22 Noyabr 2020, Bazar
3 mar 2021, 17:38 | Gündəm / Siyasət
Venesuela səfiri Sahibə Qafarova ilə görüşdə “dostluq qrupu” ilə bağlı məsələ qaldırdı

 
 

Venesuela səfiri Sahibə Qafarova ilə görüşdə “dostluq qrupu” ilə bağlı məsələ qaldırdı

 

Milli Məclisin sədri Sahibə Qafarova Venesuela Bolivar Respublikasının Azərbaycandakı səfiri Kristofer A. Martinez Berroteran ilə görüşüb.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Spiker bildirib ki, iki ölkə arasında diplomatik münasibətlərin qurulması bu əlaqələrin inkişafı üçün əlverişli şərait yaradıb.

 

"Yüksək səviyyəli səfərlər, aparılan danışıqlar və ölkələrimiz arasında imzalanmış sənədlər  tərəflərin əməkdaşlığı genişləndirmək barədə xoş niyyətindən xəbər verir. Siyasi əlaqələrin inkişafı iqtisadiyyatda - sərmayə qoyuluşunda, energetika, nəqliyyat sektorunda, elm, təhsil, ətraf mühitin qorunması kimi sahələrdə əməkdaşlıq üçün mövcud potensialdan istifadə olunmasına şərait yaradır”, - deyə spiker əlavə edib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həllində Venesuelanın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi dost münasibəti kimi dəyərləndirilir.

Spiker bildirib ki, 44 günlük Vətən müharibəsi zamanı ölkəmiz öz torpaqlarını erməni işğalından azad edərək, ərazi bütövlüyünü bərpa etməyə nail oldu:

"İnanırıq ki, ölkəmizin bu qələbəsi bütün dostlarımız kimi  Venesuela xalqını da sevindirib”.

Sahibə Qafarova deyib ki, Azərbaycan Venesuela Bolivar Respublikası ilə parlamentlər səviyyəsində münasibətlərini dərinləşdirmək niyyətindədir.

"Hər iki ölkənin qanunvericilik orqanları arasında əlaqələrin inkişafı həyatın digər sahələrində də əməkdaşlığımızın dərinləşdirilməsinə öz müsbət təsirini göstərər”.

Kristofer Martinez Berroteran ölkəsinin Cənubi Qafqazın bu bölgəsi ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini vurğulayıb. O, parlament diplomatiyasının inkişafında Milli Məclisin rolunu yüksək qiymətləndirərək, Azərbaycan parlamentinin fəaliyyəti ilə yaxından maraqlandığını bildirib. Qeyd edib ki, hər iki ölkə parlamentləri arasında münasibətlərin inkişafı ümumi mənafelərə cavab verər.

"Bu baxımdan, dostluq qruplarının yaradılması məqsədəmüvafiq sayıla bilər”, - deyə səfir bildirib.

Qonaq Venesuela parlamentinin fəaliyyəti barədə spikerə ətraflı məlumat verərək, mütəmadi görüşlərin əhəmiyyətini vurğulayıb.

Səfir ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəklədiyini bir daha bəyan edərək, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar noyabrın 10-da imzalanmış üçtərəfli Sazişi diplomatiyanın uğuru kimi dəyərləndirib.


Ramazan ayının yeddinci gününün imsak, iftar və namaz vaxtları - FOTO 19 apr 2021, 23:09 Türkiyənin yeni səfiri Bakıya gəldi - PAYLAŞIM / FOTOLARv 19 apr 2021, 23:00 Bu ərazidə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq 19 apr 2021, 19:30 UEFA rəhbəri: “Superliqada oynayacaq furbolçular Dünya və Avropa çempionatlarında iştirak etməyəcəklər” 19 apr 2021, 19:14 Magistratura səviyyəsi üzrə yeni maliyyələşmə mexanizmi - QƏRAR 19 apr 2021, 18:52 “Sülhməramlıların” həddini aşan məramı: Qarabağda paradı yalnız müzəffər Azərbaycan ordusu keçirə bilər! 19 apr 2021, 18:24 İşğaldan azad olunmuş İsmayılbəyli kəndi - VİDEO 19 apr 2021, 18:06 Nazirdən yüksək vəzifəyə TƏYİNAT 19 apr 2021, 17:57 Mayın 9-dan 16-dək ölkədə avtobuslar işləməyəcək 19 apr 2021, 17:29 BDU-nun dosenti koronavirusdan öldü - FOTO 19 apr 2021, 17:11 Son sutkada yoluxanların sayı açıqlandı 19 apr 2021, 16:52 Yunanıstan və Fransa səfirləri Türkiyə XİN-ə çağırılıb 19 apr 2021, 16:32 İlham Əliyev Bakıda parkın təmirinə beş milyon manat ayırdı - SƏRƏNCAM 19 apr 2021, 16:17 Ramiz Mehdiyev kürəkəninin qardaşına vəzifə verdi 19 apr 2021, 15:55 Heydər Əliyev Mükafatı Komissiyasının yeni tərkibi təsdiqləndi - SƏRƏNCAM 19 apr 2021, 15:46 Azərbaycanda vəzifəli şəxs koronavirusdan vəfat edib - FOTO 19 apr 2021, 15:24 İlham Əliyev üç ölkəyə səfir təyin etdi - SƏRƏNCAM 19 apr 2021, 15:11 Anar Məhərrəmov səfir postundan geri çağırıldı - Prezidentdən yeni TƏYİNAT 19 apr 2021, 14:59 Prezident Ramiz Həsənova yeni vəzifə verdi 19 apr 2021, 14:48 Sabah 30 dərəcə isti olacaq 19 apr 2021, 13:33 Prezident fərman imzaladı 19 apr 2021, 13:25 Vəzifəli şəxs torpaq satdığı üçün həbs edildi 19 apr 2021, 12:55 İlham Əliyev fərman imzaladı: Yeni agentlik yaradılır 19 apr 2021, 12:33 Bir qrup valideyn Təhsil Nazirliyinin qarşısına toplaşdı 19 apr 2021, 12:19 Azərbaycanda üç vəzifəli şəxs barəsində cinayət işi başlanıldı - RƏSMİ 19 apr 2021, 11:53