22 Noyabr 2020, Bazar
18 fev 2021, 16:30 | Gündəm / Sosial / Video
Acınacaqlı durumda qalan qazi anasını Binəqədi rayon İcra başçısı qəbul etmədi-VİDEO

 
 

Xalqımız tarixin hər mərhələsindən igid övladlarının qeyrəti ilə üzüağ çıxıb. 30 illik əsarətdə inləyən Qarabağ yarası da millətin önə əyilən başını göylərə qaldırdı. Qazandığımız şanlı zəfər Ali Baş Komandanın bir çağırışı ilə döyüşə atılan igid oğullarımızın canları-qanları ilə əbədilik qazandı. Xalq da öz qəhrəmanlarına sonsuz sevgi ilə sarıldı. Qəhramanlıq dediyin dinc, əmin-amanlıq içərisində, isti otaqlarda, rahat kürsülərdə göstəriş verməklə deyil, yaşından, sosial durumundan, vəzifəsindən asılı olmayaraq qanlı döyüş meydanlarında düşmənlə göz-gözə gəlməklə qazanılır.
Haqqında bəhs etmək istədiyimiz hələ iyirmi yaşı tamam olmamış igid qazimiz Məmmədov Sübhanın ailəsidir. Doğru duydunuz. Qəhraman qazimizin ailəsi və qazimizə yaşadılanlar.
Alı Baş Komandanın səfərbərlik əmri ilə Sübhan Məmmədov xidmət etdiyi hərbi hissədən könüllü müraciəti ilə ön cəbhəyə göndərilir. Gənc döyüşçü cəbhədə göstərdiyi şücaətləri ilə ad qazanaraq, Şuşanın işğaldan azad olunmasına qədər şərəfli döyüş yolu keçib. Sübhanın igidliyi ölkə başçısının diqqətindən kənarda qalmayaraq, "Cəsur döyüşçü" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub. Eyni zamanda igidliyinin silinməz izləri olan güllə nişanı ilə də ömürlük "təltif" olunub, qazilik mərtəbəsinə ucaldı.
Ola bilər ki, bu yazını oxuyarkən vətən üçün bunların olması gərəkən övladlıq borcu olduğunu düşünəcəksiniz. Haqlısınız. Biz isə bunca xidmətlərin qarşılığında qazimizə borclu olduğumuz halda, borcunu unudan məmur, Binəqədi rayon İcra Başçısı Elxan Allahverdiyevin "igidliklərini" işıqlandırmağı özümüzə borc bildik.
Doğruxeber.az-ın redaksiyasına pənah gətirən qazimiz Sübhan Məmmədovun anası Zülfiyyə xanım Məmmədovanın dedikləri insanın vicdanını sızladır. Binəqədi rayonunda yaşayan tənha ana üç övladı ilə yalnız başına yaşayır. Maddi sıxıntılar, kommunal borcları və sair problemlər içində boğulan ailə kömək ümidi ilə Binəqədi rayon İcra Hakimiyyətinin qapısını döyüb. Qazi anası dərdini deməyə macal tapmadan Binəqədi rayon İcra Başçısı E. Allahverdiyevin "sadiq" əlaltıları "oğlun əsgər idi, gedib döyüşmək də borcuydu"-deyərək, laqeyd qarşıladıqları kimi də ümidsiz yola salıblar. Doğrudur. Əsgər xalqı, dövləti üçün canından keçməyə müqəddəs bayrağımız üzərinə and içib. Bəs əsgər ailəsinə xor baxmaq üçün bəzi məmurlar hansı kitablara and içdilər? Bəlkə ölkə başçısının tapşırıqlarını əks dikte edən və həyata keçirən Elxan Allahverdiyevin "QANUNLAR TOPLUSU"na?
Zülfiyyə xanım qışın soyuğunda yaralı qazimizi və digər iki övladını doyurmaq üçün ocağında isti şorbası olmadığı halda, E. Allahverdiyev rahat iş otağında oturub, rəhbərlik etdiyi rayonda yaşayan şəhid, qazi ailələrinin haqqını mənimsəmənin yollarını düşünür. Belə olmasa idi Mehdiabad qəsəbə yolu üzərində asılmış şəhid tablosunu qaldırmağı əmr etməzdi. Əlbətdə ki, şəhid tablosu küçələrdə hər addımda rastlaşdığımız reklam lövhələri kimi gəlir gətirmir.
Yeri gəlmişkən, onu da əlavə edək ki, Zülfiyyə xanım redaksiyamıza verdiyi müsahibəsi "MUM.tv”you tube kanalımızda yayımlandıqdan bir gün sonra Binəqədi İH-nə dəvət olunub. Orada ona quru vədlər verməklə yanaşı, redaksiyamızın ünvanına mənfi fikirlər də ifadə ediblər.
E.Allahverdiyev unudur ki, ondan öncəki sələfləri də ölkə prezidentinin tapşırıqlarına zidd gedərək xalqa əziyyət etdikləri üçün tarix oldular.
Bu gün redaksiyaya gəlib, dərdini deyən Zülfiyyə xanım tək deyil. Onun dərdinə barmaqarası baxan E.Allahverdiyev kimi məmurlar olsa da, arxasında prezident, Ali Baş Komandan dayanıb. Çünki, Zülfiyyə xanımlar Sübhan kimi vətənini, torpağını sevən, canıyla-qanıyla qoruyan qeyrətli oğullar yetişdiriblər.
Məsələni diqqətdə saxlayacağıq!
Redaksiyamız hər kəsin söz haqqını tanıyır:

Bu rayonlara qar yağıb - Video 8 mar 2021, 22:05 Yağan qar Gədəbəydə çətinlik yaradıb - VİDEO 8 mar 2021, 21:47 Teledərslərin martın 9-na olan CƏDVƏLİ 8 mar 2021, 21:37 Qadın, Ana obrazını gözdən salanlar - VİDEO 8 mar 2021, 21:22 Son sutkada yoluxanların sayı açıqlandı 8 mar 2021, 21:09 Gürcüstanda müxalifət hakimiyyəti yeni aksiyalarla təhdid edir 8 mar 2021, 17:36 Bakıda feministlər aksiya keçirməyə cəhd etdi - Video 8 mar 2021, 16:02 Ərdoğandan 8 Mart təbriki - FOTO 8 mar 2021, 15:24 Yol polisi qadın sürücüləri belə təbrik etdi - FOTO 8 mar 2021, 14:56 İcra başçısından Badamdardakı sürüşmə ilə bağlı açıqlama - VİDEO 8 mar 2021, 14:41 Spikerdən xanımlara təbrik: “Zərifliyin, gözəlliyin nişanəsisiniz” 8 mar 2021, 13:20 Zəngilanın Qaragöz kəndi – VİDEO 8 mar 2021, 13:05 Rusiyada dəhşətli yol qəzası: Yeddi nəfər öldü - VİDEO 8 mar 2021, 12:18 Danışır şəhid anaları və xanımları... - VİDEO 8 mar 2021, 11:36 Ceyhun Bayramov qadınları belə təbrik etdi - FOTO 8 mar 2021, 11:10 "Şəhid analarının qarşısında baş əyirəm" - Mehriban Əliyeva 8 mar 2021, 10:42 Üzücü xəbər: Daha bir əsgərimiz şəhid oldu 8 mar 2021, 09:55 Səliqəsiz vəziyyətdə olan şəhid məzarları abadlaşdırıldı - Video 8 mar 2021, 09:22 ATV-nin keçmiş prezidentinə vəzifə verildi 8 mar 2021, 09:04 Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür 8 mar 2021, 00:09 İlham Əliyev 8 Mart münasibətilə paylaşım edib - FOTO 7 mar 2021, 23:48 Sarkisyan müxalifət liderləri ilə növbəti görüş istədi 7 mar 2021, 00:18 Ermənilər Qubadlıda ekoloji terror törədiblər - Fotolar 7 mar 2021, 00:16 Halfeti Bələdiyyə başqanı Şeref Albayrak – “Halfeti Gənclərimizi idmanla bir araya gətirməyə qərarlıyıq” 6 mar 2021, 23:56 ​Rayonlara gediş-gəliş təkrar bağlana bilər? - AÇIQLAMA 6 mar 2021, 23:36