22 Noyabr 2020, Bazar
20 noy 2020, 12:33 | Gündəm / Siyasət
Ağdam-Xankəndi-Şuşa avtomobil yolu da müəyyən müddətdən sonra açılacaq - İlham Əliyev

 

Ağdam-Xankəndi-Şuşa avtomobil yolu da müəyyən müddətdən sonra açılacaq - İlham Əliyev

 


Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatda göstərilir ki, bütün kommunikasiyalar açılacaq, o cümlədən hesab edirəm ki, Ağdam-Xankəndi-Şuşa avtomobil yolu da müəyyən müddətdən sonra açılacaqdır.

Bunu Prezident İlham Əliyev xalqa müraciətdində deyib.

Dövlət başçısı bildirib:

"Bizim bərpa işlərimiz artıq başlanıb. Füzulidə olarkən Füzulidən Şuşaya yeni yolun çəkilişi ilə bağlı bütün müvafiq göstərişlər verilib, Prezidentin ehtiyat fondundan vəsait ayrılıb, ilkin olaraq 50 milyon manat. Ancaq bu vəsait kifayət etməyəcək. Gələn il əlavə vəsait ayrılacaq. Mənim göstərişimlə Əhmədbəyli-Alxanlı-Füzuli-Şuşa yolu bir neçə hissəyə bölünüb. Göstəriş vermişəm, bir neçə şirkət cəlb edilsin ki, biz vaxt itirmədən və qısa müddət ərzində bu yolu çəkək. Çünki Azərbaycan vətəndaşları bilirlər ki, əvvəllər Şuşaya gedən yol Ağdam-Xankəndi yolu idi, indi isə hələlik bu yoldan istifadə etmək mümkün deyil. Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatda göstərilir ki, bütün kommunikasiyalar açılacaq, o cümlədən hesab edirəm ki, Ağdam-Xankəndi-Şuşa avtomobil yolu da müəyyən müddətdən sonra açılacaqdır. Hesab edirəm ki, kommunikasiyaların açılması, eyni zamanda, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsini birləşdirən yollar və kommunikasiyalar gələcəkdə bölgədə uzunmüddətli sülhə də öz töhfəsini verəcəkdir.

Bu işlər planlı şəkildə öz həllini tapacaq. Biz artıq birinci böyük layihəyə start verdik. Eyni qayda ilə biz Ağdam şəhərini və onun bütün infrastrukturunu bərpa etmək üçün ardıcıl addımlar atacağıq. Ağdamlılar və işğaldan azad edilmiş bütün başqa rayonların sakinləri əmin ola bilərlər ki, Azərbaycan dövləti hər zaman onların yanında olacaqdır".

Polkovnik şəhid oldu 23 noy 2020, 19:55 Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Ağdama səfər ediblər - VİDEO 23 noy 2020, 18:44 Koronavirusa yoluxan deputatların adları açıqlandı - SİYAHI 23 noy 2020, 18:40 Qubanın icra başçısına yeni birinci müavin təyin olundu 23 noy 2020, 17:43 Azərbaycanda daha 29 nəfər koronavirusdan öldü: 2187 yeni yoluxma - FOTO 23 noy 2020, 17:26 Küçədə siqaret çəkənlər cərimələnəcək - RƏSMİ + YENİLƏNİB 23 noy 2020, 17:06 Minlərlə məhkum vaxtından əvvəl həbsdən azad edildi - VİDEO 23 noy 2020, 16:27 “Elektron ipoteka və kredit zəmanət” haqqında Əsasnaməyə dəyişiklik edilib 23 noy 2020, 16:05 Ermənilərin əsir götürdüyü Aminlə bağlı dayısından AÇIQLAMA 23 noy 2020, 15:51 Sabahın hava proqnozu 23 noy 2020, 13:46 Dövlət büdcəsinə işğaldan azad olunmuş ərazilərin yenidənqurması ilə bağlı düzəlişlər daxil ediləcək - RƏSMİ 23 noy 2020, 13:18 Vətən Müharibəsi şəhidinin yarımçıq qalan evini nazirlik tikəcək - FOTO 23 noy 2020, 12:48 Azərbaycanlı əsirlərlə bağlı komitədən AÇIQLAMA 23 noy 2020, 12:21 Bakıda sürücülərə xəbərdarlıq edildi 23 noy 2020, 11:58 “Kontakt Home”da “Black Friday” endirimləri erkən başlayacaq – 60 faizədək ENDİRİM 23 noy 2020, 11:34 Sabah Milli Məclis toplanır 23 noy 2020, 11:01 Bakıda yük maşını aşdı, tıxac yarandı - FOTO 23 noy 2020, 10:42 Bakıda fəhlə faciəli şəkildə öldü 23 noy 2020, 10:16 Üzeyir Hacıbəyovun anım günüdür 23 noy 2020, 09:58 Neft yenidən bahalaşdı 23 noy 2020, 09:29 Üçüncü dalğa 23 noy 2020, 09:06 Azərbaycanda uşaq, tələbə, pensiyaçı və hamilə qadınlara ŞAD XƏBƏR 23 noy 2020, 08:56 “Milan” Neapolda da qalib gəldi - VİDEO 23 noy 2020, 08:33 Şəmkirdə kişi tanışı tərəfindən bıçaqlandı 23 noy 2020, 08:12 "Şəhidlər Ölməz, Vətən Bölünməz"adlı layihənin təqdimatı keçirildi. 22 noy 2020, 17:55