdiyev kürəkəninin qardaşına vəzifə verdi 19 apr 2021, 15:55 Heydər Əliyev Mükafatı Komissiyasının yeni tərkibi təsdiqləndi - SƏRƏNCAM 19 apr 2021, 15:46 Azərbaycanda vəzifəli şəxs koronavirusdan vəfat edib - FOTO 19 apr 2021, 15:24 İlham Əliyev üç ölkəyə səfir təyin etdi - SƏRƏNCAM 19 apr 2021, 15:11 Anar Məhərrəmov səfir postundan geri çağırıldı - Prezidentdən yeni TƏYİNAT 19 apr 2021, 14:59 Prezident Ramiz Həsənova yeni vəzifə verdi 19 apr 2021, 14:48 Sabah 30 dərəcə isti olacaq 19 apr 2021, 13:33 Prezident fərman imzaladı 19 apr 2021, 13:25 Vəzifəli şəxs torpaq satdığı üçün həbs edildi 19 apr 2021, 12:55 İlham Əliyev fərman imzaladı: Yeni agentlik yaradılır 19 apr 2021, 12:33 Bir qrup valideyn Təhsil Nazirliyinin qarşısına toplaşdı 19 apr 2021, 12:19 Azərbaycanda üç vəzifəli şəxs barəsində cinayət işi başlanıldı - RƏSMİ 19 apr 2021, 11:53