22 Noyabr 2020, Bazar
2 mar 2021, 22:29 | Gündəm / Mədəniyyət
Avroviziya 2021-in formatı müəyyənləşib

Avroviziya 2021-in formatı müəyyənləşib

 

Avroviziya mahnı yarışmasının təşkilatçıları 2021-ci ildə keçiriləcək tədbiri ikinci ssenari üzrə həyata keçirmək niyyətindədirlər. Plana əsasən, bütün iştirakçılar sosial məsafəni qorumalıdırlar.

TASS xəbər verir ki, bu barədə yarışın təşkilatçıları tərəfindən yayılan press-relizdə məlumat veirilib.

"Avroviziya mahnı yarışmasının ruhu və ənənəsi Avropanı eyni səhnədə bir araya gətirməkdir və biz Rotterdamda buna nail olmaqda qərarlıyıq”, -deyə müsabiqənin İcraçı direktoru Martin Osterdal bəyan edib.

 

"Rotterdamda canlı çıxış edən bütün sənətçilərlə birlikdə təhlükəsiz bir "Avroviziya” təşkil etmək planlarımızı həyata keçirəcəyik. Bu press-reliz niyyətimizin reallaşdırılması işinə sadiq olduğumuzu nümayiş etdirir”, - deyə o əlavə edib.

Mətbuata açıqlanan plana əsasən, bütün ifaçıların Hollandiyaya yola düşməzdən beş gün əvvəl karantin tətbiq etmələri tövsiyə olunur. Yarışmaya qatılmaq üçün yola düşmədən ən gec 72 saat əvvəl verilən COVID-19 üçün mənfi test nəticəsi mütləqdir. Hollandiyaya gəldikdən sonra iştirakçıların məşqlər, canlı ifalar və digər proqramla əlaqəli tədbirlər üçün konsert salonuna getmələri vacib olmadıqca, onların hotellərində qalmaları labüddür. Nümayəndə heyətinin üzvləri, ifaçılar və jurnalistlər daxil olmaqla yarışa qatılan bütün şəxslər səhnənin yanındakı xüsusi otaqda mütəmadi olaraq yoxlanacaqlar.

Builki müsabiqəyə qatılacaq nümayəndə heyətlərinin və media üzvlərinin də sayı azaldılacaq. İzləyicilərin şouya qatıla biləcəyinə dair qərar isə daha sonra veriləcək.

Xatırladaq ki, 65-ci "Avroviziya” mahnı yarışması 12-16 may 2020 tarixlərində Rotterdamdakı "Ahoy” konsert salonunda keçirilməli idi. Lakin ötən ilin martın 18-də Avropa Yayım Birliyi koronavirus pandemiyası səbəbi ilə müsabiqəni ləğv etmək qərarına gəldi.

Qeyd edək ki, builki yarışmanın finalı mayın 22-də Rotterdamda keçiriləcək.

Bizimlə əlaqə s

Ramazan ayının yeddinci gününün imsak, iftar və namaz vaxtları - FOTO 19 apr 2021, 23:09 Türkiyənin yeni səfiri Bakıya gəldi - PAYLAŞIM / FOTOLARv 19 apr 2021, 23:00 Bu ərazidə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq 19 apr 2021, 19:30 UEFA rəhbəri: “Superliqada oynayacaq furbolçular Dünya və Avropa çempionatlarında iştirak etməyəcəklər” 19 apr 2021, 19:14 Magistratura səviyyəsi üzrə yeni maliyyələşmə mexanizmi - QƏRAR 19 apr 2021, 18:52 “Sülhməramlıların” həddini aşan məramı: Qarabağda paradı yalnız müzəffər Azərbaycan ordusu keçirə bilər! 19 apr 2021, 18:24 İşğaldan azad olunmuş İsmayılbəyli kəndi - VİDEO 19 apr 2021, 18:06 Nazirdən yüksək vəzifəyə TƏYİNAT 19 apr 2021, 17:57 Mayın 9-dan 16-dək ölkədə avtobuslar işləməyəcək 19 apr 2021, 17:29 BDU-nun dosenti koronavirusdan öldü - FOTO 19 apr 2021, 17:11 Son sutkada yoluxanların sayı açıqlandı 19 apr 2021, 16:52 Yunanıstan və Fransa səfirləri Türkiyə XİN-ə çağırılıb 19 apr 2021, 16:32 İlham Əliyev Bakıda parkın təmirinə beş milyon manat ayırdı - SƏRƏNCAM 19 apr 2021, 16:17 Ramiz Mehdiyev kürəkəninin qardaşına vəzifə verdi 19 apr 2021, 15:55 Heydər Əliyev Mükafatı Komissiyasının yeni tərkibi təsdiqləndi - SƏRƏNCAM 19 apr 2021, 15:46 Azərbaycanda vəzifəli şəxs koronavirusdan vəfat edib - FOTO 19 apr 2021, 15:24 İlham Əliyev üç ölkəyə səfir təyin etdi - SƏRƏNCAM 19 apr 2021, 15:11 Anar Məhərrəmov səfir postundan geri çağırıldı - Prezidentdən yeni TƏYİNAT 19 apr 2021, 14:59 Prezident Ramiz Həsənova yeni vəzifə verdi 19 apr 2021, 14:48 Sabah 30 dərəcə isti olacaq 19 apr 2021, 13:33 Prezident fərman imzaladı 19 apr 2021, 13:25 Vəzifəli şəxs torpaq satdığı üçün həbs edildi 19 apr 2021, 12:55 İlham Əliyev fərman imzaladı: Yeni agentlik yaradılır 19 apr 2021, 12:33 Bir qrup valideyn Təhsil Nazirliyinin qarşısına toplaşdı 19 apr 2021, 12:19 Azərbaycanda üç vəzifəli şəxs barəsində cinayət işi başlanıldı - RƏSMİ 19 apr 2021, 11:53