22 Noyabr 2020, Bazar
23 fev 2021, 12:24 | Gündəm / İqtisadiyyat
“Hərbçilərə ikiqat pul ödənişi məsələsinə yenidən baxılmalıdır”

 

“Hərbçilərə ikiqat pul ödənişi məsələsinə yenidən baxılmalıdır”

 

 

"Döyüş bölgəsində xidmət edən hərbçilərə ikiqat pul ödənişi həyata keçirilirdi. Ancaq hazırda ödəniş həyata keçirilmədiyindən bu məsələ cəmiyyətdə müzakirə edilir. Fikrimcə, bu məsələyə həqiqətən yenidən baxılmalıdır”.

Bunu deputat Azay Quliyev parlamentdə deyib. 

O qeyd edib ki, döyüş bölgəsi məsələsiylə bağlı mövcud qanunvericilikdə də dəyişikliklər edilməlidir: "Hərbçilərimiz çox ağır, mövcud iqlim şəraitində xidmət edirlər. Ona görə də bu məsələylə bağlı qanunvericiliyə də dəyişiklik edilməlidir”.

 

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya məsələləri komitəsinin sədri Ziyafət Əsgərov bildirib ki, bununla bağlı qanun layihəsi müzakirə olunur: "Razılaşmalar əldə edildikdən sonra məsələni parlamentdə müzakirə edəcəyik”.

Qeyd edək ki, dekabr və yanvar aylarında cəbhə bölgəsində xidmət edən hərbçilərin maaşı artımla verilmir.  Məsələylə bağlı Maliyyə Nazirliyi yanvarın 22-də yaydığı açıqlamada bildirmişdi ki, Müdafiə Nazirliyi ilə birgə ikiqat pul təminatı alacaq hərbi qulluqçuların sayının dəqiqləşdirilməsi həyata keçirilir. Bu barədə Maliyyə Nazirliyi tərəfindən Müdafiə Nazirliyinə müvafiq sorğular edilib. Aparılan dəqiqləşdirmələr nəticəsində ikiqat pul təminatı alacaq hərbi qulluqçuların sayı müəyyənləşdirilərək qanunvericiliyə uyğun olaraq müvafiq maliyyələşmə ilə təmin olunacaq.

"Nazirlər Kabinetinin 22 avqust 2002-ci il tarixli 137 nömrəli qərarına əsasən, Azərbaycan Respublikasında dəniz səviyyəsindən hündürlükdə yerləşən iş yerlərində çalışan işçilərin əmək haqqına hündürlük 1 200 metrdən 1 500 metrədək olduqda 10%, 1 500 metrdən 2 000 metrədək olduqda 20%, 2 000 metrdən yuxarı olduqda isə 30% əlavə ödəniş hesablanır. Həmin əmsallar dağlıq ərazilərdə xidmət göstərən hərbi qulluqçulara da şamil olunur. Bildiririk ki, rəşadətli Azərbaycan ordusunun hərbi qulluqçularının pul təminatı ölkə qanunvericiliyinə uyğun olaraq həyata keçirilir və  maliyyələşmə bundan sonra da müvafiq qanunvericilik əsasında davam etdiriləcək.


Bu rayonlara qar yağıb - Video 8 mar 2021, 22:05 Yağan qar Gədəbəydə çətinlik yaradıb - VİDEO 8 mar 2021, 21:47 Teledərslərin martın 9-na olan CƏDVƏLİ 8 mar 2021, 21:37 Qadın, Ana obrazını gözdən salanlar - VİDEO 8 mar 2021, 21:22 Son sutkada yoluxanların sayı açıqlandı 8 mar 2021, 21:09 Gürcüstanda müxalifət hakimiyyəti yeni aksiyalarla təhdid edir 8 mar 2021, 17:36 Bakıda feministlər aksiya keçirməyə cəhd etdi - Video 8 mar 2021, 16:02 Ərdoğandan 8 Mart təbriki - FOTO 8 mar 2021, 15:24 Yol polisi qadın sürücüləri belə təbrik etdi - FOTO 8 mar 2021, 14:56 İcra başçısından Badamdardakı sürüşmə ilə bağlı açıqlama - VİDEO 8 mar 2021, 14:41 Spikerdən xanımlara təbrik: “Zərifliyin, gözəlliyin nişanəsisiniz” 8 mar 2021, 13:20 Zəngilanın Qaragöz kəndi – VİDEO 8 mar 2021, 13:05 Rusiyada dəhşətli yol qəzası: Yeddi nəfər öldü - VİDEO 8 mar 2021, 12:18 Danışır şəhid anaları və xanımları... - VİDEO 8 mar 2021, 11:36 Ceyhun Bayramov qadınları belə təbrik etdi - FOTO 8 mar 2021, 11:10 "Şəhid analarının qarşısında baş əyirəm" - Mehriban Əliyeva 8 mar 2021, 10:42 Üzücü xəbər: Daha bir əsgərimiz şəhid oldu 8 mar 2021, 09:55 Səliqəsiz vəziyyətdə olan şəhid məzarları abadlaşdırıldı - Video 8 mar 2021, 09:22 ATV-nin keçmiş prezidentinə vəzifə verildi 8 mar 2021, 09:04 Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür 8 mar 2021, 00:09 İlham Əliyev 8 Mart münasibətilə paylaşım edib - FOTO 7 mar 2021, 23:48 Sarkisyan müxalifət liderləri ilə növbəti görüş istədi 7 mar 2021, 00:18 Ermənilər Qubadlıda ekoloji terror törədiblər - Fotolar 7 mar 2021, 00:16 Halfeti Bələdiyyə başqanı Şeref Albayrak – “Halfeti Gənclərimizi idmanla bir araya gətirməyə qərarlıyıq” 6 mar 2021, 23:56 ​Rayonlara gediş-gəliş təkrar bağlana bilər? - AÇIQLAMA 6 mar 2021, 23:36