22 Noyabr 2020, Bazar
3 mar 2021, 12:15 | Gündəm / Siyasət
Yol nişanları tərsinə dönərsə... - Aidiyyəti qurumlardan reaksiya + FOTO

 

Yol nişanları tərsinə dönərsə... - Aidiyyəti qurumlardan reaksiya + FOTO

 

 


2018-ci ildən etibarən Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda yol nişanlarının quraşdırılmasına məsul qurum hesab edilir.

Bəzən yol nişanlarının ya təyinatı üzrə istifadə olunmadığını və ya istismara yararsız olduğunu görürük. Son vaxtlar isə bəzi yol nişanlarının çevrildiyini müşahidə etdik. Təbii ki, bu da yol hərəkəti iştirakçılarında, xüsusən sürücülərdə müəyyən çaşqınlıq yaradır.

Məsələ ilə bağlı Oxu.Az olaraq BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayevlə danışdıq.

O, həmin nöqsanlar barədə məlumatının olduğunu və artıq aradan qaldırıldığını bildirib:

"Yol nişanlarının tərsinə çevrilməsi son küləkli, qarlı hava şəraitindən sonra baş verib. Yeni Günəşli ərazisindəki piyada keçidi artıq düzəldilib. Son hava şəraitindən sonra bəzi yollarda belə hallar olub. Yasamal rayonu ərazisində avtobus dayanacağı işarəsi də tərsinə çevrilmişdi. 20 Yanvar ərazisi yanında geriyə dönmə nişanında da belə olmuşdu. Adətən bunlar həmin nişanların boltlarının boşalması nəticəsində baş verir.

Bizə bu barədə vətəndaşlar tərəfindən müraciətlər olur. Həm də öz əməkdaşlarımız tərəfindən belə hallar aşkarlanarsa, dərhal nöqsanın aradan qaldırılmasına çalışırıq. Bu iş davamlı olaraq aparılır.

Bəzən nişanlara kənar müdaxilələr olur, bəzən də yol-nəqliyyat hadisəsi zamanı nişanların özündə və ya dirəyində zədələnmə əmələ gəlir. Əgər nişan yerə düşüb, zədələnibsə, yenisi ilə əvəzlənir”.

Bakıdan başqa, bütün şəhər və rayonlarımızda yol nişanlarının quraşdırılmasına məsul olan qurum isə "Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsidir. Bu qurumun texniki istehsalat şöbəsinin rəisi Şahin Həsənov paytaxtda gördükləri yol nişanları barədə BNA-ya məlumat verdiklərini bildirib:

"Paytaxtdan başqa, inzibati ərazi vahidlərində bizim xüsusi mühəndis qrupumuz var ki, yol nişanlarına nəzarət edir. Görürük ki, nişan paslanıb, onu dəyişirik, o nişana işıq düşmürsə, müvafiq addımı atırıq. Ola bilsin ki, nişanın boltu qırılıb, onu bərkidirik. Dövlət Yol Polisi də belə nişanlar olduqda bizə bu barədə məlumat verir.

Bakıda da əvvəl biz bu məsələyə baxdığımızdan, insanlar yol nişanlarının nöqsanları barədə bizə elektron müraciət ünvanlayırlar. Biz də aidiyyəti üzrə müvafiq orqana bunu yönləndiririk”.
Yol nişanları tərsinə dönərsə... - Aidiyyəti qurumlardan reaksiya + FOTO
Yol nişanları tərsinə dönərsə... - Aidiyyəti qurumlardan reaksiya + FOTO
Yol nişanları tərsinə dönərsə... - Aidiyyəti qurumlardan reaksiya + FOTO

Ramazan ayının yeddinci gününün imsak, iftar və namaz vaxtları - FOTO 19 apr 2021, 23:09 Türkiyənin yeni səfiri Bakıya gəldi - PAYLAŞIM / FOTOLARv 19 apr 2021, 23:00 Bu ərazidə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq 19 apr 2021, 19:30 UEFA rəhbəri: “Superliqada oynayacaq furbolçular Dünya və Avropa çempionatlarında iştirak etməyəcəklər” 19 apr 2021, 19:14 Magistratura səviyyəsi üzrə yeni maliyyələşmə mexanizmi - QƏRAR 19 apr 2021, 18:52 “Sülhməramlıların” həddini aşan məramı: Qarabağda paradı yalnız müzəffər Azərbaycan ordusu keçirə bilər! 19 apr 2021, 18:24 İşğaldan azad olunmuş İsmayılbəyli kəndi - VİDEO 19 apr 2021, 18:06 Nazirdən yüksək vəzifəyə TƏYİNAT 19 apr 2021, 17:57 Mayın 9-dan 16-dək ölkədə avtobuslar işləməyəcək 19 apr 2021, 17:29 BDU-nun dosenti koronavirusdan öldü - FOTO 19 apr 2021, 17:11 Son sutkada yoluxanların sayı açıqlandı 19 apr 2021, 16:52 Yunanıstan və Fransa səfirləri Türkiyə XİN-ə çağırılıb 19 apr 2021, 16:32 İlham Əliyev Bakıda parkın təmirinə beş milyon manat ayırdı - SƏRƏNCAM 19 apr 2021, 16:17 Ramiz Mehdiyev kürəkəninin qardaşına vəzifə verdi 19 apr 2021, 15:55 Heydər Əliyev Mükafatı Komissiyasının yeni tərkibi təsdiqləndi - SƏRƏNCAM 19 apr 2021, 15:46 Azərbaycanda vəzifəli şəxs koronavirusdan vəfat edib - FOTO 19 apr 2021, 15:24 İlham Əliyev üç ölkəyə səfir təyin etdi - SƏRƏNCAM 19 apr 2021, 15:11 Anar Məhərrəmov səfir postundan geri çağırıldı - Prezidentdən yeni TƏYİNAT 19 apr 2021, 14:59 Prezident Ramiz Həsənova yeni vəzifə verdi 19 apr 2021, 14:48 Sabah 30 dərəcə isti olacaq 19 apr 2021, 13:33 Prezident fərman imzaladı 19 apr 2021, 13:25 Vəzifəli şəxs torpaq satdığı üçün həbs edildi 19 apr 2021, 12:55 İlham Əliyev fərman imzaladı: Yeni agentlik yaradılır 19 apr 2021, 12:33 Bir qrup valideyn Təhsil Nazirliyinin qarşısına toplaşdı 19 apr 2021, 12:19 Azərbaycanda üç vəzifəli şəxs barəsində cinayət işi başlanıldı - RƏSMİ 19 apr 2021, 11:53