22 Noyabr 2020, Bazar
20 noy 2020, 22:53 | Gündəm / Siyasət
Qanunda açıq qalan məsələ ilə bağlı dəyişiklik edildi - QƏRAR

 
 

Qanunda açıq qalan məsələ ilə bağlı dəyişiklik edildi - QƏRAR

 

"Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Qərara dəyişiklik edilib.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu barədə qərar qəbul edib.

Qərara əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir.

 

Lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında ödəmə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına yalnız məhkəmənin qərarı əsasında həyata keçirilir.

Belə ki, məhkəməyədək icraat zamanı və ya işin məhkəməyə təqdim edilmədən yekunlaşdığı (xitam verildiyi) hallarda vəkilin dövlət hesabına göstərdiyi hüquqi yardım haqqının hansı formada müəyyən edilməsi məsələsi açıq qalır.

Vəkili cinayət prosesinə müdafiəçi qismində cəlb edən müvafiq cinayət prosesini həyata keçirən orqanın qərarı əsasında da haqqın vəkilə ödənilməsini nəzərdə tutan normanın müəyyən edilməsinə zərurət vardır.

Qeyd olunan problemin aradan qaldırılması məqsədilə, eyni zamanda Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə uyğun olaraq, "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilib.

Dəyişikliyə əsasən, müdafiəçini işə cəlb edən orqanın qərarı əsasında ona fəaliyyətinə görə ödəniş olunacaq.  



Polkovnik şəhid oldu 23 noy 2020, 19:55 Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Ağdama səfər ediblər - VİDEO 23 noy 2020, 18:44 Koronavirusa yoluxan deputatların adları açıqlandı - SİYAHI 23 noy 2020, 18:40 Qubanın icra başçısına yeni birinci müavin təyin olundu 23 noy 2020, 17:43 Azərbaycanda daha 29 nəfər koronavirusdan öldü: 2187 yeni yoluxma - FOTO 23 noy 2020, 17:26 Küçədə siqaret çəkənlər cərimələnəcək - RƏSMİ + YENİLƏNİB 23 noy 2020, 17:06 Minlərlə məhkum vaxtından əvvəl həbsdən azad edildi - VİDEO 23 noy 2020, 16:27 “Elektron ipoteka və kredit zəmanət” haqqında Əsasnaməyə dəyişiklik edilib 23 noy 2020, 16:05 Ermənilərin əsir götürdüyü Aminlə bağlı dayısından AÇIQLAMA 23 noy 2020, 15:51 Sabahın hava proqnozu 23 noy 2020, 13:46 Dövlət büdcəsinə işğaldan azad olunmuş ərazilərin yenidənqurması ilə bağlı düzəlişlər daxil ediləcək - RƏSMİ 23 noy 2020, 13:18 Vətən Müharibəsi şəhidinin yarımçıq qalan evini nazirlik tikəcək - FOTO 23 noy 2020, 12:48 Azərbaycanlı əsirlərlə bağlı komitədən AÇIQLAMA 23 noy 2020, 12:21 Bakıda sürücülərə xəbərdarlıq edildi 23 noy 2020, 11:58 “Kontakt Home”da “Black Friday” endirimləri erkən başlayacaq – 60 faizədək ENDİRİM 23 noy 2020, 11:34 Sabah Milli Məclis toplanır 23 noy 2020, 11:01 Bakıda yük maşını aşdı, tıxac yarandı - FOTO 23 noy 2020, 10:42 Bakıda fəhlə faciəli şəkildə öldü 23 noy 2020, 10:16 Üzeyir Hacıbəyovun anım günüdür 23 noy 2020, 09:58 Neft yenidən bahalaşdı 23 noy 2020, 09:29 Üçüncü dalğa 23 noy 2020, 09:06 Azərbaycanda uşaq, tələbə, pensiyaçı və hamilə qadınlara ŞAD XƏBƏR 23 noy 2020, 08:56 “Milan” Neapolda da qalib gəldi - VİDEO 23 noy 2020, 08:33 Şəmkirdə kişi tanışı tərəfindən bıçaqlandı 23 noy 2020, 08:12 "Şəhidlər Ölməz, Vətən Bölünməz"adlı layihənin təqdimatı keçirildi. 22 noy 2020, 17:55