22 Noyabr 2020, Bazar
21 noy 2020, 18:54 | Gündəm / Siyasət
Prezident: “Ermənistan əcnəbi muzdlulardan fəal istifadə edirdi”

 
 Prezident: “Ermənistan əcnəbi muzdlulardan fəal istifadə edirdi”

"Qırx dörd günlük silahlı mübarizədən, silahlı əməliyyatlardan sonra sənəd imzalandı. Mən həmin sənədi çox mühüm siyasi sənəd hesab edirəm, o, mahiyyət etibarilə çoxillik qarşıdurmaya nöqtə qoyur. Sizə, həmçinin Rusiyanın rəhbərliyinə, Prezident Vladimir Vladimiroviç Putinə bu mühüm siyasi sənədin hazırlanmasında və qəbul edilməsində şəxsən fəal iştirak etdiyinə görə təşəkkürümü bildirmək istərdim”.

Bunu Prezident İlham Əliyev bu gün Rusiyanın Müdafiə naziri Sergey Şoyqunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edən zaman deyib.

"Təəssüf ki, hərbi əməliyyatlar dövründə Ermənistan tərəfi müharibə aparılmasının bütün normalarını, habelə humanitar normaları kobud şəkildə pozub. Bizim şəhərlərimiz və kəndlərimiz hər gün bombardmana məruz qalırdı.

 

Nəticədə aralarında uşaqların və qadınların da olduğu 94 dinc Azərbaycan sakini həlak olub, 400-dən çox adam yaralanıb, 3 mindən çox ev yararsız vəziyyətə düşüb, yaxud tamamilə məhv edilib. Hərbi əməliyyatlar zonasının yaxınlığında yerləşən şəhərlər praktiki olaraq hər gün atəşlərə, minaatan və artilleriya atəşlərinə məruz qalırdı, dinc əhalinin məhv edilməsi üçün Gəncə, Mingəçevir, Bərdə və digər şəhərlərə ballistik raketlərlə məqsədyönlü şəkildə hücum edilirdi. Biz bütün bu hərbi cinayətləri – ballistik raketlərdən, kasetli və fosforlu döyüş sursatlarından istifadə edilməsini sənədləşdirmişik və Azərbaycan tərəfinin görəcəyi sonrakı hüquqi tədbirlərlə əlaqədar müvafiq tapşırıqlar vermişik.

Ermənistan əcnəbi muzdlulardan fəal istifadə edirdi. Bizdə çoxsaylı fotosənədlər və videosənədlər var, əcnəbi vətəndaşların, o cümlədən Fransa, ABŞ, Livan, Kanada, Gürcüstan və başqa ölkələrin vətəndaşlarının pasportları var. Bu vətəndaşların bir qismi erməni mənşəlidir, digərləri belə deyil. Lakin bu, məsələnin mahiyyətini dəyişmir, ona görə ki, Ermənistan tərəfində əcnəbi muzdluların iştirak etməsi, əlbəttə, yolverilməzdir.

Bütün bunlara baxmayaraq, hərbi əməliyyatların nəticəsi hamıya məlumdur. Azərbaycan Ordusu parlaq hərbi qələbə qazandı və beləliklə biz siyasi nizamlama müstəvisinə keçdik. Dünən Azərbaycan Ordusu Ağdam şəhərinə, Ağdam rayonunun işğal altındakı qalan hissəsinə daxil oldu. Beləliklə, Bəyanatın bəndləri yerinə yetirilir”, - deyə prezident bildirib.



Ümumtəhsil məktəbi ibtidai, ümumi orta və tam orta məktəb formasında ayrı-ayrılıqda da təşkil oluna bilər 25 noy 2020, 22:22 Maradona öldü 25 noy 2020, 22:18 Bayramov Cavad Zəriflə danışdı 25 noy 2020, 22:14 Qurbanov "Sivasspor"la matçdan danışdı: Çətin olacaq... 25 noy 2020, 22:10 İlham Əliyev 2 fərman imzaladı 25 noy 2020, 22:06 Azərbaycanda son sutkada 3469 nəfər COVID-19-a yoluxub - FOTO 25 noy 2020, 19:00 Ermənistanda Naxçıvan-Azərbaycan dəmir yolunun tikintisinə hazırlıq gedir 25 noy 2020, 18:22 Ağdam, Füzuli və Xankəndi hava limanları Azərbaycan aeroportları kimi beynəlxalq reyestrə daxil edilir - RƏSMİ 25 noy 2020, 17:55 Ağdamdan köçən erməni qız: Azərbaycanlı zabit buradakı ermənilərdən daha yaxşı çıxdı 25 noy 2020, 17:23 Abşeronda və Bakının rayonlarında su olmayacaq 25 noy 2020, 16:58 Kəlbəcərlilərin Ərdoğan sevgisi Türkiyə mediasında - VİDEO 25 noy 2020, 16:41 Ordumuzun Kəlbəcərə daxil olmasının növbəti görüntüləri - VİDEO 25 noy 2020, 16:39 Ərdoğan Kəlbəcərin azad olunması barədə: “Hamı bölgədəki yeni reallığa uyğun davranmalıdır” 25 noy 2020, 14:16 Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi - FOTO 25 noy 2020, 13:47 Dövlət başçısı ermənilərin əsgərlərimizdən kömək istəməsindən danışdı 25 noy 2020, 13:31 Prezident: “Naxçıvana gedən dəmir yolunun bərpası ilə əlaqədar artıq ilkin göstərişlər verilib” 25 noy 2020, 13:02 İlham Əliyev: “Tapşırıq vermişəm ki, Kəlbəcərin yenidən qurulması ilə əlaqədar baş plan hazırlansın” 25 noy 2020, 12:36 Prezident Azərbaycan xalqını təbrik etdi 25 noy 2020, 12:24 İlham Əliyev xalqa müraciət edir - CANLI YAYIM 25 noy 2020, 12:16 Azərbaycan ordusunun Kəlbəcərə ayaq basan ilk hərbçiləri - VİDEO 25 noy 2020, 12:04 Prezident İlham Əliyev xalqa müraciət edəcək 25 noy 2020, 11:47 Generalın oğlu Paşinyana “eşşək” dedi 25 noy 2020, 11:15 Türkiyə səfirliyindən Azərbaycana təbrik - FOTO 25 noy 2020, 10:49 Təhsil nazirindən əmr: Şuranın yeni tərkibi təsdiqləndi 25 noy 2020, 10:16 Ermənilər Laçın yolu ilə gedib-gəlməyə qorxur - “Azərbaycan ordusu 2-2,5 km-likdədir...” 25 noy 2020, 09:56