22 Noyabr 2020, Bazar
25 yan 2021, 10:09 | Gündəm / Mədəniyyət
Hacı Zeynalabdin Tağıyevin doğum günüdür

Hacı Zeynalabdin Tağıyevin doğum günüdür

 


 

Bu gün xeyriyyəçi, maarifpərvər və ictimai xadim Hacı Zeynalabdin Tağıyevin doğum günüdür.


Hacı Zeynalabdin Tağıyev 25 yanvar 1823-cü ildə Bakıda dünyaya gəlib.


Anası Ümmü xanım Zeynalabdinin 10 yaşı olanda vəfat edir. 10 yaşında atası Tağıyevi bir bənnanın yanına usta köməkçisi işinə qoyur. 15 yaşında ikən Zeynalabdin bənnalıq etməyə başlayıb.


O, bir müddətdən sonra tikinti ustası və təşkilatçısı kimi tanınmağa başlayır, müəyyən qədər vəsait toplayaraq artıq 20 yaşında ev tikintisi və daşyonma işləri təşkil edir. Özünün sonrakı tikinti işlərinə də şəxsən nəzarət edirdi. Tikdirdiyi binalarda, şəxsən açdırdığı qızlar gimnaziyasının binasında da onun dəsti-xətti hiss edilir.


Sonradan o özünü ticarətdə və yüngül sənayedə də sınayır. Hər ikisində qabiliyyəti ilə uğur qazanır, dükanlara və manufakturaya sahib olur. O, həm də Bakı neftini Xəzər dənizi və Qafqaz dəmir yolu vasitəsilə ixrac edən ən böyük sahibkarlardan biri idi.


1870-ci ildə Tağıyevin artıq iki qazanxanadan ibarət kerosin zavodu var idi. Kerosin zavodu ilə yanaşı o sonradan "Hacı Zeynalabdin” şirkətini yaradır. Bu dövrlərdə Bakı əsl neft səltənətinə çevrilmişdi. Bakı ətrafındakı kəndlərdə torpaqlar Rusiyadan və xaricdən gəlmiş sərmayədarlar tərəfindən alınır və burada neft buruqları ucaldılırdı. Bu Hacını da maraqlandırır və o, podratçılığı buraxaraq neft işinə başlayır.

Götürdüyü torpaqdan neft fəvvarə vuran Hacı "H.Z.Tağıyev” adlandırdığı neft şirkətini qeydiyyata aldıraraq mədənində ustalara yüksək maaş verir və ən yeni avadanlıq quraşdırır.


Nəticədə onun gəlirləri sürətlə artmağa başlayır. Bundan sonra o neft zavodları alır. Hacı Zeynalabdin Tağıyev 1901-ci ildə 300 min manatlıq vəsait sərf edərək, Bakıda ilk qızlar məktəbi tikdirir. Bəzi mənbələrdə qızlar məktəbinin inşasını Tağıyevin ikinci həyat yoldaşı Sona xanımın təklif etdiyi göstərilir.


Bu bütün Zaqafqaziyada yeganə qızlar məktəbi idi. Binanı 1898-ci ildə tikməyə başlayırlar. 1900-cü ildə hazır olur. Qızlar məktəbinin binası memarlıq baxımından Azərbaycan memarlığının milli-romantik üslubundadır. Əsas fasaddakı divar bir cərgə ağ, digər cərgə isə qızılı daşdan hörülüb.


Qeyd edək ki, xeyriyyə məqsədilə yaradılan cəmiyyətlər ya Tağıyevin şəxsi iştirakı və vəsaiti ilə, ya da onun yaxından köməyi ilə yaradılıb.

Tağıyev həm də Bakı-Şollar su kəmərinin tikintisi üçün şəxsi vəsaitindən pul ayırıb.


Sovet Rusiyasının 28 aprel 1920-ci ildə Azərbaycanı işğal etməsi ilə vəziyyət kökündən dəyişir. İnsanların mülkiyyəti əlindən alınır, milli kadrlar və ziyalılar təqib edilməyə başlanır. Hər şey Rusiyanın maraqlarına yönəlir. Yerli əhalinin xahişi ilə yeni hakimiyyətin rəhbərlərindən biri olan Nəriman Nərimanovun göstərişi ilə Tağıyevə mülk seçmək imkanı verilir. O özünün artıq əlindən alınmış keçmiş mülkiyyətlərindən ancaq Mərdəkandakı bağ evini seçir.


Hacı Zeynalabdin Tağıyev 1924-cü il sentyabrın 1-də 101 yaşında (bəzi mənbələrə görə 86 yaşında) vəfat edib və sentyabrın 4-də dəfn edilib. 


Portuqaliya - Azərbaycan oyunu “Yuventus”un stadionunda keçiriləcək 3 mar 2021, 23:16 İrana səfər etməyin şərtləri AÇIQLANDI 3 mar 2021, 23:00 8 martda ictimai nəqliyyat işləməyəcək - Rəsmi 3 mar 2021, 22:33 Mübariz Mənsimov sərbəst buraxıla bilər - İstanbul Baş Prokurorluğu tələb etdi 3 mar 2021, 20:02 Nazirlikdən hərbçilərin maaşı ilə bağlı daha bir - Açıqlama 3 mar 2021, 19:44 Mövlud Çavuşoğlunun təyyarədə səmimi anları - Video 3 mar 2021, 19:24 DİM-dən magistratura imtahanında müzakirələrə səbəb olan sualla bağlı - Açıqlama 3 mar 2021, 18:42 İlham Əliyev: “Pakistanla birgə hərbi təlimlərin vaxtı çatıb” 3 mar 2021, 18:21 Prezident: “Sabah İqtisadi Əməkdaşlıq Təşkilatının iclası keçiriləcək” 3 mar 2021, 17:55 Venesuela səfiri Sahibə Qafarova ilə görüşdə “dostluq qrupu” ilə bağlı məsələ qaldırdı 3 mar 2021, 17:38 Ağdamda vəzifəli şəxs minaya düşdü - Yenilənib 3 mar 2021, 17:10 Prezident Pakistanın hərbi nümayəndə heyətini videoformatda qəbul etdi 3 mar 2021, 16:57 Son sutkada ölənlərin sayı artdı 3 mar 2021, 15:11 Bu müəssisələrdən Rusiyaya pomidor və alma ixracına icazə verildi - Siyahı 3 mar 2021, 14:47 Sabah bu ərazilərə qar yağacaq - PROQNOZ 3 mar 2021, 14:23 Koronavirusa yoluxan Dilavər Əzimli vəfat etdi 3 mar 2021, 13:49 ​Bu ay işsizlərə 190 manat birdəfəlik ödəmə veriləcək? - RƏSMİ AÇIQLAMA 3 mar 2021, 13:19 Nazirlər Kabinetinin qərarı ilə "Bakı Metropoliteni" hərəkətə keçdi 3 mar 2021, 13:09 İcra başçısı Ziya Məmmədova vəzifə verdi - YENİ TƏYİNATLAR 3 mar 2021, 12:35 Yol nişanları tərsinə dönərsə... - Aidiyyəti qurumlardan reaksiya + FOTO 3 mar 2021, 12:15 Bakıda daha bir məktəb koronavirusa görə bağlanıb 3 mar 2021, 11:09 DİN-dən quzu gəzdirənlər haqda açıqlama 3 mar 2021, 10:52 Dünya bazarında neft bahalaşıb 3 mar 2021, 10:24 Mərkəzi Klinikada karantin qaydaları pozulur – FOTO 3 mar 2021, 09:57 “Dərs vaxtı”nın bu günə olan cədvəli - FOTO 3 mar 2021, 09:40