22 Noyabr 2020, Bazar
20 fev 2021, 14:15 | Gündəm / İqtisadiyyat
ŞAD XƏBƏR: Martın 1-dən kəskin ucuzlaşma olacaq

 

ŞAD XƏBƏR: Martın 1-dən kəskin ucuzlaşma olacaq

 


Türkiyə ilə Azərbaycan arasında ötən il imzalanan "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Saziş”i bu ilin martın 1-dən tətbiq edilməyə başlanılacaq.

Preferensial "güzəştli” mənasını verir və o, razılaşmalar əsasında mallara mövcud gömrük tarifləri ilə müqayisədə daha aşağı tariflərin tətbiq edilməsini nəzərdə tutur. Qarşılıqlı şəkildə tariflərin aşağı salınması iki ölkə arasında ticarət əlaqələrinin genişlənməsinə kömək edəcək.

Sfera.az xatırladır ki, adıçəkilən saziş 2020-ci ilin fevralın 25-də imzalanıb, sonra parlamentlər tərəfindən qanun halına salınıb və Azərbaycanda qanun 2020-ci ilin mayın 31-də dövlət başçısı tərəfindən təsdiq olunub.

Bu sənədin qəbul edilməsində məqsəd güzəştlər hesabına Türkiyə və Azərbaycan arasında ticarət dövriyyəsinin artırılmasıdır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xarici ticarət dövriyyəsinin 2023-cü ilin sonuna qədər 15 milyard dollara çatdırılmasını təklif edib. Azərbaycan Prezidenti İlham Əliyev bunun mümkün olduğunu bildirib və ötən il Preferensial Ticarət Saziş imzalanıb.

Azərbaycanla Türkiyə arasında xarici ticarət dövriyyəsinin həcmi yüksələn xətlə inkişaf edir. 2005-ci ildə iki ölkə arasında xarici ticarət dövriyyəsi 589 milyon dollar idi. Bu göstərici 2007-ci ildə 1 milyard dolları, 2012-ci ildə 2 milyard dolları, 2018-ci ildə 3 milyard dolları, 2019-cu ildə 4 milyard dolları ötüb. 2019-cu ildə xarici ticarət dövriyyəsi 33 faiz artaraq 4,5 milyard dollara çatıb. Ötən il isə bir qədər azalaraq 4,1 milyard dollara enib.

Preferensial Ticarət Sazişi konkret məhsullar üzrə vergilərin azaldılması, hətta sıfırlanmasını nəzərdə tutur. Burada söhbət ikiqat vergidən azadolunma və eləcə də vergi dərəcələrinin uyğunlaşdırılması kimi məsələlərdən gedir. Həmin məhsulların siyahısı da sazişdə öz əksini tapıb.

Razılaşmaya əsasən hər iki ölkə 15 mal qrupunun ixracında güzəşt əldə edəcək. Azərbaycan Türkiyəyə il ərzində güzəştli tariflə xurma (30 min tonu keçməmək şərtilə), pambıq yağı (maksimum 5 min ton), ağ şəkər (maksimum 5 min ton), göbələklər (maksimum 750 ton), spirtli və spirtsiz içkilər (maksimum 900 min litr) və başqa adda mallar ixrac edəcək.


Türkiyə Azərbaycana yağlı bitkilərin toxumları və meyvələrini (maksimum 5 min ton), heyvan və ya bitki mənşəli piylər və yağlar (maksimum 5 min ton), toffı, digər karamel və analoji şirniyyat (maksimum 4 min ton), tərkibində kakao olan şəkəri əvəz edən məhsullardan hazırlanmış, şəkərdən qənnadı məmulatları və onların əvəzediciləri (maksimum 1500 ton) və başqa mallar ixrac edəcək.

Belə bir sazişin Azərbaycan üçün 2 böyük önəmi var. Birinci önəmi odur ki, ölkəmiz qeyri-neft mallarının ixracını şaxələndirəcək. Türkiyə qeyri-neft ixracında ikinci ən böyük ölkədir. Azərbaycan Türkiyə bazarına daha çox qeyri-neft məhsullarını ixrac etməkdə maraqlıdır.

Digər bir məsələ isə idxal mallarının əlverişli qiymətlə əldə edilməsidir. Bu sazişin qüvvəyə minməsindən sonra Türkiyədən güzəştli şərtlərlə mallar idxal edildiyindən daxili bazarda ucuzlaşma olacaq. İstisna etmək olmaz ki, gələcəkdə iki ölkə arasında daha çox malın dövriyyəsi qarşılıqlı güzəştlərlə ticarət ediləcək və Azərbaycanda qiymətlər insanlarımız üçün daha əlçatan olacaq.

Bu rayonlara qar yağıb - Video 8 mar 2021, 22:05 Yağan qar Gədəbəydə çətinlik yaradıb - VİDEO 8 mar 2021, 21:47 Teledərslərin martın 9-na olan CƏDVƏLİ 8 mar 2021, 21:37 Qadın, Ana obrazını gözdən salanlar - VİDEO 8 mar 2021, 21:22 Son sutkada yoluxanların sayı açıqlandı 8 mar 2021, 21:09 Gürcüstanda müxalifət hakimiyyəti yeni aksiyalarla təhdid edir 8 mar 2021, 17:36 Bakıda feministlər aksiya keçirməyə cəhd etdi - Video 8 mar 2021, 16:02 Ərdoğandan 8 Mart təbriki - FOTO 8 mar 2021, 15:24 Yol polisi qadın sürücüləri belə təbrik etdi - FOTO 8 mar 2021, 14:56 İcra başçısından Badamdardakı sürüşmə ilə bağlı açıqlama - VİDEO 8 mar 2021, 14:41 Spikerdən xanımlara təbrik: “Zərifliyin, gözəlliyin nişanəsisiniz” 8 mar 2021, 13:20 Zəngilanın Qaragöz kəndi – VİDEO 8 mar 2021, 13:05 Rusiyada dəhşətli yol qəzası: Yeddi nəfər öldü - VİDEO 8 mar 2021, 12:18 Danışır şəhid anaları və xanımları... - VİDEO 8 mar 2021, 11:36 Ceyhun Bayramov qadınları belə təbrik etdi - FOTO 8 mar 2021, 11:10 "Şəhid analarının qarşısında baş əyirəm" - Mehriban Əliyeva 8 mar 2021, 10:42 Üzücü xəbər: Daha bir əsgərimiz şəhid oldu 8 mar 2021, 09:55 Səliqəsiz vəziyyətdə olan şəhid məzarları abadlaşdırıldı - Video 8 mar 2021, 09:22 ATV-nin keçmiş prezidentinə vəzifə verildi 8 mar 2021, 09:04 Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür 8 mar 2021, 00:09 İlham Əliyev 8 Mart münasibətilə paylaşım edib - FOTO 7 mar 2021, 23:48 Sarkisyan müxalifət liderləri ilə növbəti görüş istədi 7 mar 2021, 00:18 Ermənilər Qubadlıda ekoloji terror törədiblər - Fotolar 7 mar 2021, 00:16 Halfeti Bələdiyyə başqanı Şeref Albayrak – “Halfeti Gənclərimizi idmanla bir araya gətirməyə qərarlıyıq” 6 mar 2021, 23:56 ​Rayonlara gediş-gəliş təkrar bağlana bilər? - AÇIQLAMA 6 mar 2021, 23:36