22 Noyabr 2020, Bazar
8 apr 2021, 08:26 | Gündəm / Sosial
Şəhid övladlarına “BUTA” körpələr evi – uşaq bağçasında ödənişsiz təhsil alma kartı təqdim olunub

Şəhid övladlarına “BUTA” körpələr evi – uşaq bağçasında ödənişsiz təhsil alma kartı təqdim olunub

 

 

"BUTA” körpələr evi – uşaq bağçasının rəhbəri Günay Ağamalı öz facebook səhifəsində "BUTA” körpələr evi uşaq bağçasında Şəhid övladlarının ödənişsiz təhsil alma kartını təqdim etdikləri barədə məlumat paylaşıb:

"İstər I, istərsə də II Qarabağ Müharibəsində şəhid olanların ailələri hər birimiz üçün əzizdir. Onların övladları da bizim üçün doğmadı

Xüsusilə qeyd etmək istərdim ki, II Qarabağ Müharibəsində, 44 Günlük Zəfər Savaşında şəhidlərimizin xeyli hissəsi ailəli idilər, özlərindən sonra körpə uşaqları bizə əmanət edib Vətən uğrunda canlarını fəda etdilər. Təbii ki, qazi qardaşlarımızda çox böyük sayqıya layiqdirlər. Bütövlükdə Vətən Savaşında iştrak edən bütün qardaşlarımız bizim üçün əzizdirlər. Qazi ailərinə, Şəhid ailələrinə Cənab prezidentimiz İlham Əliyevin, birinci vitse – prezidentimiz Mehriban Xanım Əliyevanın çox böyük diqqəti və qayğısı var. Biz cəmiyyət olaraq hər birimiz imkanlarımız daxilində həm də bu yerdə dövlətimizlə bərabər olmalıyıq. Hər bir Azərbaycan vətəndaşı öz imkanları daxilində şəhid ailələri ilə, qazilərlə və onların övladları ilə bərabər olmalı, onlara dəstək olmalıdırlar. Məhz onda bizim cəmiyyətimiz və dövlətimiz güclü olur, həmrəy olur. Mən birmənalı şəkildə onun tərəfində deyiləm ki, biz bütün işləri ancaq dövlətin üzərinə yükləyək.

Bu gün Cəbrayıl döyüşləri zamanı Şəhid olan Vüsal Qüdrət oğlu Məmmədovun övladı Hüseyni, Şuşa döyüşləri zamanı Şəhid olan Babək Bəxtiyar oğlu Allahverdiyevin övladı Çingizi, Murovdağ döyüşləri zamanı Şəhid olan Tofiq Etibar oğlu Həsənovun övladı Tunarı ziyarət edib, onlara "BUTA” körpələr evi – uşaq bağçasında Şəhid övladlarının ödənişsiz təhsil alma kartını təqdim etdik. Şəhid övladları "BUTA” körpələr evi – uşaq bağçasında 6 yaşınadək ödənişsiz təhsil ala biləcəklər.”

image-fb_img_1617822524782 image-fb_img_1617822528372 image-fb_img_1617822531613 image-fb_img_1617822536118 image-fb_img_1617822539565


Ramazan ayının yeddinci gününün imsak, iftar və namaz vaxtları - FOTO 19 apr 2021, 23:09 Türkiyənin yeni səfiri Bakıya gəldi - PAYLAŞIM / FOTOLARv 19 apr 2021, 23:00 Bu ərazidə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq 19 apr 2021, 19:30 UEFA rəhbəri: “Superliqada oynayacaq furbolçular Dünya və Avropa çempionatlarında iştirak etməyəcəklər” 19 apr 2021, 19:14 Magistratura səviyyəsi üzrə yeni maliyyələşmə mexanizmi - QƏRAR 19 apr 2021, 18:52 “Sülhməramlıların” həddini aşan məramı: Qarabağda paradı yalnız müzəffər Azərbaycan ordusu keçirə bilər! 19 apr 2021, 18:24 İşğaldan azad olunmuş İsmayılbəyli kəndi - VİDEO 19 apr 2021, 18:06 Nazirdən yüksək vəzifəyə TƏYİNAT 19 apr 2021, 17:57 Mayın 9-dan 16-dək ölkədə avtobuslar işləməyəcək 19 apr 2021, 17:29 BDU-nun dosenti koronavirusdan öldü - FOTO 19 apr 2021, 17:11 Son sutkada yoluxanların sayı açıqlandı 19 apr 2021, 16:52 Yunanıstan və Fransa səfirləri Türkiyə XİN-ə çağırılıb 19 apr 2021, 16:32 İlham Əliyev Bakıda parkın təmirinə beş milyon manat ayırdı - SƏRƏNCAM 19 apr 2021, 16:17 Ramiz Mehdiyev kürəkəninin qardaşına vəzifə verdi 19 apr 2021, 15:55 Heydər Əliyev Mükafatı Komissiyasının yeni tərkibi təsdiqləndi - SƏRƏNCAM 19 apr 2021, 15:46 Azərbaycanda vəzifəli şəxs koronavirusdan vəfat edib - FOTO 19 apr 2021, 15:24 İlham Əliyev üç ölkəyə səfir təyin etdi - SƏRƏNCAM 19 apr 2021, 15:11 Anar Məhərrəmov səfir postundan geri çağırıldı - Prezidentdən yeni TƏYİNAT 19 apr 2021, 14:59 Prezident Ramiz Həsənova yeni vəzifə verdi 19 apr 2021, 14:48 Sabah 30 dərəcə isti olacaq 19 apr 2021, 13:33 Prezident fərman imzaladı 19 apr 2021, 13:25 Vəzifəli şəxs torpaq satdığı üçün həbs edildi 19 apr 2021, 12:55 İlham Əliyev fərman imzaladı: Yeni agentlik yaradılır 19 apr 2021, 12:33 Bir qrup valideyn Təhsil Nazirliyinin qarşısına toplaşdı 19 apr 2021, 12:19 Azərbaycanda üç vəzifəli şəxs barəsində cinayət işi başlanıldı - RƏSMİ 19 apr 2021, 11:53