22 Noyabr 2020, Bazar
23 fev 2021, 14:57 | Gündəm / İqtisadiyyat
Macarıstan şirkətləri azad olunan ərazilərin bərpasında iştirak edəcəklər

 
 

Macarıstan şirkətləri azad olunan ərazilərin bərpasında iştirak edəcəklər

 

Azərbaycanla Macarıstan arasında dost münasibətlərinə əsaslanan ikitərəfli iqtisadi əlaqələr ildən-ilə inkişaf etməklə, ticarət dövriyyəsində, o cümlədən idxal və ixracda ardıcıl artımlar özünü göstərib. Qarşılıqlı maraq və səylər nəticəsində bu əlaqələrin qarşıdakı dövrdə daha geniş miqyas alacağını gözləmək olar.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycanla Macarıstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın Azərbaycan tərəfindən həmsədri Sahil Babayev Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Viktor Szederkenyi ilə görüşdə vurğulayıb.

O, macar şirkətlərinin də işğaldan azad olunmuş ərazilərimizdə quruculuq proqramına qoşulmağa hazırlaşmasının məmnunluq doğurduğunu deyib. 

 

S.Babayev Macarıstan hökumətinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin minalardan təmizlənməsinə qrant ayırmasının da dost münasibətinin bir təzahürü olduğunu deyib. 

Nazir həmçinin əməkdaşlıqda növbəti müsbət addım kimi, Macarıstanın "Wizz Air” aviaşirkəti ilə yeni müqavilənin imzalandığını, pandemiya ilə əlaqədar məhdudiyyətlər bitdikdən sonra Azərbaycanla Macarıstan arasında aviareyslərin davam edəcəyini diqqətə çatdırıb.

V.Szederkenyi ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəklədiyini və Azərbaycanla əlaqələri genişləndirmək əzmində olduğunu, ikitərəfli əməkdaşlığın daim inkişaf etdiyini bildirib. 

Görüşdə ölkələrimiz arasında əlaqələrin mövcud vəziyyəti və gələcək inkişafı məsələləri, ikitərəfli komissiyanın fəaliyyəti, işğaldan azad olunmuş ərazilərdə yenidənqurma layihələrinə dair fikir mübadiləsi aparılıb. 


Əfv Məsələləri Komissiyası bu gün yeni müraciətlərə baxacaq 4 mar 2021, 09:55 “Azərbaycana qaytarıla bilər” 4 mar 2021, 09:28 Azad Rəhimovdan xəbər var 4 mar 2021, 09:10 Azərbaycan hədəfə çatır - Düşmən dostlaşmaq istəyir 4 mar 2021, 08:54 “WhatsApp” ünsiyyəti daha təhlükəsiz etmək üçün yeni funksiya işə salır 4 mar 2021, 08:34 Portuqaliya - Azərbaycan oyunu “Yuventus”un stadionunda keçiriləcək 3 mar 2021, 23:16 İrana səfər etməyin şərtləri AÇIQLANDI 3 mar 2021, 23:00 8 martda ictimai nəqliyyat işləməyəcək - Rəsmi 3 mar 2021, 22:33 Mübariz Mənsimov sərbəst buraxıla bilər - İstanbul Baş Prokurorluğu tələb etdi 3 mar 2021, 20:02 Nazirlikdən hərbçilərin maaşı ilə bağlı daha bir - Açıqlama 3 mar 2021, 19:44 Mövlud Çavuşoğlunun təyyarədə səmimi anları - Video 3 mar 2021, 19:24 DİM-dən magistratura imtahanında müzakirələrə səbəb olan sualla bağlı - Açıqlama 3 mar 2021, 18:42 İlham Əliyev: “Pakistanla birgə hərbi təlimlərin vaxtı çatıb” 3 mar 2021, 18:21 Prezident: “Sabah İqtisadi Əməkdaşlıq Təşkilatının iclası keçiriləcək” 3 mar 2021, 17:55 Venesuela səfiri Sahibə Qafarova ilə görüşdə “dostluq qrupu” ilə bağlı məsələ qaldırdı 3 mar 2021, 17:38 Ağdamda vəzifəli şəxs minaya düşdü - Yenilənib 3 mar 2021, 17:10 Prezident Pakistanın hərbi nümayəndə heyətini videoformatda qəbul etdi 3 mar 2021, 16:57 Son sutkada ölənlərin sayı artdı 3 mar 2021, 15:11 Bu müəssisələrdən Rusiyaya pomidor və alma ixracına icazə verildi - Siyahı 3 mar 2021, 14:47 Sabah bu ərazilərə qar yağacaq - PROQNOZ 3 mar 2021, 14:23 Koronavirusa yoluxan Dilavər Əzimli vəfat etdi 3 mar 2021, 13:49 ​Bu ay işsizlərə 190 manat birdəfəlik ödəmə veriləcək? - RƏSMİ AÇIQLAMA 3 mar 2021, 13:19 Nazirlər Kabinetinin qərarı ilə "Bakı Metropoliteni" hərəkətə keçdi 3 mar 2021, 13:09 İcra başçısı Ziya Məmmədova vəzifə verdi - YENİ TƏYİNATLAR 3 mar 2021, 12:35 Yol nişanları tərsinə dönərsə... - Aidiyyəti qurumlardan reaksiya + FOTO 3 mar 2021, 12:15