22 Noyabr 2020, Bazar
12 yan 2021, 13:34 | Gündəm / İqtisadiyyat
Manatın məzənnəsi ucuzlaşacaq? - Mərkəzi Bank iddialara aydınlıq gətirdi

 
 

Manatın məzənnəsi ucuzlaşacaq? - Mərkəzi Bank iddialara aydınlıq gətirdi

 

12 yanvar tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə valyuta hərracı keçirilib.

Qurumdan verilən məlumata əsasən, hərracda tələb 142,2 milyon ABŞ dollarını təşkil edib və tam təmin edilib. Hərracda məzənnə 1 dollar üçün 1,7 manat müəyyən edilib.

Tələbin ötən aylara nisbətən yüksək olması ilə bağlı Mərkəzi Bankın açıqlamasında bildirilib ki, son günlər manatın ucuzlaşması ilə bağlı mətbuatda və sosial şəbəkələrdə gedən əsassız xəbərlərin fonunda formalaşan gözlənti nağd valyuta bazarında müəyyən tələbi şərtləndirib və bu da valyuta hərracında tələbin nisbətən artmasına təsir edib:

 

"Neftin qiymətinin ötən illə müqayisədə artdığını, OPEC+ ölkələrinin son toplantısında neft hasilatı ilə bağlı müsbət qərarların qəbul olunduğunu, bütün dünyada artıq COVID-19 virusuna qarşı vaksinasiya proqramlarının başlandığını və Dövlət Neft Fondunun əhəmiyyətli məbləğdə transfertlərini nəzərə alaraq qeyd edirik ki, manatın ucuzlaşması ilə bağlı iddialar əsassızdır. Bu baxımdan hesab edirik ki, nağd valyuta ilə bağlı artan tələb müvəqqəti xarakter daşıyır və qısa zamanda səngiyəcək.

Eyni zamanda, son günlər bəzi internet səhifələrində guya banklarda qeyri-nağd ABŞ dolları satışlarında problem olduğunu və bunun valyuta hərracları ilə bağlılığını iddia edən fikirlər də əsassızdır. Bildiririk ki, Mərkəzi Bank tərəfindən valyuta hərracları həftədə iki dəfə (çərşənbə axşamı və cümə axşamı) keçirilir və bu hərraclarda bankların həm nağd, həm də qeyri-nağd valyuta üzrə tələbləri tam təmin edilir.

Bir daha vurğulamaq istərdik ki, 2017-ci ildən bəri milli valyutanın məzənnəsi sabitdir və cari ildə də Mərkəzi Bank tərəfindən valyuta bazarında stabilliyin tәmin edilməsi diqqət mərkəzində saxlanılacaq”.


Şəmkirdə jurnalist şantaja görə öldürüldü - FOTO 21 yan 2021, 23:12 Bakıda ev yandı - YENİLƏNİB 21 yan 2021, 23:03 Erməni deputatlar jurnalistlərin Şuşa sualından qaçdı - VİDEO 21 yan 2021, 22:54 Şoyqu Ermənistanın müdafiə naziri ilə DANIŞDI 21 yan 2021, 18:13 Yoluxanların sayı azaldı 21 yan 2021, 17:58 Yaralı hərbçimiz şəhid oldu - FOTO 21 yan 2021, 17:42 Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT 21 yan 2021, 17:20 Məktəbdaxili qiymətləndirmədən narazı olanlar nə etməlidir? - AÇIQLAMA 21 yan 2021, 17:12 Şagirdlərin qış tətili ilə bağlı RƏSMİ AÇIQLAMA 21 yan 2021, 16:54 Füzulinin Dördçinar kəndindən görüntülər - VİDEO 21 yan 2021, 16:38 Azərbaycanda iki hərbi prokurorluq işçisi işdən çıxarılıb - RƏSMİ 21 yan 2021, 16:20 ƏDV faizlərini geri alanlar üçün ikiqat qazanc! 21 yan 2021, 15:29 Məktəblərin fevralın 1-də açılmasına hazırlıq işləri görülür 21 yan 2021, 15:14 Azərbaycan və Türkmənistan arasında memorandum imzalandı 21 yan 2021, 14:54 “Qərargahın icazəsi olsa da, rəis müavini bazarı bağlatdırdı” 21 yan 2021, 14:30 İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovla görüşdü - CANLI YAYIM 21 yan 2021, 14:20 Paşinyan parlamentin iclasına zirehli jiletlə qatıldı - Foto 21 yan 2021, 13:35 Şaxta olacaq, yollar buz bağlayacaq - PROQNOZ 21 yan 2021, 13:20 Ova getmək istəyənlərin nəzərinə: Qərar verildi 21 yan 2021, 12:50 İlham Əliyevlə Qurbanqulu Berdiməhəmmədovla görüşdü 21 yan 2021, 12:37 Şəhid ailələri və qazilərimizin kredit borcları silinib 21 yan 2021, 12:20 Vilayət Eyvazov rəisi sərəncama göndərdi 21 yan 2021, 12:10 İran xarici işlər nazirinin Azərbaycana səfər tarixi və proqramı məlum oldu 21 yan 2021, 11:46 Ölkə əhalisinin sayı açıqlanıb 21 yan 2021, 11:21 Hacı Zeynalabdin Tağıyevin heykəli hazırdır - VİDEO 21 yan 2021, 10:46