22 Noyabr 2020, Bazar
29 noy 2020, 22:48 | Gündəm / Sosial
Qarabağ həqiqətləri

 

Qarabağ həqiqətləri

 

Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq,ayrı-ayrı millətlərin və xalqların nümayəndələrinin sülh, əmin-amanlıq və qarşılıqlı anlaşma şəraitində yaşadığı bir ölkədir. Azərbaycan xalqı qədim dövlətçilik ənənələrinə, zəngin mədəni-mənəvi irsə malik bir xalqdır. Azərbaycanın çoxəsirlik tarixinə nəzər salsaq görərik ki, ölkəmiz saysız-hesabzız döyüşlərə,müharibələrə şahidlik edib. Bu müharibələrin ən dəhşətlisi erməni faşistlərinin xalqımıza qarşı otuz ildən çox apardığı işğalçılıq müharibəsidir. Mənfur ermənilər demək olar ki, müxtəlif tarixi dövrlərdə ərazilərimizi işğal etmək niyyəti ilə ,millətimizə qarşı mütəmadi silsilə qırğınlar həyata keçirmişlər. İyirmi faizdən çox işğal etdikləri torpaqlarda ermənilər dəfələrlə Azərbaycan xalqına qarşı irimiqyaslı cinayətlər törətmiş, onun mübarizə əzmini qırmaq, azərbaycanlıların min illərlə yaşadıqları əraziləri, torpaqları işğal etmək, oradakı tarixi, arxeoloji, mədəniyyət abidələrini dağıdıb məhv etmək və s. bu kimi çirkin, məkrli niyyətlərini reallaşdırmışlar.
Ermənilər insanlığa yaraşmayan hərəkətlər etməklə, dəfələrə BMT Nizamnaməsinin "İnsan Hüquqlarının Ümumi Bəyannaməsi ” (1948-ci il), "İnsan Hüquq və azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası (1950-ci il), "Mülki və siyasət hüquqları haqqında” Beynəlxalq Pakt (1966-ci il), "Hərbi cinayətlər və bəşəriyyət əleyhinə olan müddət tarixinin tətbiq edilməsi haqqında” Konvensiya (1968-ci il), "Dini əqidə əsasında diskriminasiya və dözülməzliyin bütün formalarının ləqv edilməsi haqqında” Bəyannamə və digər beynəlxalq sənədlərin müddəalarını pozmuşlar. Bütün bu qeyd olunanlar, Ermənistan hökumətinin beynəlxalq hüquq normaları ilə bir araya gəlməyən təcavüzkar siyasətinə sadiq qaldığını bir daha təsdiq edir.
Dağlıq Qarabağ Azərbaycan Respublikasının təkib hissəsidir, tarixən azərbaycanlıların yaşadığı bölgədir. 1823-ci ildən başlayaraq həmin ərazilərə kütləvi şəkildə köçürülən nankor ermənilər, sovet imperiyası dağılana yaxın yeni əzaziləri zəbt etmək iddiasına düşdülər və nəticədə 1988-ci ildə aktiv hərbi əməliyyata başladılar. Hərbi əməliyyatlar 1994-cü ildə atəşkəslə dayandırıldı və Dağlıq Qarabağ 1988-1992(o cümlədən Qarabağın mədəniyyət beşiyi olan Şuşa-08 may 1992) və ona qonsu olan digər Azərbaycanın 7 rayonu- Laçın, Kəlbəcər,Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan Ermənistan tərəfindən işğal olundu.
Erməni vandalizminin nəticəsində 1 mln-dan artıq soydaşımız doğma yurd-yuvasından didərgin düşmüş,20000 vətəndaşımız həlak, 50000 vətəndaşımız şikəst olmuşdu.
Otuz il bundan əvvəl Azərbaycan Sovetlər birliyindən ayrılmış,gənc,müstəqil dövlət olduğu üçün siyasi, hərbi, iqtisadi cəhətdən zəif idi, ona görə də ermənilər, əqidə tərəfdaşlarına güvənərək ,əllərinə düşmüş fürsətdən "səmərəli” istifadə etdilər. Bu gün isə nə zaman o zamandır, nə tarix o tarixdir.Artıq bizim qüdrətli dövlətimiz, güclü ordumuz, möhkəm dövlət, xalq, ordu birliyimiz, dayanıqlı iqtisadiyatımız vardır. Bu gün Azərbaycan Respublikasının Ali Baş Komandanı, ölkə prezidenti İlham Əliyev hərb və diplomatiya cəbhəsində bütün dünyaya əsl liderlik, sərkərdəlik nümunəsi göstərdi.

Bu gün hər bir Azərbaycan vətəndaşı əmindir ki, Azərbaycan xalqı dünyada özünün mərdliyi, cəsurluğu, dəyanəti, əyilməzliyi ,ordusunun gücü və güclu iradəsi ilə tanınacaq.
Yekun olaraq demək istəyirəm ki, Qarabağ-Azərbaycandır və !

Şəfiqə Tahirova,
"Milli irs" jurnalının baş redaktoru
Pedaqogika üzrə fəlsəfə doktoru

 


Uşaq bağçaları hələ açılmayacaq 22 yan 2021, 13:27 Azərbaycanda təhsil haqqı xeyli aşağıdır - Nazir 22 yan 2021, 12:50 Emin Əmrullayevdən xəbərdarlıq: “Qısa müddətdə qapanmalara qayıda bilərik” 22 yan 2021, 12:32 Azərbaycanda təhsillə bağlı qərar verildi - RƏSMİ 22 yan 2021, 12:09 Bakıda polis silahlı şəxslərə qarşı əməliyyat keçirib 22 yan 2021, 11:56 Azərbaycanda sabiq vəzifəli şəxslərin qanunsuz hərəkətləri ifşa edildi - RƏSMİ 22 yan 2021, 11:39 Şuşada yeni yarımstansiya tikilir 22 yan 2021, 11:35 Azərbaycanda buzlaşma olan yolların SİYAHISI 22 yan 2021, 10:55 İşə qəbul olmaq istəyən müəllimlərin NƏZƏRİNƏ 22 yan 2021, 10:38 İtkin düşən zabitimizin şəhid xəbəri gəldi - FOTO 22 yan 2021, 10:18 Ukraynada matəm elan olundu 22 yan 2021, 09:55 2020-ci ildə Bakıda qeydə alınan avtomobil qəzalarında ölənlərin sayı açıqlandı - RƏSMİ 22 yan 2021, 09:52 “Dərs vaxtı”nın bu günə olan cədvəli - FOTO 22 yan 2021, 09:22 Bayden “Britaniya ştammı” ilə əlaqədar əlavə tədbirlərin həyata keçiriləcəyini bildirib 22 yan 2021, 09:04 Şəmkirdə jurnalist şantaja görə öldürüldü - FOTO 21 yan 2021, 23:12 Bakıda ev yandı - YENİLƏNİB 21 yan 2021, 23:03 Erməni deputatlar jurnalistlərin Şuşa sualından qaçdı - VİDEO 21 yan 2021, 22:54 Şoyqu Ermənistanın müdafiə naziri ilə DANIŞDI 21 yan 2021, 18:13 Yoluxanların sayı azaldı 21 yan 2021, 17:58 Yaralı hərbçimiz şəhid oldu - FOTO 21 yan 2021, 17:42 Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT 21 yan 2021, 17:20 Məktəbdaxili qiymətləndirmədən narazı olanlar nə etməlidir? - AÇIQLAMA 21 yan 2021, 17:12 Şagirdlərin qış tətili ilə bağlı RƏSMİ AÇIQLAMA 21 yan 2021, 16:54 Füzulinin Dördçinar kəndindən görüntülər - VİDEO 21 yan 2021, 16:38 Azərbaycanda iki hərbi prokurorluq işçisi işdən çıxarılıb - RƏSMİ 21 yan 2021, 16:20