22 Noyabr 2020, Bazar
20 noy 2020, 12:48 | Gündəm / Siyasət
"Azərbaycana xor gözlə baxan, bizi qaralamağa çalışan, haradasan Avropa Şurası, niyə susursan?" - Dövlət başçısı

 
 

"Azərbaycana xor gözlə baxan, bizi qaralamağa çalışan, haradasan Avropa Şurası, niyə susursan?" - Dövlət başçısı

 

"Biz isə bundan sonra inkişaf yolumuzla daha sürətlə gedəcəyik. Biz döyüş meydanında istədiyimizə nail olduq. Əsgər və zabitlərimiz öz gücünü göstərdi. Biz siyasi müstəvidə gücümüzü göstərdik və üçtərəfli Bəyanat bizim maraqlarımıza tam cavab verir. Məhz buna görə bu Bəyanat dünyanın gözü qarşısında imzalandı, Rusiya Prezidenti və mən. Amma Ermənistanın baş naziri bunu harada imzalayıb onu hələ ki, yəqin etmək mümkün deyil. Amma o qədər də önəmli deyil. Hansısa anbarda, ya qapalı bir yerdə, ya yaşadığı bunkerdə, fərqi yoxdur. Onun imzası orada var. O, əslində, kapitulyasiya aktıdır. Bu, Azərbaycanın Qələbəsidir, torpaqlarımızın qayıtmasıdır, bayrağımızın ucaldılmasıdır. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut, Suqovuşan, Murov dağı, Şuşa döyüş meydanında işğalçılardan azad edilib, o cümlədən Laçın rayonunun bir neçə kəndi, Kəlbəcər rayonunun bir hissəsi. Bu, şərtləndirib bizim qələbəmizi".

Bunu Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Ağdam rayonunun işğaldan azad olunması münasibətilə xalqa müraciətində deyib.

Dövlət başçısı bildirib ki, bizim qələbəmiz artıq Ermənistanda böyük problemlər yaratdı: "Amma baxın beynəlxalq təşkilatların buna reaksiyası nədir? Varmı reaksiya? Yoxdur. Ermənistanda gündə hansısa müxalifət lideri həbs olunur, özü də tamamilə əsassız. Bir Qərb ölkəsi buna reaksiya veribmi? Yox. Bunu qınayıbmı? Yox. Əsas müxalifət partiyalarının rəhbərləri həbs olunub. Bir nəfər də söz demir. Avropa Şurası haradasan? Azərbaycana xor gözlə baxan, bizi qaralamağa çalışan, haradasan Avropa Şurası, niyə susursan? Yaxud da ki, monitorinq komitəsi. Orada bizim Azərbaycan üzrə bir neçə məruzəçi təyin ediblər. Ermənistan monitorinq altında olmalıdır. Niyə susursan Avropa Şurası? Hanı sənin rəhbərlərin, hanı sənin monitorinq komitən, siyasi komitən. Görmürsünüz ki, Ermənistanda repressiya baş alıb gedir? Görmürsünüz ki, diktator at oynadır? Özü də məğlub edilmiş diktator, rəzil vəziyyətdə olan diktator. Bəs, niyə səsinizi çıxarmırsınız? Bəs, hanı sizin demokratiyanız, insan haqlarınız? Cavab var? Yoxdur. Olmayacaq. Mənim sözlərimdən sonra bax, görərsiniz, olmayacaq. Ört-basdır edəcək, ört-basdır. Avropa Parlamenti Azərbaycana qarşı 10-dan çox eybəcər, yalan üzərində qurulmuş qətnamə qəbul edib. Niyə susursan Avropa Parlamenti? Özünü guya dünyanın demokratiya mərkəzi sayırsan. Bir səs çıxar, açıqlama ver, bəyanat ver, qına bunu. Dünyanın gözü qarşısında diktator bütün müxalifəti məhv edir. Bir adamı öldürüb. O parlamenti zəbt edənlər arasında bir nəfər artıq ölü tapılıb. Nə üçün səs qaldırmırsınız? Niyə? Müntəzəm olaraq bizə qarşı çirkin kampaniya aparan qeyri-hökumət təşkilatları, niyə susursunuz, niyə söz demirsiniz? Yaxşı, ballistik raketlə bizi vurdu susdunuz, kasetli bombalarla, fosforlu bombalarla bizi vurdu susdunuz. Böyük ölkələr, özlərindən Avropanın lideri düzəldən ölkələr, siz niyə susursunuz? Deyin, cavab verin. Yoxsa, yerindən duran burada bizə mız qoymaq istəyir, sataşmaq istəyir. Hamısının cavabını verirəm, hamısının, artıqlaması ilə".


Ağdamın Gülablı kəndindəki keçmiş orta məktəbdə Azərbaycan bayrağı qaldırılıb - FOTO/VİDEO 23 noy 2020, 20:44 Azərbaycan ordusu şəhid verdi: bir sülhməramlı, dörd erməni hərbçi yaralandı 23 noy 2020, 20:30 Biz çox xoşbəxt xalqıq ki, sizin kimi əvəzolunmaz liderimiz var – Ali Baş Komandana Müraciətlər 23 noy 2020, 20:13 Polkovnik şəhid oldu 23 noy 2020, 19:55 Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Ağdama səfər ediblər - VİDEO 23 noy 2020, 18:44 Koronavirusa yoluxan deputatların adları açıqlandı - SİYAHI 23 noy 2020, 18:40 Qubanın icra başçısına yeni birinci müavin təyin olundu 23 noy 2020, 17:43 Azərbaycanda daha 29 nəfər koronavirusdan öldü: 2187 yeni yoluxma - FOTO 23 noy 2020, 17:26 Küçədə siqaret çəkənlər cərimələnəcək - RƏSMİ + YENİLƏNİB 23 noy 2020, 17:06 Minlərlə məhkum vaxtından əvvəl həbsdən azad edildi - VİDEO 23 noy 2020, 16:27 “Elektron ipoteka və kredit zəmanət” haqqında Əsasnaməyə dəyişiklik edilib 23 noy 2020, 16:05 Ermənilərin əsir götürdüyü Aminlə bağlı dayısından AÇIQLAMA 23 noy 2020, 15:51 Sabahın hava proqnozu 23 noy 2020, 13:46 Dövlət büdcəsinə işğaldan azad olunmuş ərazilərin yenidənqurması ilə bağlı düzəlişlər daxil ediləcək - RƏSMİ 23 noy 2020, 13:18 Vətən Müharibəsi şəhidinin yarımçıq qalan evini nazirlik tikəcək - FOTO 23 noy 2020, 12:48 Azərbaycanlı əsirlərlə bağlı komitədən AÇIQLAMA 23 noy 2020, 12:21 Bakıda sürücülərə xəbərdarlıq edildi 23 noy 2020, 11:58 “Kontakt Home”da “Black Friday” endirimləri erkən başlayacaq – 60 faizədək ENDİRİM 23 noy 2020, 11:34 Sabah Milli Məclis toplanır 23 noy 2020, 11:01 Bakıda yük maşını aşdı, tıxac yarandı - FOTO 23 noy 2020, 10:42 Bakıda fəhlə faciəli şəkildə öldü 23 noy 2020, 10:16 Üzeyir Hacıbəyovun anım günüdür 23 noy 2020, 09:58 Neft yenidən bahalaşdı 23 noy 2020, 09:29 Üçüncü dalğa 23 noy 2020, 09:06 Azərbaycanda uşaq, tələbə, pensiyaçı və hamilə qadınlara ŞAD XƏBƏR 23 noy 2020, 08:56