22 Noyabr 2020, Bazar
25 yan 2021, 17:29 | Gündəm / Sosial / Video
Fövqəladə Hallar Nazirliyi vətəndaşlara müraciət etdi – VİDEO

 
 

Fövqəladə Hallar Nazirliyi vətəndaşlara müraciət etdi – VİDEO

 

Fövqəladə Hallar Nazirliyinin dağlıq ərazilərdə yaşayan və dağlara səfər edən insanlara müraciət edib.

Bildirilib ki, bəzən insanların müxtəlif məqsədlərlə – ov etmək, təbiət gözəlliyinin dadını çıxarmaq və s. üçün yaşayış yerindən uzaqlaşaraq qarla örtülmüş yüksək dağlıq və meşəlik ərazilərə üz tutması sonda arzuolunmaz nəticələrə gətirib çıxara bilir. Belə ki, qış aylarında dağlıq ərazilər üçün xarakterik olan qar uçqunu, yolu azma, vəhşi heyvanların hücumu və s. insan həyatı və sağlamlığı üçün real təhlükə yaradır.

Qeyd olunanları nəzərə alaraq, xüsusilə dağlıq ərazilərdə yaşayan, eləcə də dağlara səfər edən insanlara rəsmi qurumların hava şəraiti ilə bağlı proqnozlarına diqqət yetirməyi, şaxtalı havada mümkün qədər yaşayış məntəqəsini tərk etməməyi, belə bir zərurət yarandıqda hərəkət istiqaməti barədə yaxınlarını əvvəlcədən məlumatlandırmağı və üzərində müvafiq rabitə vasitəsi (mobil telefon və s.) götürməyi, hərəkət avtomobillə olduqda avtomobilin texniki göstəricilərinin fəslə uyğunluğunu və kifayət qədər yanacaq ehtiyatını təmin etməyi, hava şəraitinə uyğun geyinməyi, nabələd olduqları məkanlara yaxınlaşmamağı və belə bir hərəkət marşrutu seçməməyi, olduğunuz yerlərdə xəbərdaredici və qadağanedici nişanların tələblərinə əməl etməyi, qar uçqunu ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzməyi, hava qaralana kimi mütləq yaşayış məntəqəsinə geri dönməyi tövsiyə edirik. Həmçinin, yadda saxlamaq lazımdır ki, ilk baxışdan aldadıcı görünsə də günəşli havada qar uçqununun baş vermə ehtimalı daha da artır.

 

 Əgər qar uçqunu başlayıbsa:

1.Qar uçqunu xeyli yüksəklikdə başlayıbsa, dərhal qaçaraq onun hərəkət trayektoriyasından kənara çıxmağa çalışın, yaxınlıqdakı qayanın çıxıntısı altında gizlənin;
2.Uçqundan qaçıb qurtarmaq mümkün deyilsə, çanta və bu kimi digər əşyaları kənara atın, çömələrək dizlərinizi qarnınıza sıxıb bədəninizi axının hərəkət istiqamətinə yönəldin.

Uçqun sizi yaxalayıbsa:

1.Nəfəs yollarını qardan qorumaq üçün ağız və burnunuzu şərf, əlcək, yaxud paltarın yaxalığı ilə örtün;
2.Qollarınızla suda üzən kimi hərəkət edərək uçqunun səthinə və ya kənarına çıxmağa çalışın;
3.Axın dayandıqda qar altında rahat nəfəs almaq üçün qollarınızla döş qəfəsi və üz ətrafında boşluq yaratmağa çalışın;
4.Uçqunun səthinə tərəf hərəkət etməyə çalışın (səthin harada olduğunu ağızdan axan selikin istiqamətinə görə təyin etmək olar);
5.Qar altından müstəqil çıxa bilmirsinizsə, qışqırmaq və sair hərəkətlər etməyin. Bu, sizin qüvvənizi, ətrafınızdakı oksigeni və istiliyi azaldır;
6.Soyuqqanlılığınızı itirmədən xilasediciləri gözləyin, yuxuya getməyin.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!


Portuqaliya - Azərbaycan oyunu “Yuventus”un stadionunda keçiriləcək 3 mar 2021, 23:16 İrana səfər etməyin şərtləri AÇIQLANDI 3 mar 2021, 23:00 8 martda ictimai nəqliyyat işləməyəcək - Rəsmi 3 mar 2021, 22:33 Mübariz Mənsimov sərbəst buraxıla bilər - İstanbul Baş Prokurorluğu tələb etdi 3 mar 2021, 20:02 Nazirlikdən hərbçilərin maaşı ilə bağlı daha bir - Açıqlama 3 mar 2021, 19:44 Mövlud Çavuşoğlunun təyyarədə səmimi anları - Video 3 mar 2021, 19:24 DİM-dən magistratura imtahanında müzakirələrə səbəb olan sualla bağlı - Açıqlama 3 mar 2021, 18:42 İlham Əliyev: “Pakistanla birgə hərbi təlimlərin vaxtı çatıb” 3 mar 2021, 18:21 Prezident: “Sabah İqtisadi Əməkdaşlıq Təşkilatının iclası keçiriləcək” 3 mar 2021, 17:55 Venesuela səfiri Sahibə Qafarova ilə görüşdə “dostluq qrupu” ilə bağlı məsələ qaldırdı 3 mar 2021, 17:38 Ağdamda vəzifəli şəxs minaya düşdü - Yenilənib 3 mar 2021, 17:10 Prezident Pakistanın hərbi nümayəndə heyətini videoformatda qəbul etdi 3 mar 2021, 16:57 Son sutkada ölənlərin sayı artdı 3 mar 2021, 15:11 Bu müəssisələrdən Rusiyaya pomidor və alma ixracına icazə verildi - Siyahı 3 mar 2021, 14:47 Sabah bu ərazilərə qar yağacaq - PROQNOZ 3 mar 2021, 14:23 Koronavirusa yoluxan Dilavər Əzimli vəfat etdi 3 mar 2021, 13:49 ​Bu ay işsizlərə 190 manat birdəfəlik ödəmə veriləcək? - RƏSMİ AÇIQLAMA 3 mar 2021, 13:19 Nazirlər Kabinetinin qərarı ilə "Bakı Metropoliteni" hərəkətə keçdi 3 mar 2021, 13:09 İcra başçısı Ziya Məmmədova vəzifə verdi - YENİ TƏYİNATLAR 3 mar 2021, 12:35 Yol nişanları tərsinə dönərsə... - Aidiyyəti qurumlardan reaksiya + FOTO 3 mar 2021, 12:15 Bakıda daha bir məktəb koronavirusa görə bağlanıb 3 mar 2021, 11:09 DİN-dən quzu gəzdirənlər haqda açıqlama 3 mar 2021, 10:52 Dünya bazarında neft bahalaşıb 3 mar 2021, 10:24 Mərkəzi Klinikada karantin qaydaları pozulur – FOTO 3 mar 2021, 09:57 “Dərs vaxtı”nın bu günə olan cədvəli - FOTO 3 mar 2021, 09:40