22 Noyabr 2020, Bazar
23 noy 2020, 08:56 | Gündəm / Sosial
Azərbaycanda uşaq, tələbə, pensiyaçı və hamilə qadınlara ŞAD XƏBƏR

Azərbaycanda uşaq, tələbə, pensiyaçı və hamilə qadınlara ŞAD XƏBƏR

 


Azərbaycanda ölkə əhalisinin 45 faizini təşkil edən uşaqlar, tələbələr, pensiyaçılar, sosial müavinət və ünvanlı sosial yardım alan şəxslər, hamilə və sosial məzuniyyətdə olan qadınlar üçün sığortahaqqının dövlət büdcəsi tərəfindən ödənilməsi nəzərdə tutulub. 

Bunu "Xalq qəzeti"nə müsahibəsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib.

O, hazırda İTS-in baza zərfinə 1829 adda tibbi xidmətin daxil olduğunu bildirib: "Bunlardan 480-i ambulator, 677- si stasionar, 18-i ilkin səhiyyə, 6-sı təcili və təxirəsalınmaz tibbi yardım, 23-ü isə fizioterapevtik xidmətlərdir. Baza zərfi həmçinin 459 adda laborator müayinəyə və 166 adda həyati vacib-dəyəri yüksək olan xidmətlərə də təminat verir".

Z.Əliyevin sözlərinə görə, "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən isə icbari tibbi sığortanın xidmətlər zərfi iki hissədən ibarət olacaq: baza və əlavə hissələrdən. Baza hissəyə ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti, əlavə hissəyə isə ixtisaslaşdırılmış tibbi yardım aiddir.

"Baza hissədən Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasında daimi və ya müvəqqəti yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istifadə edə bilərlər. Baza hissədən istifadə pulsuzdur və bu xidmətlər üzrə hər il adambaşına 29 manat dövlət büdcəsi hesabına ödəniləcək. 

Xidmətlər zərfinin əlavə hissəsinə aid olan ixtisaslaşdırılmış tibbi yardımdan istifadə etmək üçün isə icbari tibbi sığortahaqqı ödənilməlidir. Burada bir məqamı qeyd edim ki, ölkə əhalisinin 45 faizini təşkil edən uşaqlar, tələbələr, pensiyaçılar, sosial müavinət və ünvanlı sosial yardım alan şəxslər, hamilə və sosial məzuniyyətdə olan qadınlar (Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq bağlanmış və hüquqi qüvvəyə minmiş əmək müqaviləsi və ya Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq mülki-hüquqi müqavilə əsasında işləmədiyi və sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığı hallarda) üçün sığortahaqqının dövlət büdcəsi tərəfindən ödənilməsi nəzərdə tutulub. Nəzərinizə çatdırım ki, hazırda xidmətlər zərfi üzərində agentlik tərəfindən ciddi işlər həyata keçirilir. Yaxın zamanlarda xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin adları təsdiq olunduqdan sonra ictimaiyyətə açıqlanacaq", - deyə agentlik rəhbəri əlavə edib.

5 şəhər və 12 rayona giriş-çıxışa necə icazə veriləcəyi açıqlandı 16 yan 2021, 20:37 İlham Əliyevlə Ərdoğan arasında telefon danışığı oldu (Yenilənib) 16 yan 2021, 20:34 Azərbaycanda daha 15 nəfər koronavirusdan öldü: 402 yeni yoluxma - FOTO 16 yan 2021, 20:22 Hikmət Hacıyev Respublika Veteranlar Təşkilatının Rəyasət Heyətinin iclasında iştirak edib - FOTO 16 yan 2021, 20:07 Azərbaycanın ən çox ixrac etdiyi ərzaq məhsulları 16 yan 2021, 19:57 Bayram Səfərov: “Sosial şəbəkə istifadəçiləri kordur, mən neyləyim?” 16 yan 2021, 19:48 İlham Əliyev Ərdoğanla telefonla danışdı 16 yan 2021, 18:20 Mədəniyyət paytaxtımız Şuşanın Azərbaycan üçün hansı zirvədə olması bütün dünyaya bir daha sübut olundu 16 yan 2021, 17:00 İlham Əliyevdən “Azərlotereya” ilə bağlı SƏRƏNCAM 16 yan 2021, 16:18 Şəhərlər və rayonlararası sərnişindaşımaların fəaliyyəti bərpa olunur? - AÇIQLAMA 16 yan 2021, 16:02 Şəhid ailələrinə veriləcək evlərlə bağlı nazirdən AÇIQLAMA 16 yan 2021, 15:38 Məhkəmələrdə işlərin təxirəsalınma müddəti uzadıldı - RƏSMİ 16 yan 2021, 14:42 “Vüqar Səfərli işi” daha kimlərin həbsinə apara bilər? 16 yan 2021, 14:23 Baş nazirdən Azərbaycanda sərt karantin rejimi ilə bağlı QƏRAR 16 yan 2021, 13:58 Bakıda qar yağacaq, çovğun olacaq, yollar buz bağlayacaq 16 yan 2021, 13:28 Cavad Zərif: “Trampsız dünya daha gözəl olacaq” 16 yan 2021, 13:03 Açıq havada maska taxmaq qüvvədə qaldı 16 yan 2021, 12:41 Məktəblərlə bağlı qərar nə vaxt veriləcək? - AÇIQLAMA 16 yan 2021, 12:14 Metro bağlı olacaq 16 yan 2021, 11:45 “Mall”ların fəaliyyətinə icazə verilməyəcək 16 yan 2021, 11:32 Restoranların fəaliyyəti bərpa edilir - RƏSMİ 16 yan 2021, 11:21 Salonlar açılır 16 yan 2021, 11:12 Ölkədə karantin rejimi uzadıldı - RƏSMİ 16 yan 2021, 11:01 Azərbaycanda SMS-icazə ləğv edilir - RƏSMİ 16 yan 2021, 10:53 Azərbaycanda sərt karantin rejimi yumşaldılır - RƏSMİ 16 yan 2021, 10:45