22 Noyabr 2020, Bazar
13 yan 2021, 17:33 | Gündəm
Əhməd İsmayılov: “Jurnalistlərin treninq keçmələrinə ehtiyac var”

 
 

Əhməd İsmayılov: “Jurnalistlərin treninq keçmələrinə ehtiyac var”

 

Hazırda yerli mediada fəaliyyət göstərən jurnalistlərin treninqlərə ehtiyacı var. Apardığımız monitorinqlər zamanı bu kimi nüanslar öz təsdiqini tapıb.

Bu barədə Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov "Real tv”yə müsahibəsində məlumat verib.

O bildirib ki, bununla bağlı agentliyə bir çox müraciətlər daxil olub:

 

"Ötən dövr ərzində Türkiyədən dəvət olunan mütəxəssislərlə birlikdə bir neçə təlimlərimiz keçirilib. Həmin təlimlərdən sonrakı dövrdə aparılan monitorinq göstərdi ki, bu tədbirlərin tez-tez keçirilməsi müsbət nəticələr verəcək”.

Media subyektinin Agentliyə hansı şəkildə müraciət etməsi ilə bağlı suala isə Əhməd İsamayılov belə cavab verib:

"Əgər sırf maliyyə dəstəyindən söhbət gedirsə, müsabiqəsiz birbaşa maliyyə dəstəyi nəzərdə tutulmayıb. Media subyektinə və ya jurnalistlərə hər hansı dəstəyin göstərilməsi zamanı mütləq qaydada ölkə qanunvericiliyinin tələbləri rəhbər tutulmalıdır. Qanunvericilik isə bizə sırf müsabiqəli layihələrin həyata keçirilməsini həvalə edib. Biz müsabiqə qaydalarını, eləcə də müsabiqədə iştirakına icazə veriləcək media subyektləri və jurnalistləri, eyni zamanda müsabiqə qaliblərinin müəyyən olunması istiqamətində kriteriyaları müəyyən etməliyik.

Biz bu kriteriyalar üzərində işləməyə başlamışıq. Ümid edirəm ki, qısa zaman ərzində Media haqqında qanun” layihəsi hazırlanıb təqdim olunacaq. Layihələr təsdiq olunduqdan sonra onların icrasına başlanıla bilər. Yenə qeyd etmək istərdim ki, Medianın İnkişafı Agentliyinin birbaşa məqsədi sadəcə media subyektlərinə maliyyə dəstəyinin göstərilməsi deyil. Agentliyin məqsədi ümumiyyətlə media mühitinin inkişafı və informasiyanın əldə olunma, yayılma prosesinin daha da təkmilləşdirilməsidir. Agentlik olaraq jurnalistlərdən gələn təklifləri və müraciətləri də müzakirə etməyə hər zaman hazırıq”.


Şəmkirdə jurnalist şantaja görə öldürüldü - FOTO 21 yan 2021, 23:12 Bakıda ev yandı - YENİLƏNİB 21 yan 2021, 23:03 Erməni deputatlar jurnalistlərin Şuşa sualından qaçdı - VİDEO 21 yan 2021, 22:54 Şoyqu Ermənistanın müdafiə naziri ilə DANIŞDI 21 yan 2021, 18:13 Yoluxanların sayı azaldı 21 yan 2021, 17:58 Yaralı hərbçimiz şəhid oldu - FOTO 21 yan 2021, 17:42 Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT 21 yan 2021, 17:20 Məktəbdaxili qiymətləndirmədən narazı olanlar nə etməlidir? - AÇIQLAMA 21 yan 2021, 17:12 Şagirdlərin qış tətili ilə bağlı RƏSMİ AÇIQLAMA 21 yan 2021, 16:54 Füzulinin Dördçinar kəndindən görüntülər - VİDEO 21 yan 2021, 16:38 Azərbaycanda iki hərbi prokurorluq işçisi işdən çıxarılıb - RƏSMİ 21 yan 2021, 16:20 ƏDV faizlərini geri alanlar üçün ikiqat qazanc! 21 yan 2021, 15:29 Məktəblərin fevralın 1-də açılmasına hazırlıq işləri görülür 21 yan 2021, 15:14 Azərbaycan və Türkmənistan arasında memorandum imzalandı 21 yan 2021, 14:54 “Qərargahın icazəsi olsa da, rəis müavini bazarı bağlatdırdı” 21 yan 2021, 14:30 İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovla görüşdü - CANLI YAYIM 21 yan 2021, 14:20 Paşinyan parlamentin iclasına zirehli jiletlə qatıldı - Foto 21 yan 2021, 13:35 Şaxta olacaq, yollar buz bağlayacaq - PROQNOZ 21 yan 2021, 13:20 Ova getmək istəyənlərin nəzərinə: Qərar verildi 21 yan 2021, 12:50 İlham Əliyevlə Qurbanqulu Berdiməhəmmədovla görüşdü 21 yan 2021, 12:37 Şəhid ailələri və qazilərimizin kredit borcları silinib 21 yan 2021, 12:20 Vilayət Eyvazov rəisi sərəncama göndərdi 21 yan 2021, 12:10 İran xarici işlər nazirinin Azərbaycana səfər tarixi və proqramı məlum oldu 21 yan 2021, 11:46 Ölkə əhalisinin sayı açıqlanıb 21 yan 2021, 11:21 Hacı Zeynalabdin Tağıyevin heykəli hazırdır - VİDEO 21 yan 2021, 10:46