22 Noyabr 2020, Bazar
29 noy 2020, 22:53 | Gündəm / Sosial
Qarabağ əzəli və əbədi Azərbaycan torpağıdır

 
 

Qarabağ əzəli və əbədi Azərbaycan torpağıdır

 

Qarabağda həmişə azərbaycanlılar yaşamış və bu ərazi Azərbaycan dövlətinin tərkib hissəsi olmuşdur. Azərbaycan tolerant ölkə olduğu üçün, digər xalqların nümayəndələrinə qarşı humanist davranmış, öz torpaqlarında onlara yaşamaq hüququ vermisdir. Azərbaycan dövlətinin bu humanistliyindən istifadə edərək, bir çox xalqlar onun torpağında məşkunlaşmışlar, o cümlədən də ermənilər. Ermənilər də Cənubi Qafqazda , o cümlədən Azərbaycanda yaşamış, bu ərazilərə sonradan və tədricən başqa ölkələrdən köçürülmüşlər. Azərbaycan torpaqlarında məşkunlaşdıqdan sonra mənfur ermənilər azərbaycanlılara qarşı bəşər tarixində analoqu olmayan vəhşiliklər törətdilər.
Tarixi mənbələrə istinad etsək, 1918- ci ilin martında Bakı qırğının şahidi olmuş Kulner soyadlı bir alman 1925-ci ildə öz ölkəsində erməni vəhşiliyini belə təsvir edirdi: ermənilər müsəlman məhəllələrinə soxulur, qarşılarına çıxan hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə deşik- deşik edirlər, evləri yandırır, uşaqları yanan evlərin içərisinə atır, onların diri- diri yanmalarına tamaşa edirdilər. Üç- dörd günlük südəmər körpələri süngülərin ucuna taxırdılar. Qırğından bir necə gün sonra bir çaladan çıxarılan 82 müsəlman cəsədinin qulaqları, burunları kəsilmiş, qarınları yırtılmışdı.
Erməni vəhşiliyi haqda digər bir faktda göstərilir ki, Zəngəzurun Tat kəndində ermənilər öz həkimlərinin məsləhəti ilə sağlam görünən müsəlman kişi və qadınların başlarını diri- diri kəsib qanlarını xüsusi qablara yığıdılar. Həmin kənddən İbrahim adlı bir gəncin qollarını bağlayıb itlərin qabağına atmışdılar,itlər onu parça- parça etmişdilər.
Həmin mahalın Fərəcan kəndində isə ermənilər Həsən və Həsənalı adında iki qardaşı ələ keçirirlər . Həsənin ayaqlarına nal mıxlayırlar,qızdırılmış şişlərlə gözlərini ovur, sonra isə balta ilə əl-ayaqlarını doğrayırlar. Həsənalının bədənini isə diri- diri tikələyib yerə atırlar.
Bu vəhşilikləri erməni vandalları Qarabağ müharibəsində bir daha xalqımıza qarşı Kərkicahanda, Malıbəyldə, Quşçularda, Qaradağlıda , Veysəlidə, Xocalıda və s. yaşayış məntəqələrimizdə törətdilər.
Xocalı faciəsi dünyanın heç bir faciəsi ilə müqayisə oluna bilməz.Xocalı faciəsi zamanı 613 dinc əhali, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca xüsusi amansızlıq və qaddarlıqla öldürülmüş, 1000 nəfərdən artıq adam, o cümlədən 76 uşaq aldıqları xəsarətlərdən əlil olmuşlar, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini itirmiş, 130 uşaq valideynlərindən birini itirmiş, 1275 nəfər girov götürülmüş, 150 nəfərin taleyi bağlı bu günə qədər heç bir məlumat yoxdur.Xocalıda qətlə yetirilənlərin cəsədlərini şəhərdən cıxarmağa ermənilər imkan verməmişdilər. Meyidlərin əksəriyyətinin baş dəriləri soyulmuş, burunları, qulaqları və digər orqanları kəsilmişdir.
1988-ci ildən başlayaraq işğalçı Ermənistan Azərbaycana qarşı yenidən ərazi iddiası irəli sürmüş, Qarabağ münaqişəsini ortaya atmış və bunun nəticəsi olaraq 1991-1994-cü illərdə Azərbaycanın ayrılmaz hissəsi və əzəli torpaqları olan Dağlıq Qarabağ ərazisi üstündə Ermənistanla Azərbaycan arasında hərbi əməliyyatlar başlanmış və həmin əməliyyatlar 1994-cü ilin may ayında iki dövlət arasında imzalanmış atəşkəslə başa catmışdır. Ermənistanın işğalcılıq siyasəti nəticəsində Azərbaycanın Dağlıq Qarabağ və onun ətrafında yerləşən yeddi inzibati rayonu Ermənistan Silahlı güvvələri tərəfindən zəbt olunmuş və həmin ərazilər otuz ilə yaxın bir müddət ərzində Ermənistan Silahlı Qüvvələrinin işğalı altında qalmışdır.
BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş dörd qətnamənin heç birisinə Ermənistan tərəfindən məhəl qoyulmamış, qarşıya qoyulan tələblər kobud şəkildə pozulmuşdur.
Ermənistan tərəfindən aparılan işğalçılıq müharibəsi illərində otuz mindən artıq azərbaycanlı qətlə yetirilmiş, bir milyondan artıq dinc Azərbaycan əhalisi qaçqın və məcburi köçkün həyatı yaşamış, onlara böyük maddi və mənəvi ziyan dəymiş, həmçinin işğal edilmiş ərazilərdə yüzlərlə təhsil, səhiyyə, mədəniyyət ocaqları, körpələr evi və uşaq bağçaları, yaşayış evləri və bir çox digər obyektlər dağıdılmış, tarixi abidələrimiz məhv edilmişdi.
Sual oluna bilər, münaqişəni sülh yolu ilə həll etmək mümkün deyildirmi?
Əlbəttə mümkün olardı,əgər terrorçu ermənilər də bu arzuda olsaydılar, lakin təəssüflər olsun ki, erməni separatcı rejimi mövcud münaqişəni heç vaxtı sülh yolu ilə həll etmək təşəbbüsündə olmamışdır, əksinə işğalcılıq siyasətinə sadiq qalaraq bu ilin sentyabr ayının 27-də, səhər saat 6.00 radələrində növbəti fitnəkar niyyətlərini həyata keçirərək işğal olunmuş bölgələrimizin yaxınlığında yerləşən mülki əhalini ağır artilleriya silahları ilə atəşə tutmağa başladı. Təbii ki, ermənilərin bu vəhşiliyinə Azərbaycan xalqı biganə yanaşa bilməzdi, çünki otuz ildən artıq bir müddət ərzində azərbaycanlılar erməni vandalizminə səbr və təmkinlə dözərək, sülh tərəfdarı olduqlarını bütün dunyaya nümayiş etdirmişdilər.
Qeyd etmək yerinə düşərdi ki, beynəlxalq təşkilatlar, böyük dövlətlər” Qarabağ düyünü”nün açılmasına xüsusi səy göstərmədilər, işğala məruz qalmış Azərbaycanın haqlı mövqeyini müdafiə etmədilər, ən yaxsı halda bölgədə müvəqqəti sabitliyin qorunmasına maraq göstərdilər. Lakin Azərbaycana müvəqqəti deyil, davamlı və daimi sabitlik lazım idi.
Azərbaycan xalqı ermənilər tərəfindən müsibətlərə dücar olsa da, heç zaman məkirli düşmən qarşısında əyilmədi, qəddini düz tutub düşmənə qarşı haqq mübarizəsinə qalxdı. Biz heç kimin torpağına göz dikməmişik. Ermənilər başa düşmürlər ki, xalqları, millətləri bir- biri ilə düşmən etmək olmaz. Beynəlxalq təşkilatların birtərəfli mövqe tutmaları, Azərbaycan xalqını öz müqəddaratını həll etmək qarşısında qoydu. Bütün bu haqsızlıqların və biganəliyin şahidi olan , otuz ildən artıq bir müddət ərzində səbr və dözüm nümayiş etdirən Azərbaycan xalqı dərk etdi ki, Ermənistanın müvəqqəti " qələbə” sevincini , Azərbaycanın daimi sevinci ilə əvəz etməyin məqamı yetişmişdi, necə deyərlər, hesab zamanı çatmışdır. Azərbaycan tərəfindən bu müharibə Vətən müharibəsi,Ermənistan tərəfindən isə işğalçılıq müharibəsi idi. Azərbaycanın ləyaqətli, qeyrətli oğulları çox yaxşı başa düşürdülər ki, insanlığa bəxş edilən ən müqəddəs hədiyyə ana torpaqdır, torpaqdan isə düşmənə pay verilməz, ona görə də, "torpaq- uğrunda ölən varsa, vətəndir” devizi altında hər bir Azərbaycan vətəndaşı Vətən müharibəsində iştirak etməyi, hətta şəhidlik zirvəsinə yüksəlməyi özünə şərəf hesab etdi.
Bu gün hər Azərbaycan vətəndaşı, hər bir Azərbaycan ziyalısı fəxr edir ki, bizim qüdrətli ordumuz, möhkəm dövlət- xalq- ordu birliyimiz,dayanıqlı iqtisadiyatımız və bütün dünyaya nümunə ola biləcək liderimiz var.
Ümummilli lider Heydər Əliyevin azadlıq ideologiyası ətrafında, onun siyasi kursuna sadiq qalaraq, ölkə Prezidenti cənab İlham Əliyev ölkəmizin siyasi, sosial və hərbi qüdrətinin yüksəldilməsi istiqamətində apardığı məqsədyönlü fəaliyyəti öz məntiqi sonluğuna çatdırmaq, Azərbaycanın ərazi bütovlüyünü təmin etmək əzmindədir.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanı, cənab İlham Əliyevə Azərbaycan xalqına belə möhtəşəm qələbə sevincini yaşatdığına , onu qalib ölkənin vətəndaşı etdiyinə görə dərin minnətdarlığımızı bildirir və ona müstəqil Azərbaycan dövlətinin təməlini gücləndirmək fəaliyyətində uğurlar diləyirik.

Yaşasın Azərbaycan!

Yaşasın Şanlı Azərbaycan Ordusu!

Qarabağ Azərbaycandır!

Şəfiqə Şiralı qızı Tahirova
"Milli irs" jurnalının baş redaktoru
Pedaqogika üzrə fəlsəfə doktoru

Sabah hava necə olacaq? - PROQNOZ 22 yan 2021, 13:48 Uşaq bağçaları hələ açılmayacaq 22 yan 2021, 13:27 Azərbaycanda təhsil haqqı xeyli aşağıdır - Nazir 22 yan 2021, 12:50 Emin Əmrullayevdən xəbərdarlıq: “Qısa müddətdə qapanmalara qayıda bilərik” 22 yan 2021, 12:32 Azərbaycanda təhsillə bağlı qərar verildi - RƏSMİ 22 yan 2021, 12:09 Bakıda polis silahlı şəxslərə qarşı əməliyyat keçirib 22 yan 2021, 11:56 Azərbaycanda sabiq vəzifəli şəxslərin qanunsuz hərəkətləri ifşa edildi - RƏSMİ 22 yan 2021, 11:39 Şuşada yeni yarımstansiya tikilir 22 yan 2021, 11:35 Azərbaycanda buzlaşma olan yolların SİYAHISI 22 yan 2021, 10:55 İşə qəbul olmaq istəyən müəllimlərin NƏZƏRİNƏ 22 yan 2021, 10:38 İtkin düşən zabitimizin şəhid xəbəri gəldi - FOTO 22 yan 2021, 10:18 Ukraynada matəm elan olundu 22 yan 2021, 09:55 2020-ci ildə Bakıda qeydə alınan avtomobil qəzalarında ölənlərin sayı açıqlandı - RƏSMİ 22 yan 2021, 09:52 “Dərs vaxtı”nın bu günə olan cədvəli - FOTO 22 yan 2021, 09:22 Bayden “Britaniya ştammı” ilə əlaqədar əlavə tədbirlərin həyata keçiriləcəyini bildirib 22 yan 2021, 09:04 Şəmkirdə jurnalist şantaja görə öldürüldü - FOTO 21 yan 2021, 23:12 Bakıda ev yandı - YENİLƏNİB 21 yan 2021, 23:03 Erməni deputatlar jurnalistlərin Şuşa sualından qaçdı - VİDEO 21 yan 2021, 22:54 Şoyqu Ermənistanın müdafiə naziri ilə DANIŞDI 21 yan 2021, 18:13 Yoluxanların sayı azaldı 21 yan 2021, 17:58 Yaralı hərbçimiz şəhid oldu - FOTO 21 yan 2021, 17:42 Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT 21 yan 2021, 17:20 Məktəbdaxili qiymətləndirmədən narazı olanlar nə etməlidir? - AÇIQLAMA 21 yan 2021, 17:12 Şagirdlərin qış tətili ilə bağlı RƏSMİ AÇIQLAMA 21 yan 2021, 16:54 Füzulinin Dördçinar kəndindən görüntülər - VİDEO 21 yan 2021, 16:38