6 apr 2021, 17:12 | Gündəm / Maraqlı
Özünü vəzifəli şəxs kimi tanıdıb rüşvət tələb edən şəxs HƏBS EDİLDİ
Hakimiyyət nümayəndəsinin adından istifadə edən şəxsin qanunsuz əməlləri ifşa olunub.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Törətdikləri qanunsuz əməllərlə dövlətin nüfuzuna və korrupsiyaya qarşı mübarizə sahəsində görülən kompleks tədbirlərə kölgə salan şəxslərə qarşı prokurorluq orqanları tərəfindən ardıcıl tədbirlərin görülməsi davam etdirilir.
Belə ki, Quliyev Ziyad Tofiq oğlunun özünü dövlət orqanının rəhbər vəzifəli şəxsi kimi təqdim edərək vəzifəli şəxsdən pul tələb etməsi barədə daxil olmuş məlumat Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılmışdır.
Bununla əlaqədar, Baş İdarə tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Ziyad Quliyevin özünü dövlət orqanında şöbə müdiri vəzifəsində işləyən şəxs kimi təqdim edərək Bakı şəhəri ərazisində yerləşən xəstəxanaların birinin baş həkimindən guya həmin tibb müəssisəsinin işçilərinin qanunazidd əməllərindən edilmiş şikayətlərin ictimailəşdirilməməsi adı ilə ümumilikdə tələb etdiyi 7 min manat pul vəsaitinin 2 min manatını almasına əsaslı şübhələr müəyyən olunmuşdur.
05 aprel 2021-ci il tarixdə Ziyad Quliyevin ətrafında keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində, sonuncu həmin xəstəxananın baş həkimindən tələb etdiyi pul vəsaitinin qalan 5 min manatını rüşvət kimi alan zaman cinayət başında yaxalanmışdır.
Qeyd edilən faktlar üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə), 32.4, 312.1-ci (rüşvət verməyə təhrik etmə) və 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə cinayət işi başlanmış, Ziyad Quliyevə həmin maddələrlə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda istintaq davam etdirilir.
Ramazan ayının yeddinci gününün imsak, iftar və namaz vaxtları - FOTO
19 apr 2021, 23:09
Türkiyənin yeni səfiri Bakıya gəldi - PAYLAŞIM / FOTOLARv
19 apr 2021, 23:00
Bu ərazidə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq
19 apr 2021, 19:30
UEFA rəhbəri: “Superliqada oynayacaq furbolçular Dünya və Avropa çempionatlarında iştirak etməyəcəklər”
19 apr 2021, 19:14
Magistratura səviyyəsi üzrə yeni maliyyələşmə mexanizmi - QƏRAR
19 apr 2021, 18:52
“Sülhməramlıların” həddini aşan məramı: Qarabağda paradı yalnız müzəffər Azərbaycan ordusu keçirə bilər!
19 apr 2021, 18:24
İşğaldan azad olunmuş İsmayılbəyli kəndi - VİDEO
19 apr 2021, 18:06
Nazirdən yüksək vəzifəyə TƏYİNAT
19 apr 2021, 17:57
Mayın 9-dan 16-dək ölkədə avtobuslar işləməyəcək
19 apr 2021, 17:29
BDU-nun dosenti koronavirusdan öldü - FOTO
19 apr 2021, 17:11
Son sutkada yoluxanların sayı açıqlandı
19 apr 2021, 16:52
Yunanıstan və Fransa səfirləri Türkiyə XİN-ə çağırılıb
19 apr 2021, 16:32
İlham Əliyev Bakıda parkın təmirinə beş milyon manat ayırdı - SƏRƏNCAM
19 apr 2021, 16:17
Ramiz Mehdiyev kürəkəninin qardaşına vəzifə verdi
19 apr 2021, 15:55
Heydər Əliyev Mükafatı Komissiyasının yeni tərkibi təsdiqləndi - SƏRƏNCAM
19 apr 2021, 15:46
Azərbaycanda vəzifəli şəxs koronavirusdan vəfat edib - FOTO
19 apr 2021, 15:24
İlham Əliyev üç ölkəyə səfir təyin etdi - SƏRƏNCAM
19 apr 2021, 15:11
Anar Məhərrəmov səfir postundan geri çağırıldı - Prezidentdən yeni TƏYİNAT
19 apr 2021, 14:59
Prezident Ramiz Həsənova yeni vəzifə verdi
19 apr 2021, 14:48
Sabah 30 dərəcə isti olacaq
19 apr 2021, 13:33
Prezident fərman imzaladı
19 apr 2021, 13:25
Vəzifəli şəxs torpaq satdığı üçün həbs edildi
19 apr 2021, 12:55
İlham Əliyev fərman imzaladı: Yeni agentlik yaradılır
19 apr 2021, 12:33
Bir qrup valideyn Təhsil Nazirliyinin qarşısına toplaşdı
19 apr 2021, 12:19
Azərbaycanda üç vəzifəli şəxs barəsində cinayət işi başlanıldı - RƏSMİ
19 apr 2021, 11:53














