22 Noyabr 2020, Bazar
16 yan 2021, 14:23 | Gündəm / Siyasət
“Vüqar Səfərli işi” daha kimlərin həbsinə apara bilər?

“Vüqar Səfərli işi” daha kimlərin həbsinə apara bilər?

 

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərlinin həbsi hazırda ən çox müzakirə olunan mövzulardan biridir. Baş Prokurorluğun yaydığı məlumat bu müzakirələri daha da aktuallaşdırıb.

Baş Prokurorluq Vüqar Səfərli ilə əlbir olan şəxslərin müəyyənləşdirilərək, istintaqa təhvil veriləcəyini bildirib. Bu, yeni həbslərin anonsu ola bilərmi?

Tanınmış hüquqşünas, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev Modern.az-a deyib ki, Vüqar Səfərlinin işinin araşdırılması nəticəsində onunla əlbir olanlardan kimin hansı formada iştirak etdiyi, rolunun nədən ibarət olduğu bilinəcək:


"Düşünürəm ki, biz istintaqın əmələ qiymət verməsini gözləməliyik. Çünki biz kimisə ittiham edə bilmərik. Əgər kimisə günahlandırsaq, bu, istintaqın obyektiv iş aparmasına mane ola bilər.

Baş Prokurorluq tərəfindən verilən açıqlamada deyilir ki, digər şəxslərlə bağlı araşdırmalar aparılacaq. Yəqin ki, digər şəxslərin də bu istiqamətdə ilkin əməllərinin olmasına şübhələr var. Və həmin şəxslərin dairəsi müəyyənləşdirilib, məsuliyyətə cəlb olunması baş verə bilər. Amma konkret kimlərin məsuliyyətə cəlb olacağını bilmərik. Bunu istintaq orqanı müəyyənləşdirəcək”.

Ə.Nuriyev qeyd edib ki, korrupsiya sövdələşməsi olursa, təbii ki, burada tək bir nəfərin iştirakı istisnadır.

Baş Prokurorluğun məlumatına görə, toplanmış ilkin sübutlar əsasında Vüqar Müzəffər oğlu Səfərli Cinayət Məcəlləsinin müvafiq olaraq 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olan mühüm zərər vurulmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 308-2.4 (satınalma prosedurları keçirilmədən külli miqdarda ziyan vurmaqla dövlət vəsaitlərini xərcləmə) və 313 (vəzifə saxtakarlığı) maddələrinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İqtisadi Əməkdaşlıq Təşkilatının Tədqiqat Mərkəzi Azərbaycanda yerləşəcək 4 mar 2021, 19:08 İbrahim Məmmədovdan 15 martdan SMS icazə tətbiq ediləcəyinə REAKSİYA 4 mar 2021, 18:59 Baş nazirdən buraxılış imtahanları ilə bağlı QƏRAR 4 mar 2021, 18:30 Rəşad Tərlanoğlu ilə "Sir varsa sözdə var" 4 mar 2021, 18:22 İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının iclasında çıxış etdi - YENİLƏNİB + FOTO 4 mar 2021, 18:04 Pakistanın baş naziri Azərbaycanı öz ərazilərini işğaldan azad etməsi münasibətilə təbrik edib 4 mar 2021, 17:26 Milli Qurtuluş Partiyası YAP-a birləşir 4 mar 2021, 17:14 Son sutkada yoluxanların sayı ilə bağlı açıqlama 4 mar 2021, 16:54 Paytaxtda yeni iş yerləri təqdim edən zavod istifadəyə verilir 4 mar 2021, 15:27 Vilayət Eyvazov özünü yandıran polisi İŞDƏN ÇIXARDI 4 mar 2021, 15:17 İsrailli həkimlər neçə qazimizi əməliyyat edib? - RƏSMİ 4 mar 2021, 15:06 Hərbçilərimiz təlim üçün Türkiyəyə yollandı - Fotolar 4 mar 2021, 14:42 Xudəfərin keçid postunun açılması gündəmdədir - RƏSMİ 4 mar 2021, 14:06 Xaricdən gətirilən mallara tətbiq edilən limit 500 dollara qaldırılacaq? - AÇIQLAMA 4 mar 2021, 13:45 SON DƏQİQƏ: Ərdoğana ağır itki üz verdi 4 mar 2021, 13:21 Xalqxeber.Az xəbər portalının 9 yaşı tamam oldu 4 mar 2021, 13:17 Səfər Mehdiyevdən DGK-də yoxlamaların aparılması ilə bağlı AÇIQLAMA 4 mar 2021, 12:45 Azərbaycan diasporunun dəstəyi ilə qazilərə əlil arabaları göndərilib - FOTO 4 mar 2021, 12:09 Əli Əsədov iclas keçirdi 4 mar 2021, 11:45 MN azad olunmuş daha bir kənddən VİDEO YAYDI 4 mar 2021, 11:26 Bakıda ev YANIR 4 mar 2021, 10:36 Əfv Məsələləri Komissiyası bu gün yeni müraciətlərə baxacaq 4 mar 2021, 09:55 “Azərbaycana qaytarıla bilər” 4 mar 2021, 09:28 Azad Rəhimovdan xəbər var 4 mar 2021, 09:10 Azərbaycan hədəfə çatır - Düşmən dostlaşmaq istəyir 4 mar 2021, 08:54