22 Noyabr 2020, Bazar
20 noy 2020, 17:01 | Gündəm
Sahibə Qafarova: “Şuşanı, Ağdamı, Laçını, Kəlbəcəri tamamilə bərpa edəcəyik”

 
 

 

Sahibə Qafarova: “Şuşanı, Ağdamı, Laçını, Kəlbəcəri tamamilə bərpa edəcəyik”

 

 

"Əminəm ki, biz tezliklə, Şuşanı, Ağdamı, Laçını, Kəlbəcəri, işğalçılar tərəfindən dağıdılmış digər şəhərlərimizi, yaşayış yerlərimizi yenidən qurub yaradacağıq, tamamilə bərpa edəcəyik!”

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumatına görə bunu Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı spiker Sahibə Qafarova qeyd edib.

Spiker bildirib ki, noyabrın 10-da Azərbaycan Respublikasının Prezidentinin, Ermənistan Respublikasının baş nazirinin və Rusiya Federasiyasının Prezidentinin imzaladığı birgə Bəyanatla Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyub. Milli Məclisin sədri vurğulayıb ki, hazırda bu bəyanatın şərtləri yerinə yetirilməkdədir və bu gün bəyanata uyğun olaraq, Azərbaycan ordusunun bölmələri Ağdam rayonuna daxil olublar. Sahibə Qafarova bu münasibətlə təbriklərini ifadə edib.

 

Spiker deyib ki, noyabrın 10-da imzalanan bəyanat bütün regional ölkələr və bir çox dövlətlər tərəfindən dəstəklənib və alqışlanıb. Lakin çox təəssüflər olsun ki, bu bəyanatdan narahat olan qüvvələr də var və onlar prosesin müsbət məcrada davam etməsinə maneçilik törətmək istəyirlər. Bu qüvvələr sırasında Fransanın bəzi siyasi dairələri də var və bu münaqişəyə münasibətdə onların ortaya qoyduğu mövqe heç də qəbuledilən deyil.

Fransa rəhbərliyinin qeyri-obyektiv mövqe sərgilədiyini söyləyən sədr Sahibə Qafarova qeyd edib ki, bu ölkədəki siyasi dairələr ölkəmizin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində öz torpaqlarını işğaldan azad etməsinə münasibətdə düşünürəm ki, qərəzli yanaşma ortaya qoyub:

"Bir müddət öncə isə Fransa Senatında təmsil olunan beş ən böyük siyasi fraksiyanın liderləri tərəfindən Senatda Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərində yaradılmış qeyri-qanuni rejimin tanınması məqsədilə qətnamə layihəsi irəli sürülüb. Bundan öncə cari ilin oktyabr ayında Fransa Parlamentinin aşağı Palatasında bənzər qətnamə irəli sürülüb. Hətta bəzi fransız parlamentarilər hərbi əməliyyatların aktiv mərhələsində qanunsuz olaraq Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edib, cinayətkar xunta rejimi ilə həmrəylik nümayiş etdirib”.

Spiker sadalanan faktlara istinad edərək bildirib ki, Fransanın siyasi rəhbərliyi ATƏT-in Minsk qrupunun həmsədri kimi vasitəçilik prinsiplərini pozaraq açıq şəkildə qərəzli mövqe ortaya qoyub. Belə anlaşılır ki, bu ölkənin bəzi siyasi dairələri tərəfindən atılan addımlar və hərəkətlər Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı yönəlib:

"Hesab edirəm ki, bu addımlar Fransanın beynəlxalq hüquq, BMT Nizamnaməsi və ATƏT-in Helsinki Yekun Aktına uyğun müəyyən edilmiş öhdəlikləri ilə də ziddiyyət təşkil edir və Fransanın neytrallığına, ATƏT-in Minsk qrupunun üzvü kimi münaqişənin həllinə vasitəçilik mandatına kölgə salır”.

Sədrin sözlərinə görə, vasitəçi mandatı beynəlxalq hüquqla müəyyənləşdirilmiş prinsiplərə söykənməli, məsuliyyətli və etibarlı davranışlarla müşayiət olunmalıdır. Vasitəçilər ölkələrin suverenliyinə hörmətlə yanaşmalı, qərəzsiz, obyektiv və ədalətli olmalıdırlar. Bu məsələlər beynəlxalq hüquqi sənədlərdə də aydın şəkildə əks olunub.

"Hesab edirəm ki, Azərbaycan-Fransa Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri bu məsələyə diqqət yetirməlidirlər”, - deyə Sahibə Qafarova bildirib.

Daha sonra Milli Məclisin sədri Sahibə Qafarovanın təşəbbüsü ilə ilk dəfə olaraq parlamentin iclas zalında Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xalqa müraciəti yayımlanıb.

Qeyd edək ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xalqa müraciəti Milli Məclisin iclasında canlı yayımlanıb.



Ağdamın Gülablı kəndindəki keçmiş orta məktəbdə Azərbaycan bayrağı qaldırılıb - FOTO/VİDEO 23 noy 2020, 20:44 Azərbaycan ordusu şəhid verdi: bir sülhməramlı, dörd erməni hərbçi yaralandı 23 noy 2020, 20:30 Biz çox xoşbəxt xalqıq ki, sizin kimi əvəzolunmaz liderimiz var – Ali Baş Komandana Müraciətlər 23 noy 2020, 20:13 Polkovnik şəhid oldu 23 noy 2020, 19:55 Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Ağdama səfər ediblər - VİDEO 23 noy 2020, 18:44 Koronavirusa yoluxan deputatların adları açıqlandı - SİYAHI 23 noy 2020, 18:40 Qubanın icra başçısına yeni birinci müavin təyin olundu 23 noy 2020, 17:43 Azərbaycanda daha 29 nəfər koronavirusdan öldü: 2187 yeni yoluxma - FOTO 23 noy 2020, 17:26 Küçədə siqaret çəkənlər cərimələnəcək - RƏSMİ + YENİLƏNİB 23 noy 2020, 17:06 Minlərlə məhkum vaxtından əvvəl həbsdən azad edildi - VİDEO 23 noy 2020, 16:27 “Elektron ipoteka və kredit zəmanət” haqqında Əsasnaməyə dəyişiklik edilib 23 noy 2020, 16:05 Ermənilərin əsir götürdüyü Aminlə bağlı dayısından AÇIQLAMA 23 noy 2020, 15:51 Sabahın hava proqnozu 23 noy 2020, 13:46 Dövlət büdcəsinə işğaldan azad olunmuş ərazilərin yenidənqurması ilə bağlı düzəlişlər daxil ediləcək - RƏSMİ 23 noy 2020, 13:18 Vətən Müharibəsi şəhidinin yarımçıq qalan evini nazirlik tikəcək - FOTO 23 noy 2020, 12:48 Azərbaycanlı əsirlərlə bağlı komitədən AÇIQLAMA 23 noy 2020, 12:21 Bakıda sürücülərə xəbərdarlıq edildi 23 noy 2020, 11:58 “Kontakt Home”da “Black Friday” endirimləri erkən başlayacaq – 60 faizədək ENDİRİM 23 noy 2020, 11:34 Sabah Milli Məclis toplanır 23 noy 2020, 11:01 Bakıda yük maşını aşdı, tıxac yarandı - FOTO 23 noy 2020, 10:42 Bakıda fəhlə faciəli şəkildə öldü 23 noy 2020, 10:16 Üzeyir Hacıbəyovun anım günüdür 23 noy 2020, 09:58 Neft yenidən bahalaşdı 23 noy 2020, 09:29 Üçüncü dalğa 23 noy 2020, 09:06 Azərbaycanda uşaq, tələbə, pensiyaçı və hamilə qadınlara ŞAD XƏBƏR 23 noy 2020, 08:56