22 Noyabr 2020, Bazar
23 fev 2021, 13:18 | Gündəm / Sosial
Deputat metronun açılmasını İSTƏDİ

 

Deputat metronun açılmasını İSTƏDİ

 


Milli Məclisin bugünkü iclasında deputat Jalə Əhmədova ictimai nəqliyyatdakı sıxlıq, metronun fəaliyyətinin bərpası və son zamanlar baş verən intihar hadisələrinə münasibət bildirib.

Modern.az xəbər verir ki, deputat 2020-ci ilin əvvəlindən bütün dünyanı bürüyən koronavirusla mübarizə tədbirlərinin, dünya ölkələri ilə yanaşı, Azərbaycanda da davam etdiyini deyib:

"Ölkəmizdə virusa yoluxmanın təsirlərini azaltmaq məqsədilə Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın verdiyi qərarların vətəndaşlarımızın mənafeyinə hesablandığını, məhz dövlət başçımızın vaxtında qəbul etdiyi qərarların nəticəsində ölkəmizdə yoluxma hallarının minimuma endiyini qeyd etməliyəm. Yoluxmanın azalması ilə ölkəmizdə tətbiq edilmiş xüsusi karantin rejimi də mərhələli şəkildə, getdikcə yumşaldılır. Lakin bu yumşalma fonunda insanları yenə də ən çox narahat edən məsələ ictimai nəqliyyat, daha doğrusu metrosuzluqdur. Doğrudur, xəttə beynəlxalq standartlara uyğun ən müasir avtobuslar buraxılıb və vətəndaşlarımız bunu yüksək dəyərləndirir. Amma bu avtobuslar sərnişin sıxlığının qarşısının alınmasında acizdir. Avtobuslar, həm də vaxt itkisi deməkdir. Məsələn, vətəndaş işə gəlmək üçün "Neftçilər” deyilən ərazidən "Elmlər Akademiyası” tərəfə gəlmək üçün 2 saat vaxt itirir. Eynilə də işdən evə qayıdan zaman. Hesab edirəm ki, metropoliten fəaliyyətini bərpa edərsə, bu problemlər aradan qalxacaq və insanlarımız mənzil başına çatmaq üçün nə saatlarla vaxt sərf edəcək, nə də sərnişin sıxlığı yaşayacaq".

Deputat son zamanlar baş verən intiharlara da toxunub:

"Ən çox psixoloji, ailə-məişət problemləri fonunda baş verən intiharların bir səbəbini də onların mətbuatda işıqlandırılmasında, qabarıq şəkildə təqdim edilməsində görürəm. Hesab edirəm ki, bu yolverilməzdir. Bu cür hallar intihara təşviqetmə kimi mənfi nəticələrə gətirib çıxara bilər və mediadan bu məsələyə daha həssas və məsuliyyətlə yanaşılmasını tövsiyə edərdim".

Bu rayonlara qar yağıb - Video 8 mar 2021, 22:05 Yağan qar Gədəbəydə çətinlik yaradıb - VİDEO 8 mar 2021, 21:47 Teledərslərin martın 9-na olan CƏDVƏLİ 8 mar 2021, 21:37 Qadın, Ana obrazını gözdən salanlar - VİDEO 8 mar 2021, 21:22 Son sutkada yoluxanların sayı açıqlandı 8 mar 2021, 21:09 Gürcüstanda müxalifət hakimiyyəti yeni aksiyalarla təhdid edir 8 mar 2021, 17:36 Bakıda feministlər aksiya keçirməyə cəhd etdi - Video 8 mar 2021, 16:02 Ərdoğandan 8 Mart təbriki - FOTO 8 mar 2021, 15:24 Yol polisi qadın sürücüləri belə təbrik etdi - FOTO 8 mar 2021, 14:56 İcra başçısından Badamdardakı sürüşmə ilə bağlı açıqlama - VİDEO 8 mar 2021, 14:41 Spikerdən xanımlara təbrik: “Zərifliyin, gözəlliyin nişanəsisiniz” 8 mar 2021, 13:20 Zəngilanın Qaragöz kəndi – VİDEO 8 mar 2021, 13:05 Rusiyada dəhşətli yol qəzası: Yeddi nəfər öldü - VİDEO 8 mar 2021, 12:18 Danışır şəhid anaları və xanımları... - VİDEO 8 mar 2021, 11:36 Ceyhun Bayramov qadınları belə təbrik etdi - FOTO 8 mar 2021, 11:10 "Şəhid analarının qarşısında baş əyirəm" - Mehriban Əliyeva 8 mar 2021, 10:42 Üzücü xəbər: Daha bir əsgərimiz şəhid oldu 8 mar 2021, 09:55 Səliqəsiz vəziyyətdə olan şəhid məzarları abadlaşdırıldı - Video 8 mar 2021, 09:22 ATV-nin keçmiş prezidentinə vəzifə verildi 8 mar 2021, 09:04 Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür 8 mar 2021, 00:09 İlham Əliyev 8 Mart münasibətilə paylaşım edib - FOTO 7 mar 2021, 23:48 Sarkisyan müxalifət liderləri ilə növbəti görüş istədi 7 mar 2021, 00:18 Ermənilər Qubadlıda ekoloji terror törədiblər - Fotolar 7 mar 2021, 00:16 Halfeti Bələdiyyə başqanı Şeref Albayrak – “Halfeti Gənclərimizi idmanla bir araya gətirməyə qərarlıyıq” 6 mar 2021, 23:56 ​Rayonlara gediş-gəliş təkrar bağlana bilər? - AÇIQLAMA 6 mar 2021, 23:36