22 Noyabr 2020, Bazar
21 noy 2020, 13:53 | Gündəm / İqtisadiyyat
Mərkəzi Bank: Valyuta bazarında əməliyyatların həcminin azalması müşahidə edilib

 Mərkəzi Bank: Valyuta bazarında əməliyyatların həcminin azalması müşahidə edilib

2020-ci ilin yanvar-sentyabr aylarında manatın xarici valyutalara nəzərən məzənnəsi valyuta bazarında tələb-təklif nisbətinə uyğun olaraq formalaşıb.

Bu barədə Mərkəzi Bankın "Pul Siyasəti İcmalı” ilə bağlı hesabatında məlumat verilib.

Hesabatda bildirilib ki, xarici mühitdə baş verən proseslərin neqativ təsirlərinə baxmayaraq hökumətin və Mərkəzi Bankın birgə həyata keçirdikləri qabaqlayıcı tədbirlər nəticəsində valyuta bazarında stabillik qorunub.

 

Hesabat dövründə valyuta bazarında əməliyyatların həcminin azalması müşahidə edilib ki, bu da pandemiya ilə əlaqədar olaraq xarici iqtisadi əməliyyatların zəifləməsi ilə bağlı olub.

Dövr ərzində nağdsız valyuta bazarında aparılmış əməliyyatların həcmi ötən ilin müvafiq dövrünə nəzərən 4,1 faiz azalaraq 18,7 milyard ABŞ dollar ekvivalentində olub.

Nağdsız valyuta əməliyyatlarının 86,7 faizi ABŞ dollarında, 13,3 faizi isə digər valyutalarda aparılıb.

Valyuta əməliyyatlarının 36,2 faizi banklararası valyuta bazarında (BVB), 63,8 faizi isə bankdaxili valyuta bazarında (BDVB) həyata keçirilib.

Dövr ərzində BVB-də əməliyyatların 99,3 faizi ABŞ dollarında, 0,5 faizi avroda, 0,2 faizi isə digər valyutalarda aparılıb. BVB-də valyuta əməliyyatları üzrə dövriyyə əsasən "Bloomberg” platformasında aparılan əməliyyatlar hesabına formalaşıb.

BDVB-də valyuta əməliyyatlarının həcmi 11,2 milyard dollar ekvivalentində olub ki, bunun da 79,4 faizini ABŞ dolları ilə əməliyyatlar təşkil edib. Valyuta əməliyyatlarının 93,6 faizi hüquqi şəxslərlə aparılan valyuta əməliyyatlarının payına düşüb.


Ümumtəhsil məktəbi ibtidai, ümumi orta və tam orta məktəb formasında ayrı-ayrılıqda da təşkil oluna bilər 25 noy 2020, 22:22 Maradona öldü 25 noy 2020, 22:18 Bayramov Cavad Zəriflə danışdı 25 noy 2020, 22:14 Qurbanov "Sivasspor"la matçdan danışdı: Çətin olacaq... 25 noy 2020, 22:10 İlham Əliyev 2 fərman imzaladı 25 noy 2020, 22:06 Azərbaycanda son sutkada 3469 nəfər COVID-19-a yoluxub - FOTO 25 noy 2020, 19:00 Ermənistanda Naxçıvan-Azərbaycan dəmir yolunun tikintisinə hazırlıq gedir 25 noy 2020, 18:22 Ağdam, Füzuli və Xankəndi hava limanları Azərbaycan aeroportları kimi beynəlxalq reyestrə daxil edilir - RƏSMİ 25 noy 2020, 17:55 Ağdamdan köçən erməni qız: Azərbaycanlı zabit buradakı ermənilərdən daha yaxşı çıxdı 25 noy 2020, 17:23 Abşeronda və Bakının rayonlarında su olmayacaq 25 noy 2020, 16:58 Kəlbəcərlilərin Ərdoğan sevgisi Türkiyə mediasında - VİDEO 25 noy 2020, 16:41 Ordumuzun Kəlbəcərə daxil olmasının növbəti görüntüləri - VİDEO 25 noy 2020, 16:39 Ərdoğan Kəlbəcərin azad olunması barədə: “Hamı bölgədəki yeni reallığa uyğun davranmalıdır” 25 noy 2020, 14:16 Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi - FOTO 25 noy 2020, 13:47 Dövlət başçısı ermənilərin əsgərlərimizdən kömək istəməsindən danışdı 25 noy 2020, 13:31 Prezident: “Naxçıvana gedən dəmir yolunun bərpası ilə əlaqədar artıq ilkin göstərişlər verilib” 25 noy 2020, 13:02 İlham Əliyev: “Tapşırıq vermişəm ki, Kəlbəcərin yenidən qurulması ilə əlaqədar baş plan hazırlansın” 25 noy 2020, 12:36 Prezident Azərbaycan xalqını təbrik etdi 25 noy 2020, 12:24 İlham Əliyev xalqa müraciət edir - CANLI YAYIM 25 noy 2020, 12:16 Azərbaycan ordusunun Kəlbəcərə ayaq basan ilk hərbçiləri - VİDEO 25 noy 2020, 12:04 Prezident İlham Əliyev xalqa müraciət edəcək 25 noy 2020, 11:47 Generalın oğlu Paşinyana “eşşək” dedi 25 noy 2020, 11:15 Türkiyə səfirliyindən Azərbaycana təbrik - FOTO 25 noy 2020, 10:49 Təhsil nazirindən əmr: Şuranın yeni tərkibi təsdiqləndi 25 noy 2020, 10:16 Ermənilər Laçın yolu ilə gedib-gəlməyə qorxur - “Azərbaycan ordusu 2-2,5 km-likdədir...” 25 noy 2020, 09:56