24 noy 2020, 19:36 | Gündəm / Mədəniyyət
Xalq artisti Əjdər Həmidov vəfat etdi
Teatr və kino aktyoru Əjdər Həmidov vəfat edib.
Bu barədə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı məlumat verib.
O, Əjdər Həmidovun bir neçə saat əvvəl Kliniki Tibbi Mərkəzdə vəfat etdiyini deyib: "Bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilmişdi, insultdan əziyyət çəkirdi".
Əjdər Həmidov 28 sentyabr 1953-cü ildə Şabran rayonunun (keçmiş Dəvəçi rayonun) Aygünlü kəndində anadan olub. 1979-cu ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. Təyinatla Sumqayıt Dövlət Musiqili Dram Teatrına göndərilən Ə.Həmidov bu teatrın səhnəsində bir sıra maraqlı rollar oynayıb.
Onun Vəzir ("Lənkəran xanının vəziri" M.F.Axundov), ("Tamahkar" S.S.Axundov), Milis ("Bəxt üzüyü" V.Səmədoğlu), Məlik ("Adamın adamı" Anar), Sərsəri ("Bütün Şərq bilsin" N.Həsənzadə), Dursunəli ("Dursunəli və ballıbadı" S.M.Qənizadə) və s. kimi obrazları tamaşaçı rəğbəti qazanıb.
Ə.Həmidov 1990-cı ildə Akademik Milli Dram Teatrının aktyor heyətinə qəbul edilib. Bu illər ərzində o, Şeytan ("Özümüzü kəsən qılınc" B.Vahabzadə), 1-ci kafir ("Burlaxatun" N.Xəzri), Daşdəmir ("Bu dünyanın adamları" Hidayət), Vanya Koxa ("Hökmdar və qızı" İ.Əfəndiyev), Məşədi Oruc ("Ölülər" C.Məmmədquluzadə), Şou-Zəli ("Hələ "sevirəm" deməmişdilər…" R.Novruz), Dito ("Kaş araba aşmayaydı" O.İoseliani) kimi müxtəlif janrlı obrazlar yaradıb.
Aktyor "Azərbaycanfilm"in istehsal etdiyi bir sıra filmlərdə uğurlu obrazlar yaradıb. "Kişi sözü"ndə Qasım, "Lətifə"də Əhməd, "Hacı Qara"da Kərəməli və başqa rolları onu tamaşaçıların sevimlisinə çevirmişdir. 2007-ci ildə Azərbaycan Televiziyası ilə nümayiş etdirilən "Yoxlama" adlı çoxseriyalı televiziya filmindəki Müfəttiş obrazı sənətçiyə böyük uğur gətirib.
Əjdər Həmidov 2002-ci ildə Əməkdar Artist, 2018-ci ildə Xalq artisti fəxri adına layiq görülüb.
Allah rəhmət eləsin.
Sabah hava necə olacaq? - PROQNOZ
22 yan 2021, 13:48
Uşaq bağçaları hələ açılmayacaq
22 yan 2021, 13:27
Azərbaycanda təhsil haqqı xeyli aşağıdır - Nazir
22 yan 2021, 12:50
Emin Əmrullayevdən xəbərdarlıq: “Qısa müddətdə qapanmalara qayıda bilərik”
22 yan 2021, 12:32
Azərbaycanda təhsillə bağlı qərar verildi - RƏSMİ
22 yan 2021, 12:09
Bakıda polis silahlı şəxslərə qarşı əməliyyat keçirib
22 yan 2021, 11:56
Azərbaycanda sabiq vəzifəli şəxslərin qanunsuz hərəkətləri ifşa edildi - RƏSMİ
22 yan 2021, 11:39
Şuşada yeni yarımstansiya tikilir
22 yan 2021, 11:35
Azərbaycanda buzlaşma olan yolların SİYAHISI
22 yan 2021, 10:55
İşə qəbul olmaq istəyən müəllimlərin NƏZƏRİNƏ
22 yan 2021, 10:38
İtkin düşən zabitimizin şəhid xəbəri gəldi - FOTO
22 yan 2021, 10:18
Ukraynada matəm elan olundu
22 yan 2021, 09:55
2020-ci ildə Bakıda qeydə alınan avtomobil qəzalarında ölənlərin sayı açıqlandı - RƏSMİ
22 yan 2021, 09:52
“Dərs vaxtı”nın bu günə olan cədvəli - FOTO
22 yan 2021, 09:22
Bayden “Britaniya ştammı” ilə əlaqədar əlavə tədbirlərin həyata keçiriləcəyini bildirib
22 yan 2021, 09:04
Şəmkirdə jurnalist şantaja görə öldürüldü - FOTO
21 yan 2021, 23:12
Bakıda ev yandı - YENİLƏNİB
21 yan 2021, 23:03
Erməni deputatlar jurnalistlərin Şuşa sualından qaçdı - VİDEO
21 yan 2021, 22:54
Şoyqu Ermənistanın müdafiə naziri ilə DANIŞDI
21 yan 2021, 18:13
Yoluxanların sayı azaldı
21 yan 2021, 17:58
Yaralı hərbçimiz şəhid oldu - FOTO
21 yan 2021, 17:42
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT
21 yan 2021, 17:20
Məktəbdaxili qiymətləndirmədən narazı olanlar nə etməlidir? - AÇIQLAMA
21 yan 2021, 17:12
Şagirdlərin qış tətili ilə bağlı RƏSMİ AÇIQLAMA
21 yan 2021, 16:54
Füzulinin Dördçinar kəndindən görüntülər - VİDEO
21 yan 2021, 16:38














