22 Noyabr 2020, Bazar
12 yan 2021, 14:04 | Gündəm / Hadisə
Bakıda zavodda partlayış: Ölən var - YENİLƏNİB + VİDEO

Bakıda zavodda partlayış: Ölən var - YENİLƏNİB + VİDEO

 



Xəbər verdiyimiz kimi ötən gün saat 13 radələrində Qaradağ rayonu, Qobustan qəsəbəsində yerləşən metaləritmə zavodunda partlayış baş verib.

Hadisə zamanı soba fəhləsi işləyən Asif Mustafayev aldığı xəsarətlərdən ölüb.

Baku TV-nin əməkdaşları hadisə yerində olub:
10:15

Yanvarın 11-i saat 13 radələrində Qaradağ rayonu, Qobustan qəsəbə sakini Mustafayev Asif Qazbaba oğlunun işlədiyi yerdə xəsarət alması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Qaradağ rayon Prokurorluğunundan məlumat verilib.

Aparılan araşdırmalarla müəyyən edilib ki, Qobustan qəsəbəsində yerləşən metaləritmə zavodunda soba fəhləsi işləyən Asif Mustafayev qeyd edilən tarixdə metal əritmək üçün nəzərdə tutulan isti sobaya metal qırıntılarını atan zaman partlayış baş verməsi nəticəsində aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı Qaradağ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunub və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Şəmkirdə jurnalist şantaja görə öldürüldü - FOTO 21 yan 2021, 23:12 Bakıda ev yandı - YENİLƏNİB 21 yan 2021, 23:03 Erməni deputatlar jurnalistlərin Şuşa sualından qaçdı - VİDEO 21 yan 2021, 22:54 Şoyqu Ermənistanın müdafiə naziri ilə DANIŞDI 21 yan 2021, 18:13 Yoluxanların sayı azaldı 21 yan 2021, 17:58 Yaralı hərbçimiz şəhid oldu - FOTO 21 yan 2021, 17:42 Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT 21 yan 2021, 17:20 Məktəbdaxili qiymətləndirmədən narazı olanlar nə etməlidir? - AÇIQLAMA 21 yan 2021, 17:12 Şagirdlərin qış tətili ilə bağlı RƏSMİ AÇIQLAMA 21 yan 2021, 16:54 Füzulinin Dördçinar kəndindən görüntülər - VİDEO 21 yan 2021, 16:38 Azərbaycanda iki hərbi prokurorluq işçisi işdən çıxarılıb - RƏSMİ 21 yan 2021, 16:20 ƏDV faizlərini geri alanlar üçün ikiqat qazanc! 21 yan 2021, 15:29 Məktəblərin fevralın 1-də açılmasına hazırlıq işləri görülür 21 yan 2021, 15:14 Azərbaycan və Türkmənistan arasında memorandum imzalandı 21 yan 2021, 14:54 “Qərargahın icazəsi olsa da, rəis müavini bazarı bağlatdırdı” 21 yan 2021, 14:30 İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovla görüşdü - CANLI YAYIM 21 yan 2021, 14:20 Paşinyan parlamentin iclasına zirehli jiletlə qatıldı - Foto 21 yan 2021, 13:35 Şaxta olacaq, yollar buz bağlayacaq - PROQNOZ 21 yan 2021, 13:20 Ova getmək istəyənlərin nəzərinə: Qərar verildi 21 yan 2021, 12:50 İlham Əliyevlə Qurbanqulu Berdiməhəmmədovla görüşdü 21 yan 2021, 12:37 Şəhid ailələri və qazilərimizin kredit borcları silinib 21 yan 2021, 12:20 Vilayət Eyvazov rəisi sərəncama göndərdi 21 yan 2021, 12:10 İran xarici işlər nazirinin Azərbaycana səfər tarixi və proqramı məlum oldu 21 yan 2021, 11:46 Ölkə əhalisinin sayı açıqlanıb 21 yan 2021, 11:21 Hacı Zeynalabdin Tağıyevin heykəli hazırdır - VİDEO 21 yan 2021, 10:46