22 Noyabr 2020, Bazar
30 noy 2020, 14:20 | Gündəm
Qışın ilk ayının havası: Qarabağda hava iqlim normasından isti olacaq

 

Qışın ilk ayının havası: Qarabağda hava iqlim normasından isti olacaq

 

Dekabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumatına görə, aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacaq.

Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 6-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1dərəcə yüksəkdir. Gecələr havanın temperaturunun 4-8 dərəcə isti, bəzi günlərdə 0 dərəcəyə yaxın olacağı, gündüzlər 8-13, bəzi günlərdə 4-6 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər normadan çox (norma 24-34 mm) olacaq.


Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 1-4 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, bəzi günlərdə 6-9, dağlıq ərazilərdə 10-15 dərəcə şaxta, gündüzlər 7-12, bəzi günlərdə 0-5 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 14-35 mm) olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında orta aylıq temperaturun 0-3 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Gecələr havanın temperaturu 2-7, bəzi günlərdə 9-14 dərəcə şaxta, gündüzlər 2-7 dərəcə isti, bəzi günlərdə 1-4 dərəcə şaxta olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 27-53 mm) gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 3-6 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr havanın temperaturunun 1-6 dərəcə isti, bəzi günlərdə 3-8 dərəcə şaxta, gündüzlər 7-12, bəzi günlərdə 2-5 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 13-32 mm) olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında orta aylıq temperaturun 2-5 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Gecələr havanın temperaturu 0-5 dərəcə isti, bəzi günlərdə 3-8, yüksək dağlıq ərazilərdə 13-18 dərəcə şaxta, gündüzlər 5-10 dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər çox olacağı (norma 24-48 mm) gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 5-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir.

Gecələr havanın temperaturu 2-7 dərəcə isti, bəzi günlərdə 1-5 dərəcə şaxta, gündüzlər 9-14, bəzi günlərdə 4-7 dərəcə isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər normadan çox olacağı (norma 19-32 mm) gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 4-9 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 4-8 dərəcə isti, bəzi günlərdə 0-4, dağlarda 6-10 dərəcə şaxta, gündüzlər 7-12, bəzi günlərdə 1-5 dərəcə isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər normadan çox olacağı (norma 45-106 mm) gözlənilir.

Azərbaycanda təhsil haqqı xeyli aşağıdır - Nazir 22 yan 2021, 12:50 Emin Əmrullayevdən xəbərdarlıq: “Qısa müddətdə qapanmalara qayıda bilərik” 22 yan 2021, 12:32 Azərbaycanda təhsillə bağlı qərar verildi - RƏSMİ 22 yan 2021, 12:09 Bakıda polis silahlı şəxslərə qarşı əməliyyat keçirib 22 yan 2021, 11:56 Azərbaycanda sabiq vəzifəli şəxslərin qanunsuz hərəkətləri ifşa edildi - RƏSMİ 22 yan 2021, 11:39 Şuşada yeni yarımstansiya tikilir 22 yan 2021, 11:35 Azərbaycanda buzlaşma olan yolların SİYAHISI 22 yan 2021, 10:55 İşə qəbul olmaq istəyən müəllimlərin NƏZƏRİNƏ 22 yan 2021, 10:38 İtkin düşən zabitimizin şəhid xəbəri gəldi - FOTO 22 yan 2021, 10:18 Ukraynada matəm elan olundu 22 yan 2021, 09:55 2020-ci ildə Bakıda qeydə alınan avtomobil qəzalarında ölənlərin sayı açıqlandı - RƏSMİ 22 yan 2021, 09:52 “Dərs vaxtı”nın bu günə olan cədvəli - FOTO 22 yan 2021, 09:22 Bayden “Britaniya ştammı” ilə əlaqədar əlavə tədbirlərin həyata keçiriləcəyini bildirib 22 yan 2021, 09:04 Şəmkirdə jurnalist şantaja görə öldürüldü - FOTO 21 yan 2021, 23:12 Bakıda ev yandı - YENİLƏNİB 21 yan 2021, 23:03 Erməni deputatlar jurnalistlərin Şuşa sualından qaçdı - VİDEO 21 yan 2021, 22:54 Şoyqu Ermənistanın müdafiə naziri ilə DANIŞDI 21 yan 2021, 18:13 Yoluxanların sayı azaldı 21 yan 2021, 17:58 Yaralı hərbçimiz şəhid oldu - FOTO 21 yan 2021, 17:42 Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT 21 yan 2021, 17:20 Məktəbdaxili qiymətləndirmədən narazı olanlar nə etməlidir? - AÇIQLAMA 21 yan 2021, 17:12 Şagirdlərin qış tətili ilə bağlı RƏSMİ AÇIQLAMA 21 yan 2021, 16:54 Füzulinin Dördçinar kəndindən görüntülər - VİDEO 21 yan 2021, 16:38 Azərbaycanda iki hərbi prokurorluq işçisi işdən çıxarılıb - RƏSMİ 21 yan 2021, 16:20 ƏDV faizlərini geri alanlar üçün ikiqat qazanc! 21 yan 2021, 15:29