22 Noyabr 2020, Bazar
23 noy 2020, 13:18 | Gündəm / İqtisadiyyat
Dövlət büdcəsinə işğaldan azad olunmuş ərazilərin yenidənqurması ilə bağlı düzəlişlər daxil ediləcək - RƏSMİ

 
 

Dövlət büdcəsinə işğaldan azad olunmuş ərazilərin yenidənqurması ilə bağlı düzəlişlər daxil ediləcək - RƏSMİ

 

"Ölkəmizdə elan olunmuş hərbi vəziyyətlə əlaqədar Azərbaycan Respublikasının 2021-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələrinin hələlik Milli Məclisin müzakirəsinə təqdim edilməməsi anlaşılandır”.

Bunu Report-a açıqlamasında Azərbaycan Respublikasının Maliyyə naziri Samir Şərifov deyib.

Ş.Şərifov 2021-ci il üzrə hazırlanmış dövlət büdcəsi layihəsində müəyyən düzəlişlərin ediləcəyini bildirib:

"Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuzun əks-hücum əməliyyatı nəticəsində Ermənistanın məğlub edilməsi və onun təslimiyyət bəyanatını imzalamağa məcbur edilməsi nəticəsində ölkəmizin əzəli torpaqlarının 30 ildən bəri davam edən işğalına son qoyuldu.

İşğaldan azad olunan bütün ərazilərimizdə yenidənqurma işlərinin aparılması, sosial-iqtisadi, enerji, kommunal, nəqliyyat infrastrukturun yaradılması, öz doğma yurdlarına qayıdan vətəndaşlarımızın yaşayışı və işgüzar fəaliyyəti üçün şəraitin təşkil edilməsi ən ümdə prioritet kimi qəbul edilib.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, "tezliklə bütün Qarabağda abadlıq, quruculuq, inkişaf başlayacaq”.

Maliyyə naziri bildirib ki, azad olunan rayonlarda ilk olaraq müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi vacib hesab olunur. Bu isə həmin ərazilərdə Azərbaycan ordusunun, Sərhəd Qoşunlarının, daxili işlər, təhlükəsizlik orqanlarının fəaliyyətinin təmin edilməsini, minatəmizləmə tədbirlərinin təşkil olunmasını ön plana çıxarır.

Qeyd olunan vəzifələrin həyata keçirilməsi ilə bağlı maliyyə təminatının yaradılması 2021-ci il üçün hazırlanmış dövlət büdcəsi layihəsində müvafiq düzəlişlərin edilməsini şərtləndirir.

"Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, işğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələrinin icrasına artıq başlanılıb. Prezidentin sərəncamı ilə Prezidentin Ehtiyat Fondundan Əhmədbəyli-Alxanlı-Füzuli-Şuşa avtomobil yolunun tikilməsinə ayrılmış 50 mln manatın maliyyələşdirilməsinə start verilib”, - S.Şərifov qeyd edib.

Emin Əmrullayevdən xəbərdarlıq: “Qısa müddətdə qapanmalara qayıda bilərik” 22 yan 2021, 12:32 Azərbaycanda təhsillə bağlı qərar verildi - RƏSMİ 22 yan 2021, 12:09 Bakıda polis silahlı şəxslərə qarşı əməliyyat keçirib 22 yan 2021, 11:56 Azərbaycanda sabiq vəzifəli şəxslərin qanunsuz hərəkətləri ifşa edildi - RƏSMİ 22 yan 2021, 11:39 Şuşada yeni yarımstansiya tikilir 22 yan 2021, 11:35 Azərbaycanda buzlaşma olan yolların SİYAHISI 22 yan 2021, 10:55 İşə qəbul olmaq istəyən müəllimlərin NƏZƏRİNƏ 22 yan 2021, 10:38 İtkin düşən zabitimizin şəhid xəbəri gəldi - FOTO 22 yan 2021, 10:18 Ukraynada matəm elan olundu 22 yan 2021, 09:55 2020-ci ildə Bakıda qeydə alınan avtomobil qəzalarında ölənlərin sayı açıqlandı - RƏSMİ 22 yan 2021, 09:52 “Dərs vaxtı”nın bu günə olan cədvəli - FOTO 22 yan 2021, 09:22 Bayden “Britaniya ştammı” ilə əlaqədar əlavə tədbirlərin həyata keçiriləcəyini bildirib 22 yan 2021, 09:04 Şəmkirdə jurnalist şantaja görə öldürüldü - FOTO 21 yan 2021, 23:12 Bakıda ev yandı - YENİLƏNİB 21 yan 2021, 23:03 Erməni deputatlar jurnalistlərin Şuşa sualından qaçdı - VİDEO 21 yan 2021, 22:54 Şoyqu Ermənistanın müdafiə naziri ilə DANIŞDI 21 yan 2021, 18:13 Yoluxanların sayı azaldı 21 yan 2021, 17:58 Yaralı hərbçimiz şəhid oldu - FOTO 21 yan 2021, 17:42 Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT 21 yan 2021, 17:20 Məktəbdaxili qiymətləndirmədən narazı olanlar nə etməlidir? - AÇIQLAMA 21 yan 2021, 17:12 Şagirdlərin qış tətili ilə bağlı RƏSMİ AÇIQLAMA 21 yan 2021, 16:54 Füzulinin Dördçinar kəndindən görüntülər - VİDEO 21 yan 2021, 16:38 Azərbaycanda iki hərbi prokurorluq işçisi işdən çıxarılıb - RƏSMİ 21 yan 2021, 16:20 ƏDV faizlərini geri alanlar üçün ikiqat qazanc! 21 yan 2021, 15:29 Məktəblərin fevralın 1-də açılmasına hazırlıq işləri görülür 21 yan 2021, 15:14