22 Noyabr 2020, Bazar
14 yan 2021, 16:38 | Gündəm / Sosial
Vüqar Səfərli milyonlar mənimsəyib - RƏQƏMLƏR

 
 

Vüqar Səfərli milyonlar mənimsəyib - RƏQƏMLƏR

 

Ləğv edilən Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) keçmiş direktoru Vüqar Səfərlinin mənimsədiyi vəsaitlərin həcmi bəlli olub.

Oxu.Az-ın xəbərinə görə, Baş Prokurorluğun Vüqar Səfərlinin həbsi ilə bağlı yaydığı məlumatda bu barədə rəqəmlər yer alıb.

İttihama görə, V.Səfərli 2015-2019-cu illər ərzində 300 min manat məbləğində olan hissəsini ailə üzvünün adına təsis etdiyi "Futbol+Qol” qəzetinə qanunsuz olaraq köçürüb.

 

Həmçinin həmin pulu, eləcə də qurumun məqsədlərinin həyata keçirilməsi üçün alınmış 103 min manat dəyərində dəftərxana ləvazimatlarını da mənimsəyib.

Bundan başqa V.Səfərli Yasamalda Mətbuat prospekti, 23L ünvanında yerləşən müəssisə binasının 3-cü mərtəbəsinin Fondun inzibati istifadəsinə verilməsi məqsədilə maddi baxımdan Fond üçün daha ağır şərtlərlə icarəyə götürülməsinə dair müqavilələr bağlayıb.

Bu məqsədlə o, 2011-2019-cu illər ərzində ümumilikdə 812 min manat məbləğində pul vəsaitini icarə haqqı adı ilə köçürməklə dövlət büdcəsinə külli miqdarda ziyan vurub.

Eyni zamanda 2017-2019-cu illər ərzində ziyafətlərin keçirilməsi ilə bağlı satınalma müqavilələrinin bağlanması zamanı qanunsuzluqlara yol verib.

KİVDF-yə məxsus olmaqla ona etibar edilmiş cəmi 105 min manat məbləğində pul vəsaitini israf edib.

Bundan əlavə, V. Səfərli kommersiya bankında olan milli və xarici valyutadakı depozit hesablarına 2015-2018-ci illər ərzində 5 milyon 796 min manatı yerləşdirməklə cinayət yolu ilə əldə edilmiş həmin pul vəsaitlərini külli miqdarda leqallaşdırıb.

Baş Prokurorluğun məlumatına nəzər salsaq, V.Səfərlinin jurnalistlər üçün tikilən binalardan da "xeyir” götürdüyü bildirilir.


Türkiyədə koronavirusla bağlı rəqəmlər artır 27 yan 2021, 22:55 Bill Qeyts: “Növbəti pandemiya on dəfə daha ağır ola bilər” 27 yan 2021, 22:44 Birinci kurs tələbəsi dəm qazından öldü 27 yan 2021, 22:21 Mikayıl Cabbarovdan SOCAR-la bağlı - Açıqlama 27 yan 2021, 18:48 Məsut Özil “Fənərbaxça”da təqdimatı zamanı Azərbaycana dəstəyini bildirdi - VİDEO 27 yan 2021, 18:30 Prezidentdən QHT-lərlə bağlı FƏRMAN 27 yan 2021, 17:52 Putin “Davos həftəsi”ndə Qarabağla bağlı bəyanatdan danışdı 27 yan 2021, 17:35 Parlamentin İntizam komissiyası toplandı 27 yan 2021, 17:20 Azərbaycanda daha beş nəfər koronavirusdan öldü: 226 yeni yoluxma - FOTO 27 yan 2021, 17:02 Prezident: “Hədəfimiz Qarabağın tacı olan Şuşa idi” 27 yan 2021, 16:58 Moskvada hərəkətdə olan avtobus qəfil alovlara büründü - VİDEO 27 yan 2021, 14:50 Prezident: “Şuşaya yad olan hər hansı bir tikiliyə yol vermək olmaz” 27 yan 2021, 14:31 İlham Əliyev Aydın Kərimovu qəbul etdi - CANLI YAYIM 27 yan 2021, 14:17 Sabahın hava proqnozu 27 yan 2021, 14:06 Putinlə Baydenin danışığı nəticəli oldu: - Vaşinqton Moskvanın şərtlərini qəbul etdi 27 yan 2021, 13:53 Ənənəvi dərslər 15 gün müddətinə açılır? - AÇIQLAMA 27 yan 2021, 13:35 İlham Əliyev Şuşaya xüsusi nümayəndə təyin etdi - SƏRƏNCAM 27 yan 2021, 13:18 Nazirlik rəsmisindən ibtidai siniflərdə əyani təhsillə bağlı AÇIQLAMA 27 yan 2021, 12:47 Məktəblərdə qış tətili başladı 27 yan 2021, 12:06 Məktəblərdə qış tətili başladı 27 yan 2021, 12:05 Milli Məclis xaricdəki azərbaycanlılarla bağlı qanun layihəsi hazırlayır - ÖZƏL 27 yan 2021, 11:54 2020-ci il üzrə güzəştli şərtlərlə verilən orta aylıq pensiya məbləği AÇIQLANDI 27 yan 2021, 11:28 Şahmar Mövsümov yeni naziri kollektivə təqdim etdi 27 yan 2021, 10:26 Fərman İsmayılovun nəşi Azərbaycana yola salındı 27 yan 2021, 10:08 Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ: Son gündür 27 yan 2021, 09:38