22 Noyabr 2020, Bazar
16 yan 2021, 20:07 | Gündəm / Siyasət
Hikmət Hacıyev Respublika Veteranlar Təşkilatının Rəyasət Heyətinin iclasında iştirak edib - FOTO

Hikmət Hacıyev Respublika Veteranlar Təşkilatının Rəyasət Heyətinin iclasında iştirak edib - FOTO

 



Yanvarın 16-da Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının Rəyasət Heyətinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, gündəliyə uyğun olaraq, iclasda Respublika Veteranlar Təşkilatının fəaliyyətinin gücləndirilməsi barədə məsələ müzakirə edilib.

İclası giriş sözü ilə təşkilatın sədri, ehtiyatda olan general-polkovnik Tofiq Ağahüseynov açaraq qurumun fəaliyyəti barədə məlumat verib.

Prezidentin köməkçisi Hikmət Hacıyev iclasda çıxış edərək Respublika Veteranlar Təşkilatının ölkənin ictimai-siyasi həyatındakı, o cümlədən müharibə, əmək və silahlı qüvvələr veteranlarının problemlərinin həll olunmasındakı rolunu vurğulayıb, bu kateqoriyadan olan insanların dövlət qayğısı ilə əhatə edildiyini bildirib. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən veteranlara göstərilən dövlət qayğısının yeni səviyyəyə qalxdığını, Respublika Veteranlar Təşkilatına müasir standartlara tam cavab verən inzibati binanın ayrıldığını, müharibə veteranlarına verilən birdəfəlik maddi yardımın və pensiyaların miqdarının ildən-ilə artırıldığını, veteranların mənzil və digər problemlərinin həll olunduğunu qeyd edib.

Hikmət Hacıyev ötən əsrin 90-cı illərinədək veteran ifadəsi dedikdə, ilk növbədə, Böyük Vətən müharibəsində iştirak edən bir qədər yaşlı insanların yada düşdüyünü, lakin həmin ifadənin əvvəlcə Birinci Qarabağ müharibəsində, daha sonra isə 44 günlük Vətən müharibəsində gəncləşdiyini vurğulayıb. O, Respublika Veteranlar Təşkilatının üzərinə yeni vəzifələrin düşdüyünü, Qarabağ uğrunda bütün döyüşlərdə iştirak etmiş şəxslərin də bu qurumun fəaliyyətinə cəlb olunmasının, onları narahat edən məsələlərin həll olunmasının vacibliyini qeyd edib.

Prezidentin köməkçisi Respublika Veteranlar Təşkilatının yeni gənc veteranlarla körpü rolu oynayacağına, onlarla daim bağlantı yaradacağına ümid edərək, təşkilatda təmsil olunan ağsaqqal və ağbirçək veteranların məsləhətlərinə hər zaman ehtiyac olduğunu diqqətə çatdırıb.

Hikmət Hacıyev Respublika Veteranlar Təşkilatının qarşısında ciddi vəzifələrin durduğunu diqqətə çatdırıb, qurumun yerlərdə fəaliyyətinin gücləndirilməsinin, veteranları narahat edən problemlərin öyrənilərək müvafiq qurumların diqqətinə çatdırılmasının, beynəlxalq veteranlar təşkilatları ilə əlaqələrin genişləndirilməsinin, veteranlarla iş sahəsində beynəlxalq təcrübənin öyrənilərək tətbiq edilməsinin vacibliyini vurğulayıb. O, ölkə başçısının müvafiq Fərmanı ilə bir neçə gün öncə yerli icra hakimiyyətlərində Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin yaradıldığını qeyd edərək, Veteranlar Təşkilatının həmin şöbələrlə əməkdaşlığının əhəmiyyətini bildirib.

Rəyasət Heyətinin üzvləri çıxış edərək təşkilatın 2020-ci il üzrə fəaliyyətini yüksək qiymətləndirib, veteranların sosial-hüquqi müdafiəsinin gücləndirilməsi, gənclərin hərbi vətənpərvərlik, dövlətçilik ruhunda tərbiyəsinin təşkili və s. istiqamətlərdə gördükləri işləri qənaətbəxş hesab ediblər.

Daha sonra Respublika Veteranlar Təşkilatının sədri T.Ağahüseynovun səhhəti ilə əlaqədar qurumun gündəlik fəaliyyəti ilə bağlı bəzi məsələlərin daha operativ həllində çətinliklərin yarandığı qeyd olunub, onun vəzifəsindən azad olunması məqsədəuyğun hesab edilib. Rəyasət Heyətinin üzvləri tərəfindən təşkilatın sədri vəzifəsinin icrasının İkinci Dünya müharibəsi veteranı, Prezident təqaüdçüsü Fatma Səttarovaya həvalə edilməsi təklif olunub. Hər iki təklif səsə qoyularaq yekdilliklə qərar qəbul edilib.

Sonda Fatma Səttarova və Rəyasət Heyətinin digər üzvləri Respublika Veteranlar Təşkilatına göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə səmimi təşəkkürlərini çatdırıb, təmsil olunduqları qurumun ölkə başçısının çağırışlarına cavab verməsi üçün bütün bilik və bacarıqlarını sərf edəcəklərini bildiriblər.
Hikmət Hacıyev Respublika Veteranlar Təşkilatının Rəyasət Heyətinin iclasında iştirak edib - FOTO
Hikmət Hacıyev Respublika Veteranlar Təşkilatının Rəyasət Heyətinin iclasında iştirak edib - FOTO

Portuqaliya - Azərbaycan oyunu “Yuventus”un stadionunda keçiriləcək 3 mar 2021, 23:16 İrana səfər etməyin şərtləri AÇIQLANDI 3 mar 2021, 23:00 8 martda ictimai nəqliyyat işləməyəcək - Rəsmi 3 mar 2021, 22:33 Mübariz Mənsimov sərbəst buraxıla bilər - İstanbul Baş Prokurorluğu tələb etdi 3 mar 2021, 20:02 Nazirlikdən hərbçilərin maaşı ilə bağlı daha bir - Açıqlama 3 mar 2021, 19:44 Mövlud Çavuşoğlunun təyyarədə səmimi anları - Video 3 mar 2021, 19:24 DİM-dən magistratura imtahanında müzakirələrə səbəb olan sualla bağlı - Açıqlama 3 mar 2021, 18:42 İlham Əliyev: “Pakistanla birgə hərbi təlimlərin vaxtı çatıb” 3 mar 2021, 18:21 Prezident: “Sabah İqtisadi Əməkdaşlıq Təşkilatının iclası keçiriləcək” 3 mar 2021, 17:55 Venesuela səfiri Sahibə Qafarova ilə görüşdə “dostluq qrupu” ilə bağlı məsələ qaldırdı 3 mar 2021, 17:38 Ağdamda vəzifəli şəxs minaya düşdü - Yenilənib 3 mar 2021, 17:10 Prezident Pakistanın hərbi nümayəndə heyətini videoformatda qəbul etdi 3 mar 2021, 16:57 Son sutkada ölənlərin sayı artdı 3 mar 2021, 15:11 Bu müəssisələrdən Rusiyaya pomidor və alma ixracına icazə verildi - Siyahı 3 mar 2021, 14:47 Sabah bu ərazilərə qar yağacaq - PROQNOZ 3 mar 2021, 14:23 Koronavirusa yoluxan Dilavər Əzimli vəfat etdi 3 mar 2021, 13:49 ​Bu ay işsizlərə 190 manat birdəfəlik ödəmə veriləcək? - RƏSMİ AÇIQLAMA 3 mar 2021, 13:19 Nazirlər Kabinetinin qərarı ilə "Bakı Metropoliteni" hərəkətə keçdi 3 mar 2021, 13:09 İcra başçısı Ziya Məmmədova vəzifə verdi - YENİ TƏYİNATLAR 3 mar 2021, 12:35 Yol nişanları tərsinə dönərsə... - Aidiyyəti qurumlardan reaksiya + FOTO 3 mar 2021, 12:15 Bakıda daha bir məktəb koronavirusa görə bağlanıb 3 mar 2021, 11:09 DİN-dən quzu gəzdirənlər haqda açıqlama 3 mar 2021, 10:52 Dünya bazarında neft bahalaşıb 3 mar 2021, 10:24 Mərkəzi Klinikada karantin qaydaları pozulur – FOTO 3 mar 2021, 09:57 “Dərs vaxtı”nın bu günə olan cədvəli - FOTO 3 mar 2021, 09:40